13/10/2018
13 oktyabr 2018-ci il tarixində “SMM2018 Business Breakfast” layihəsinin bağlanış mərasimi keçirilib.
ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzi tərəfindən üçüncü il gerçəkləşən layihə çərçivəsində iştirakçılar üçün 2 aylıq ödənişsiz SMM təlimləri keçirilib, bu sahənin tanınmış mütəxəssisləri ilə görüşlər, təlimlər təşkil olunub.
Həmçinin, işgüzar çevrəyə daxil olma, kommunikasiya imkanlarının genişləndirilməsi üçün şirkət rəhbərləri ilə səhər yeməyində birgə iştirak təmin olunub.
Bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim olunub və qalib komandasına pul mükafatı verilib.
“SMM2018 Business Breakfast” layihəsi ASAN Könüllülük Məktəbinin "ASAN kadr" karyera mərkəzinin təşkilatçılığı, Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu, Alliance Medical Assistance, Media Balans, Winter Park Hotel Bakunun birgə tərəfdaşlığı ilə həyata keçirilib.