Maxcreative

Maxcreative 17 illik təcrübəmizlə marketinq və reklam sahəsində kreativ ideyaları innovativ texnologiya həlləri ilə birləşdiririk.

17 illik təcrübəmizlə marketinq və reklam sahəsində kreativ ideyaları innovativ texnologiya həlləri ilə birləşdiririk. İnkişaf etdirdiyimiz layihələrdə interaktiv platformalar, gamification, AR/VR texnologiyaları və rəqəmsal loyalty sistemləri kimi alətlərdən istifadə edərək markalara fərqli və yadda qalan təcrübələr qazandırırıq.
Əsas üstünlüyümüz kreativ yanaşmanı texnologiyanın gücü ilə birləşdirərək müştərilərimizə effektiv və ölçülə bilən nəticələr təqdim etməkdir.

Ağ At Valideyn Portalı artıq hazırdır!Şahmat yalnız öyrədilən deyil, yaşanılan bir təcrübədir.Ağ At Şahmat Akademiyası ü...
27/10/2025

Ağ At Valideyn Portalı artıq hazırdır!

Şahmat yalnız öyrədilən deyil, yaşanılan bir təcrübədir.
Ağ At Şahmat Akademiyası üçün hazırladığımız yeni valideyn portalı, ailələrin övladlarının tədris inkişafını izləməsinə, tədbirlər, qiymətləndirmə və müəllim rəyləri ilə tanış olmasına imkan verir.
Bu layihə ilə biz tədris prosesini daha şəffaf və əlaqəli etdik, uşaqlar üçün motivasiya, valideynlər üçün isə rahat izləmə imkanı yaratdıq.

01/10/2025

Virtual reallıq oyunları sadəcə əyləncə deyil tamamilə yeni bir təcrübədir! 🚀

- Əsl immersiv oyun təcrübəsi
- Virtual reallıqla fərqli dünyaya addım
- İnteraktiv və yadda qalan anlar

VR (Virtual Reality) oyun texnologiyaları markaların təqdimatlarında, tədbirlərdə və əyləncə sahəsində böyük maraqla qarşılanır.

👉 Siz də auditoriyanız üçün belə unudulmaz bir VR oyun təcrübəsi yaratmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın.

27/09/2025

Pepsi-nin BTL layihəsi çərçivəsində Proven TTL şirkəti tərəfindən sifariş əsasında hazırlanan Pepsi Can Catch oyunu, Kinect texnologiyası ilə istifadəçilərə interaktiv və sürətli əyləncə təqdim etdi. 🚀

Bu oyunda iştirakçılar virtual Pepsi qutularını əlləri ilə tutaraq xallar qazandılar. Sadə qaydalar sayəsində oyun hər yaş üçün əyləncəli bir təcrübə oldu.

Siz də müştərilərinizi hər zaman yadda saxlayacaqları maraqlı təcrübələrlə həyəcanlandırmaq istəyirsinizsə MaxCreative olaraq biz hazırıq.

Ağ At Şahmat Akademiyası Veb Saytı 👉 https://ag-at.az/Ağ At Şahmat Akademiyası veb saytı brendi yalnız şahmat dərsləri t...
25/09/2025

Ağ At Şahmat Akademiyası Veb Saytı 👉 https://ag-at.az/

Ağ At Şahmat Akademiyası veb saytı brendi yalnız şahmat dərsləri təqdim edən bir platforma kimi deyil, həm də şahmat mədəniyyətini, interaktiv öyrənmə metodlarını və rəqəmsal tədris həllərini birləşdirən ekosistem olaraq təqdim edir.
Bu layihə sayəsində:
✅ Brend üçün daha güclü onlayn imic və tanıtım yaradıldı.
✅ Akademiya üçün tədris və kontent idarəçiliyi imkanı olan çevik veb platforma quruldu.
✅ Valideynlər və uşaqlar üçün motivasiyaedici təcrübə təmin olundu.

Yeni veb sayt həm şahmat kursları, həm də tədris resursları ilə Ağ At Şahmat Akademiyasının brend inkişafına töhfə verdi.

12/09/2025

Soyuq Əllər, İsti Ürəklər tədbiri hər il yüzlərlə insanı bir araya gətirir. ❄️❤️
Amma belə tədbirlərdə brendlərin sadəcə “orada olması” kifayət deyil.

👉 Əsl təsir yaratmaq üçün interaktiv yanaşmalar lazımdır:

İştirakçı ilə canlı təmas
Əyləncəli anlar
Yaddaşlarda uzunmüddətli iz

Məsələn, Zeytun Bağları üçün hazırladığımız xüsusi oyun tədbir iştirakçılarını həm əyləndirdi, həm də brend mesajını daha güclü çatdırdı. 🎯

Qida və içki sahəsində olan bütün markalar üçün belə tədbirlər böyük fürsətdir:
✨ İştirakçılarla unudulmaz bağ qurmaq
✨ Brend imicini gücləndirmək
✨ Fərqlənərək yadda qalmaq

Biz MaxCreative olaraq markaların sadəcə görünməsini deyil, yadda qalmasını təmin edirik. 🚀

🔗 Gəlin birlikdə sizin markanızı da növbəti tədbirdə fərqləndirək!

Yeni layihə: Muzey sərvətlərinin ölkə xaricinə göndərilməsi portalıAzərbaycan Respublikası Mədəniyyət Nazirliyi üçün haz...
21/07/2025

Yeni layihə: Muzey sərvətlərinin ölkə xaricinə göndərilməsi portalı
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi üçün hazırladığımız bu portal, ölkədən sərgilər və digər mədəni tədbirlər üçün çıxarılan eksponatların elektron formada idarə olunmasına imkan yaradır.

Layihənin əsas texniki imkanları:

- Elektron ərizə sisteminin yaradılması
- İstifadəçi və inzibatçılar üçün çoxdilli şəxsi kabinet
- Eksponat məlumatlarının əlavə olunması, təsdiq prosesi və izlənməsi
- Tam axtarış və arxiv sistemləri
- İnkişaf etmiş təhlükəsizlik və məlumat qorunması standartları
- Gələcək inteqrasiyalar üçün açıq platforma

Bu sistem sayəsində proseslər rəqəmsallaşır, məlumatın idarə olunması daha şəffaf və səmərəli olur.

📌 Biznes proseslərini rəqəmsallaşdırmaq üçün bizə müraciət edin

📞 +994 55 813 18 26
📧 [email protected]

Yeni Brendinq Layihəmiz: Carnite (USA)MaxCreative komandası olaraq uzun fasilədən sonra portfoliomuzda paylaşmaqdan qüru...
18/07/2025

Yeni Brendinq Layihəmiz: Carnite (USA)

MaxCreative komandası olaraq uzun fasilədən sonra portfoliomuzda paylaşmaqdan qürur duyduğumuz yeni bir brendinq işi ilə qarşınızdayıq. Bu dəfə fokus nöqtəmiz ABŞ bazarında fəaliyyət göstərən Carnite şirkəti oldu.

Layihədə nələr etdik?
✅ Minimal, lakin təsirli vizual sistem formalaşdırdıq.
✅ Rəng palitrası və loqo konsepsiyası ilə təmir, texniki dəstək və innovasiya anlayışlarını balanslaşdırdıq.
Bu layihə bizim üçün sadəcə bir dizayn işi deyildi. Bu, fərqli bazarda müştəri gözləntilərini anlamaq və həmin ehtiyaclara uyğun lokal və qlobal düşüncə ilə cavab vermək idi.

👉 Layihənin vizuallarını və detallı təqdimatını şərhlərdə yerləşdiririk.

Gəlin brendinizi növbəti səviyyəyə birlikdə daşıyaq — bizimlə əlaqə saxlayın: [email protected]

17/07/2025

Milli irsin qorunmasına rəqəmsal dəstək: vahid muzey idarəetmə sistemini təqdim edirik.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi əsasında, AdZone şirkətinin həyata keçirdiyi layihə çərçivəsində, “Muzey sərvətlərinin daimi mühafizə portalı” üçün texniki tərəfdaş olaraq kompleks bir idarəetmə sisteminin hazırlanmasında iştirak etdik.

Layihənin məqsədi, ölkə üzrə bütün muzey fondlarının rəqəmsal mühitdə vahid və elmi əsaslarla idarə olunmasını təmin etmək idi. Bu məqsədlə, çoxşaxəli funksionallığa malik, təhlükəsiz və genişlənə bilən idarəetmə platforması quruldu.

Təqdim olunan texniki həllər aşağıdakılardır;

✅ Eksponatların bədii və qeyri-bədii kateqoriyalar üzrə idarə olunması
✅ Elmi təsvir vərəqələrinin yaradılması və idarəsi
✅ İstifadəçi və administrator interfeysləri, giriş və fəaliyyət logları
✅ Daxili müraciət və bildiriş sistemləri
✅ Geniş filtrasiya və axtarış funksiyaları
✅ Çıxarış alətləri (PDF, Excel, çap)
✅ Çoxdilli sistem strukturu (AZ/EN/RU)
✅ Gələcək sistem inteqrasiyalarına uyğun arxitektura

Bu layihə bizim üçün yalnız texnoloji bir tapşırıq deyildi, mədəni irsimizin qorunmasına texnologiya vasitəsilə verilən real dəstək idi.

Texnologiya yalnız vasitədir. Onu dəyərə çevirən doğru tərəfdaşlıqdır.
MaxCreative — kompleks texniki həllər üçün sizinlə birgə düşünməyə hazırdır.

Yeni layihəmiz: https://yashammektebi.az/Yaşam Beynəlxalq Məktəbi üçün hazırladığımız yeni veb sayt artıq istifadədədir....
14/07/2025

Yeni layihəmiz: https://yashammektebi.az/

Yaşam Beynəlxalq Məktəbi üçün hazırladığımız yeni veb sayt artıq istifadədədir. Bu layihədə biz yalnız texniki həllər deyil, həm də məktəbin təhsil fəlsəfəsini əks etdirən kontent və vizual strategiya üzərində çalışdıq.
Saytın kontent strukturu, rəng dili və ümumi istifadə təcrübəsi valideyn fokuslu yanaşma ilə hazırlanıb.

Yeni Korporativ Veb Layihə: Muradlı-M | 👉  https://muradli.az/az/Peşəkar tərəfdaşlığımızın daha bir uğurlu nəticəsi!Mura...
07/07/2025

Yeni Korporativ Veb Layihə: Muradlı-M | 👉 https://muradli.az/az/

Peşəkar tərəfdaşlığımızın daha bir uğurlu nəticəsi!

Muradlı M-in yeni korporativ veb saytı artıq istifadəyə hazırdır!
Bu layihədə məqsədimiz sadəcə bir sayt yaratmaq deyildi, ölkə iqtisadiyyatına böyük töhfə verən bir sənaye nəhənginin rəqəmsal dünyada da layiqincə təmsil olunmasını təmin etmək idi.

Bu layihədə etibar etdikləri üçün Muradlı-M komandasına təşəkkür edirik.

MaxCreative olaraq dəyər yaradan brendlərlə işləməyə və onların hekayələrini rəqəmsal dünyada danışmağa davam edirik.

17/06/2025

Madeyra E-commerce Web Platform

Estetik görünüş, funksionallıq və texniki mükəmməlliyin bir araya gəldiyi Madeyra e-commerce veb saytı artıq istifadədədir!

MaxCreative olaraq bu layihədə yanaşmamız:

UI/UX dizayn – Marka dəyərlərinə uyğun sadə və zərif vizual dil

Texnologiya seçimi – Next.js ilə sürətli, SEO dostu frontend; Laravel ilə güclü və çevik backend

Ödəniş və CRM inteqrasiyası – Alış prosesini sürətləndirən və idarəetməni asanlaşdıran həllər

Mobil uyğunluq – Hər cihazda tam istifadəçi təcrübəsi

Performansa fokuslanmış inkişaf – Saytın yüklənmə sürəti və istifadə rahatlığı ön planda tutuldu

Madeyra brendinin rəqəmsal satış potensialını artırmaq və müştəri ilə əlaqəni gücləndirmək məqsədi ilə hazırlanan bu platforma, həm brend, həm də istifadəçilər üçün yeni bir səhifə açır.

🔗 Keçid: https://madeyra.com/az

17/05/2025

📱 Yeni Dövr, Yeni Təcrübə – Embawood Mobil Tətbiqi Artıq Hazırdır!

Fəxr edirik ki, Azərbaycanın aparıcı mebel istehsalçısı Embawood üçün tam funksional e-commerce mobil tətbiqi hazırladıq. Bu tətbiq sadəcə alış üçün deyil, rəqəmsal rahatlıq, brendə bağlılıq və müştəri təcrübəsinin fərdi hala gətirilməsi üçün nəzərdə tutulub. Tətbiq müasir istifadəçi təcrübəsi, sadə interfeys və innovativ funksionallıqlarla zəngindir:
- AR texnologiyası ilə evinizdə mebeli yerləşdirmədən əvvəl baxın
- Sadə və sürətli alış prosesi
- Bonus xallarla loyallıq proqramı
- Kupon və kampaniyalar üçün xüsusi sistem
- İstifadəçi rəyləri və dəyərləndirmə imkanları
- Ödəniş və CRM inteqrasiyaları

Tətbiq artıq Google Play və App Store platformalarında!

Address

Fuad İbrahimbəyov 18A
Baku

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00

Telephone

+994558131826

Alerts

Be the first to know and let us send you an email when Maxcreative posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Maxcreative:

Share