Bee consult

Bee consult Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bee consult, Consulting Agency, Baku.

Vergilər Nazirliyi vergi xidməti orqanlarına işə qebul elan edir!Sənəd qəbulu↩️🚩20.09.2019-07.10.2019
19/09/2019

Vergilər Nazirliyi vergi xidməti orqanlarına işə qebul elan edir!
Sənəd qəbulu↩️
🚩20.09.2019-07.10.2019

Mart ayı mənfəət və gəlir vergisi üzrə bəyannamələrin təqdim edilməsi dövrüdür. 31 Martadək bəyannamələrinizi təqdim etm...
01/03/2017

Mart ayı mənfəət və gəlir vergisi üzrə bəyannamələrin təqdim edilməsi dövrüdür. 31 Martadək bəyannamələrinizi təqdim etməyi unutmayın. Bəyannamənizin göndərilməsinə köməklik lazım olarsa bizə müraciət edə bilərsiz. Əlaqə: 070 583-63-98

Novruz bayramı öncəsi qeyd edilən 4 çərşənbə axşamı tonqal qalansa da, Od çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. ...
28/02/2017

Novruz bayramı öncəsi qeyd edilən 4 çərşənbə axşamı tonqal qalansa da, Od çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. Bu gün məhz Od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha spesifik özəlliyi var.
Odun, tonqalın olması istiliyin mənasını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsi qazanlar qaynamalı, insanların ocağının üstü boş qalmamalıdır.
Çərşənbəniz mübarək

Sual: “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən hər 2 tərəf vergi ödəyicisi olduqda onlar arasınd...
27/02/2017

Sual: “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən hər 2 tərəf vergi ödəyicisi olduqda onlar arasında hesablaşmalar yalnız qanunun 3.1.1-ci madddəsində nəzərdə tutulmuş formada (bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə) həyata keçirilməlidir. Bu halda vergi ödəyicisi vergini, gömrük rüsumunu nağd qaydada bank hesabına köçürülməklə ödəyə bilərmi?
Cavab: Vergilərin, gömrük rüsumlarının ödənilməsi bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri, ödəniş terminalları ilə və birbaşa nağd qaydada bank hesabına köçürülməklə həyata keçirilə bilər.

Könlümüz dərddən yaralı,Gözümüz səndən aralı,Qəlbimiz düşməndən dağlı,Xocalı, ay Xocalı !
26/02/2017

Könlümüz dərddən yaralı,
Gözümüz səndən aralı,
Qəlbimiz düşməndən dağlı,
Xocalı, ay Xocalı !

Dedik ki, bu gün biz sizə sual verək. Cavablarınızı kommentdə gözləyirik...
25/02/2017

Dedik ki, bu gün biz sizə sual verək. Cavablarınızı kommentdə gözləyirik...

Sual: Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “a” (mü...
24/02/2017

Sual: Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Bu məbləğlərdən hansı vergidən azaddır?
Cavab: Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən işçilərə ödənilən işdənçıxarma müavinəti vergidən azaddır. Lakin işçiyə onun işdən çıxarıldığı gündən yeni işə düzələnədək ödənilən iki aylıq əmək haqqı isə işçinin işlədiyi dövrdə aldığı əmək haqqına bərabər tutulmaqla ümumi qaydada gəlir vergisinə cəlb edilir.

Sual: “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etmədən fəaliyyət göstərən şəxslərə mali...
23/02/2017

Sual: “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etmədən fəaliyyət göstərən şəxslərə maliyyə sanksiyası ilə birlikdə ödənilməmiş vergi məbləğinin ödənilməsi təmin edilməlidirmi?

Cavab: “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etmədən fəaliyyət göstərən şəxsdən hesablanmalı olan vergi məbləği ilə yanaşı həmin məbləğə qanunvericilikdə nəzərdə tutulmuş maliyyə sanksiyası da tətbiq edilməlidir.

Baharın ilk müjdəçisi olan Su çərşənbəniz mübarək.
21/02/2017

Baharın ilk müjdəçisi olan Su çərşənbəniz mübarək.

SUAL: “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1.3-cü maddəsinə əsasən birbaşa nağd qaydada satıcının bank hesabına kö...
20/02/2017

SUAL: “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.1.3-cü maddəsinə əsasən birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nağdsız hesablaşmalara aid edilmişdir? Bu qaydada ödəniş edərək Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirmək olarmı?
CAVAB: ƏDV ödəyicisi tərəfindən alınmış elektron vergi hesab-fakturasında göstərilən malların ƏDV-siz dəyəri nağdsız qaydada həmin malları təqdim edən şəxsin hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürüldükdə ödənilən ƏDV məbləği əvəzləşdirilir. Göründüyü kimi əks halda ƏDV-ni əvəzləşdirmək mümkün olmayacaqdır.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Bee consult posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share