INCERT CERTIFICATION

INCERT CERTIFICATION Dəyərlərimiz
Dürüstlük:
Müştəri faktoru bizim üçün son dərəcədə önəmlidir. Bizim komandada öz işinin peşəkarları olan mütəxəssislər fəaliyyət göstərir.

"INCERT” International Certification müstəqil audit və inspeksiya nəzarəti üzrə peşəkar xidmətlərin təşkili və göstərilməsi məqsədilə yaradılmış yerli Azərbaycan şirkətdir. INCERT şirkəti Azərbaycanda fəaliyyət göstərən həm dövlət təşkilatlarına, həm də özəl təşkilatlara beynəlxalq standartlar üzrə peşəkar audit, inspeksiya və mühəndislik sahəsində peşəkar xidmətlərin göstərilməsini təşkil edir və

həyata keçirir. INCERT şirkəti tərəfindən təklif edilən xidmətlər və problemlərin həlli yolları standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, sertifikatlaşdırma, akkreditasiya, audit, inspeksiya nəzarəti, mühəndislik kimi fəaliyyət sahələrini əhatə edir. Hazırda 20 ölkədən 40-a yaxın şirkətlə iş birliyi quran şirkətimizin əsas missiyası müasir texnologiyaları tətbiq etməklə beynəlxalq standartlara uyğun bir sistem qurmaqdır. Biz öz səriştəmizi və təklif etdiyimiz xidmətləri qlobal iqtisadiyyatın dəyişən tələblərinə cavab verəcək şəkildə təkmilləşdirir, müştərilərimizin ahəngdar və davamlı inkişafının təmin edilməsi üçün çalışırıq. Fəaliyyətimizin hər bir sahəsində ən yüksək keyfiyyət və etik standartlara riayət etməyə çalışırıq. Peşəkarlıq:
Biz müştərilərə xidmət üzrə bütün fəaliyyətimizi yüksək səviyyədə, vaxtında və ən müasir metodlarla həyata keçiririk. Biz daim yeniliyə can atır, fəaliyyətimizin daha da səmərəli olması üçün ən yaxşı vasitələr və imkanlar axtarırıq. Müştəri məmnuniyyəti:
Müştərilərimizin ehtiyaclarını tam olaraq anlamaq və bu ehtiyaclara maksimum cavab verə bilmək fəaliyyət strategiyamızın əsas prinsipidir. Məqsədimiz – strategiyamız ilə müəyyən edilmiş prioritet istiqamətlər üzrə müştərilərlə uzunmüddətli və etibarlı münasibətlər yaratmaq və inkişaf etdirməkdir. Yenilikçilik:
Yenilikçilik fəaliyyət göstərdiyimiz sahədə fərqliliyimizi, uğurlarımızı, inkişafımızı şərtləndirən başlıca amildir. Komanda çalışması:
Uğurlu bir şirkət olmaq, müştərilərimizin tələb və ehtiyaclarına cavab verə bilmək üçün komanda ruhu ilə çalışmalı olduğumuzun fərqindəyik. Performans:
Biz performansımızı daim inkişaf etdirməyə səy göstəririk. Hər hansı bir işlə bağlı qərar verdiyimiz zaman o işi mümkün ola biləcək qədər sürətli, peşəkar və effektiv şəkildə həll etməyə çalışırıq. Peşəkar səviyyəmizi inkişaf etdirməyi bir prinsip olaraq qəbul edərək, ən qabaqcıl ideyaların tətbiqinə çalışırıq. Keyfiyyət:
Şirkətimizin fəaliyyətində keyfiyyət başlıca şərt və ən böyük hədəfimizdir. Biz müştərilərimizin şirkətimizlə əməkdaşlıqdan zövq alması və məmnun qalması üçün çalışırıq. Biz öz işimizi sevir və onu yüksək səviyyədə yerinə yetiririk. Bizim fəaliyyət strategiyamız:
Biz fəaliyyətimizin müasir standartlara və qaydalara müvafiq olmasına, həyata keçirdiyimiz işlərin davamlı olaraq təkmilləşdirilməsinə səy göstəririk. Biz yeni imkanlar yaratmaq, fəaliyyət göstərdiyimiz istiqamətlərdə uğur qazanmaq, maraqlı tərəflərlə əlaqələrimizi yaxşılaşdırmaqla rəqabətqabiliyyətli mövqeyimizi daha da möhkəmləndirməyə çalışırıq. Biz əsas diqqəti müəssisə və təşkilatların təhlükəsizlik göstəricilərinin davamlı şəkildə yaxşılaşdırılmasına yönəldir, kəmiyyətdən daha çox keyfiyyətə üstünlük veririk. Müştərilərimizlə münasibətlərdə qarşılıqlı fayda və inam fəaliyyətlərimizin mərkəzində dayanır. Fəaliyyətimizin əsas prioritetlərindən biri də müasir metod və texnologiyaları tətbiq etməklə müştərilər üçün uzun perspektivdə dəyər artımına nail olmaqdır.

"İNCERT" MMC olaraq "SAB" / "Zəhmət Ruzi" MMC-də növbəti ISO 22000 sertifikatlaşdırma auditini tamamladıq! İstehlakçılar...
13/08/2026

"İNCERT" MMC olaraq "SAB" / "Zəhmət Ruzi" MMC-də növbəti ISO 22000 sertifikatlaşdırma auditini tamamladıq! İstehlakçılara hər zaman sağlam və təhlükəsiz qida məhsulları təqdim etməyi hədəfləyən tərəfdaşımıza peşəkar əməkdaşlıq üçün təşəkkür edirik.

INCERT sertifikatlaşdırma təşkilatı tərəfindən "Səhliyalı KM"  müəssisəsində ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetm...
10/07/2026

INCERT sertifikatlaşdırma təşkilatı tərəfindən "Səhliyalı KM" müəssisəsində ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi standartı üzrə növbəti nəzarət auditi uğurla həyata keçirildi.

Audit çərçivəsində qida təhlükəsizliyi idarəetmə sisteminin tətbiqi, proseslərin effektivliyi, qanunvericilik və beynəlxalq standart tələblərinə uyğunluğu, eləcə də davamlı təkmilləşdirmə istiqamətində görülən işlər qiymətləndirildi.

Səhliyalı KM kollektivinə ISO 22000 standartının tətbiqinə verdikləri önəmə və əməkdaşlığa görə təşəkkür edir, fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.

İNCERT Sertifikatlaşdırma şirkəti tərəfindən Milli Observatoriyada ISO 30401 beynəlxalq standartı üzrə sertifikatlaşdırm...
18/05/2026

İNCERT Sertifikatlaşdırma şirkəti tərəfindən Milli Observatoriyada ISO 30401 beynəlxalq standartı üzrə sertifikatlaşdırma auditi keçirilib və qurum beynəlxalq sertifikata layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ISO 30401 beynəlxalq standartının tətbiqi üzrə bütün mərhələləri uğurla keçib.

Dünyanın nüfüzlu sertifikatlaşdırma qurumlarından olan STAREGİSTER – in Azərbaycan təmsilcisi INCERT şirkətinin mütəxəssisləri tərəfindən keçirilmiş sertifikatlaşdırma auditi zamanı Milli Observatoriyanın, adı keçən standartların tələblərinə uyğunluğu və adekvatlığı, sənədləşdirmə sistemi, personalın hazırlıq səviyyəsi və sairə işlər yoxlanılıb. Auditin nəticəsi olaraq görülən işlər yüksək qiymətləndirilib və qurumun fəaliyyətinin sözügedən standartın tələblərinə cavab verdiyi təsdiqlənib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ISO 30401 beynəlxalq stand...

FSSC 22000-nin 7-ci versiyası dərc olundu FSSC Fondu qida təhlükəsizliyi idarəetmə sistemlərinin beynəlxalq səviyyədə ta...
06/05/2026

FSSC 22000-nin 7-ci versiyası dərc olundu

FSSC Fondu qida təhlükəsizliyi idarəetmə sistemlərinin beynəlxalq səviyyədə tanınan sertifikatlaşdırma sxemi olan FSSC 22000-nin 7-ci versiyasını dərc edib.
Yeni versiya qida sənayesində təhlükəsizlik, keyfiyyət, davamlılıq və risklərin idarə olunması sahəsində yaranan yeni çağırışları nəzərə almaq məqsədilə hazırlanıb.
FSSC 22000 sxemi qida zəncirinin bütün iştirakçıları üçün tətbiq olunan beynəlxalq sertifikatlaşdırma modelidir və əsasən ISO 22000:2018 standartına əsaslanır. Bu sxem qida istehsalı, qablaşdırma, logistika, saxlama, yem istehsalı və digər əlaqəli sahələrdə fəaliyyət göstərən müəssisələrin qida təhlükəsizliyini sistemli şəkildə idarə etməsini təmin edir.

Davamı: https://incert.az/xeberler/fssc-22000-nin-7-ci-versiyasi-derc-olundu

İNCERT Sertifikatlaşdırma Təşkilatı tərəfindən Forialla MMC-də ISO 9001:2015 standartı üzrə sertifikatlaşdırma auditi uğ...
28/04/2026

İNCERT Sertifikatlaşdırma Təşkilatı tərəfindən Forialla MMC-də ISO 9001:2015 standartı üzrə sertifikatlaşdırma auditi uğurla keçirilmişdir.

Onu da qeyd edək ki, “Foriella” MMC Azərbaycanın mebel istehsal edən iri şirkətlərindən biridir. Bakı şəhəri Balaxanı Sənaye Parkında yerləşən “Foriella” şirkəti özünün 15000 m2-lik istehsal səhəsi ilə sərt ağac növü olan fıstıq və palıddan masa, stul və digər mebellərin Qafqazda ən böyük istehsalçısıdır. Şirkətin mebel brendi olan “PERLA” təkcə respublikamızda deyil, ölkəmizdən kənarda da yaxşı tanınır. “Foriella” şirkəti bu brend adı altında yataq, qonaq, yumşaq, ofis, uşaq mebelləri, döşək və digər yumşaq mebel məhsulları istehsalını və satışını həyata keçirir. Hazırda “Foriella” şirkəti çox geniş çeşidli məhsul portfeli ilə öz məhsullarını Amerika Birləşmiş Ştatları, Rusiya, Gürcüstan, Qazaxstan, Tacikistan, Qırğızıstan və digər ölkələrə ixrac edir.

Foriella

Milla Dairy MMC - də FSSC 22000 Standartı üzrə xəbərsiz nəzarət auditi keçirilib.
17/02/2026

Milla Dairy MMC - də FSSC 22000 Standartı üzrə xəbərsiz nəzarət auditi keçirilib.

ATS FOOD MMC - də ISO 9001:2015 və ISO 22000:2018 Beynəlxalq standartları üzrə nəzarət auditi keçirilib.
06/02/2026

ATS FOOD MMC - də ISO 9001:2015 və ISO 22000:2018 Beynəlxalq standartları üzrə nəzarət auditi keçirilib.

Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakültəsi (AzTU) ISO 21001 standartı üzrə beynəlxaq ser...
31/12/2025

Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakültəsi (AzTU) ISO 21001 standartı üzrə beynəlxaq sertifika layiq görülüb.

Sertifikat 30 Dekabr tarixində İNCERT Sertifikatlaşdırma şirkətinın direktoru Şamo Muradov tərəfindən AzTU-nun rektoru Vilayət Vəliyevə təqdim edilib.

Qeyd edək ki, ISO 21001 təhsil təşkilatlarının idarəetmə sisteminə spesifik tələbləri müəyyən edən beynəlxalq statuslu standartdır. Bu standartda təhsil təşkilatlarında proseslərin yaxşılaşdırılmasını və “müştərilərin” ehtiyac və gözləntilərinin təmin edilməsini hədəfləyən üçün ümumi bir idarəetmə aləti təqdim edilir. Standart təhsil müəssisələrinə həyata keçirdikləri fəaliyyətləri öz missiya və vizionlarına səmərəli şəkildə uyğunlaşdırmağa kömək etmək məqsədi daşıyır. ISO 21001 sertifikatı təşkilatın idarəetmə sisteminin akkreditasiya olunmuş bir sertifikatlaşdırma orqanı tərəfindən beynəlxalq ISO 21001 standartının tələblərinə tam uyğun olduğunu təsdiqləyən sənəddir. Bu sertifikat təşkilata təhsil xidmətlərinin keyfiyyətini yüksəltməyə, idarəetmənin səmərəliliyini artırmağa, hamı üçün inklüziv və keyfiyyətli təhsil, öz-özünə öyrənmə və ömür boyu öyrənməni təşviq etməyə, müvafiq proses və qiymətləndirmə alətlərinin tətbiq etməyə imkan verir.

Address

Nərimanov Rayonu, Əhməd Rəcəbli 23 B, Minera Biznes Mərkəzi 5-ci Mərtəbə
Baku
AZ1052

Opening Hours

Monday 09:00 - 17:00

Telephone

+99412 480 16 25

Alerts

Be the first to know and let us send you an email when INCERT CERTIFICATION posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to INCERT CERTIFICATION:

Shortcuts

Share