12/06/2019
Bizimlə tanışlıq zamanı ən çox eşitdiyimiz suallardan biri də «Niyə mühasib işə götürmək əvəzinə sizinlə əməkdaşlıq etməliyəm? Bunun mənə faydası nədir?» kimi səslənir.
İlk öncə qeyd etmək istəyirik ki, mühasibinizin görə biləcəyi bütün işləri biz yerinə yetiririk. Mühasibat, vergi və kadrların uçotundan tutmuş, miqrasiya xidmətləri və dövlət rüsumlarının ödənilməsinədək.
Ştat mühasibi yoxsa bizim şirkətlə əməkdaşlıq arasında seçim sizi maraqlandırırsa, əsas üstünlüklərimizi qeyd edək:
✅Büdcənizə qənaət
Professional və etibarlı mühasibi ştatda saxlamaq yetərincə baha başa gələ bilər. Yüksək əməkhaqqı, iş şəraitinin təmin edilməsi və digər xərclər. Mühasibatlığınızı autsorsa verməklə, daha aşağı qiymətə daha yüksək keyfiyyət əldə edə bilərsiniz.
✅ Professionallıq
Şirkətimizdə çalışan mütəxəssislər bu sahədə böyük təcrübəyə malikdirlər. Hazırki qanunvericilik və mühasibat uçotunun bütün normativlərinə uyğun fəaliyyət göstəririk. İşə qəbul etdiyiniz mühasibin şəxsi və professional keyfiyyətlərini yoxlamaq isə bir çox hallarda olduqca problemlidir.
✅ Rahatlıq
Bizimlə əməkdaşlıq etməklə, siz vaxtınıza da qənaət etmiş olacaqsınız. Ştat işçisinə nəzarət etmək, göstərişlər vermək əvəzinə digər vacib işlərinizlə məşğul ola bilərsiniz. Çünki biz işimizi bilirik
✅ Təhlükəsizlik
İşlərin keyfiyyətinə öz müqaviləmizlə zəmanət veririk. Bizə etibar etməklə qanunvericiklə bağlı heç bir problem yaşamayacağınıza tam əmin ola bilərsiniz.
AZAC ilə işiniz etibarlı əllərdə
Əlavə məlumat üçün:
📱 +99455 910 26 96
✉ [email protected]
📍 Əhməd Rəcəbli 1/4