Mühasibatlıq və audit - by Consulting Group

Mühasibatlıq və audit - by Consulting Group Mühasibatlıq, audit və kadr sahəsi üzrə xidmətlərin göstərilməsi və təlimlərin verilm?

15/04/2026

Consulting Group vergi, audit, SƏTƏM, maliyyə, hüquqi məsləhət, biznes proseslərinin təkmilləşdirilməsi və sertifikatlaşdırma sahələrində ixtisaslaşmış aparıcı məsləhətçi şirkətlərdən biridir. Biz həm yerli, həm də beynəlxalq müştərilərə yüksək peşəkarlıqla xidmət göstəririk.

Bu, Consulting Group MMC-nin Bakı ofisində yarım ştatlı SƏTƏM üzrə ödənişli təcrübəçi vakansiyası üzrə iş elanıdır.

Əsas vəzifələr:
🔹SƏTƏM üzrə tələb olunan jurnalların müntəzəm doldurulması və izlənilməsi;
🔹Təlim qeydlərinin, aktların və gündəlik yoxlama formalarının sistemli şəkildə hazırlanması və saxlanılması;
🔹Daxili təhlükəsizlik qaydalarının və təlimatların hazırlanması prosesində komandaya dəstək;
🔹Ofis daxilində SƏTƏM standartlarının qorunması üçün cari inzibati tapşırıqların icrası.

Tələblər:
✅ Gənc təcrübəçilər və ya tələbələr (Vəzifənin xüsusiyyətləri nəzərə alınaraq, xanım namizədlərə üstünlük veriləcək);
✅ MS Office (xüsusilə Word və Excel) proqramlarından sərbəst istifadə;
✅ Yüksək məsuliyyət hissi, diqqətlilik və komandada işləmək bacarığı;
✅ Yeni sahəni sürətlə mənimsəməyə və peşəkar kimi yetişməyə maraqlı olmaq;

Sizə təklif edirik:

🔹 Təhsilinizi və ya şəxsi inkişafınızı axsatmadan part-time iş rejimi;;
🔹 Müasir ofis şəraiti və SƏTƏM sahəsində təcrübəli mentorlardan öyrənmək imkanı;
🔹 Təcrübə müddətini uğurla bitirdikdə Sertifikat və ya Xasiyyətnamə;
🔹 SƏTƏMM proseslərinə yiyələnmək imkanı;

Müraciət etmək üçün vasitələr:
1. Linkedindən müraciət (Apply)
2. Subjectdə SƏTƏM üzrə Təcrübəçi yazaraq [email protected] e-mail ünvanına CV göndərmək.

Müraciətlərin qəbulu üçün son tarix 25 aprel 2026-ci il.

💼 Sadələşdirilmiş vergi ilə bağlı vacib məqam - 🗓 20 aprelədək nə etməlisiniz?✔️ sadələşdirilmiş vergi rejimindən istifa...
10/04/2026

💼 Sadələşdirilmiş vergi ilə bağlı vacib məqam - 🗓 20 aprelədək nə etməlisiniz?

✔️ sadələşdirilmiş vergi rejimindən istifadə etməyəcəksizsə, bunu Dövlət Vergi Xidmətinə yazılı bildirin

📌 Kimlər bu rejimi seçə bilər?
✅ ƏDV qeydiyyatında olmayan şəxslər - 💸 Son 12 ayda dövriyyə 200,000 AZN və ya daha azdırsa
🍽 İctimai iaşə fəaliyyəti ilə məşğul olanlar - 💸 Dövriyyə 200,000 AZN-dən çox olsa belə, sadələşdirilmiş vergi tətbiq edə bilər

📊 Dövriyyənin hesablanmasında üstünlük:
💳 POS-terminal vasitəsilə edilən nağdsız ödənişlər ➡️ 0.5 əmsal ilə nəzərə alınır (yəni yarı dəyərdə hesablanır)

⚠️ Unutmayın:
🔁 20 aprelədək müddətdə təqdim etməsəniz ➡️ Keçən ilin vergi rejimi avtomatik tətbiq olunacaq
🚫 İl ərzində seçdiyiniz vergi metodunu dəyişmək mümkün deyil (istisnalar xaric)
🗓 20 aprel 2026-cı ilin 1-ci rübü üçün sadələşdirilmiş vergini təqdim etmək və ödəmək üçün son tarixdir

✨ Sizə xoş həftə sonu arzu edirik! 🌿😊

📢 Vergi Ödəyicilərinin Nəzərinə: 15 Aprel Son Tarixdir! ⏳Aprelin 15-dək aşağıdakı iki mühüm məlumatı vergi orqanına təqd...
03/04/2026

📢 Vergi Ödəyicilərinin Nəzərinə: 15 Aprel Son Tarixdir! ⏳

Aprelin 15-dək aşağıdakı iki mühüm məlumatı vergi orqanına təqdim etməlisiniz:

1️⃣ Cari Vergi Ödəmələri Metodunun Seçilməsi

Cari vergi ödəmələrini hesablamaq üçün iki metoddan birini seçməli və 15 aprelədək bildirməlisiniz:
• Metod 1 (151.1): Əvvəlki ildəki vergi məbləğinin 1/4 hissəsini ödəməklə.
• Metod 2 (151.2): Cari rübdəki gəliri keçən ilin vergi çəkisi əmsalına vurmaqla (bu metodu seçsəniz, hər rüb üzrə arayış təqdim edilməlidir).

⚠️ Qeyd: Məlumat verilməzsə, vergi orqanı avtomatik olaraq 1-ci metodu tətbiq edəcək və bu, ilin sonunadək dəyişdirilməyəcək.

🗓️ Ödəniş və Hesabat Müddətləri:

• Cari ödəmələr: Rüb bitdikdən sonra 15 gün ərzində.
• Xüsusi notariuslar və icra məmurları: Vergi növbəti ayın 20-dən gec olmayaraq ödənilməlidir.

2️⃣ Amortizasiya Metodunun Seçilməsi

Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri amortizasiya ayırmaları üçün seçdikləri metodu* 15 aprelədək vergi orqanına bildirməlidir.
• 📌 Seçilmiş metod 3 il ərzində dəyişdirilə bilməz.
• 📉 Aprelin 15-dək ləğv edilən ödəyicilər üçün əvvəlki ilin metodu keçərli sayılır.

*qeyd edək ki, 2026-cı ildən etibarən vergi məcəlləsinə üfüqi monitorinq və amortizasiyanın düz xətt metodu əlavə olunmuşdur. Düz xətt metodundan istifadə etmək seçimi ancaq üfüqi monitorinq iştirakçılarına verilir.

Unutmayın: Metod seçiminizi vaxtında bildirmək gələcəkdə vergi planlamanızı düzgün qurmağa kömək edir! ✅

31/03/2026

🚀 Uzun bayram fasiləsindən sonra iş ritminə necə qayıdaq?

Hamıya salam! 👋 Ümid edirik ki, ötən bayram və istirahət günləri hər kəs üçün yenilənmə və enerji mənbəyi oldu. İstirahətdən dərhal sonra maksimum sürətlə işə başlamaq çətin ola bilər, ona görə də Consulting Group komandası olaraq "düzgün start" üçün kiçik bir yol xəritəsi hazırladıq: 👇

🔹 Yüngül başlayın 📩
İlk saatları ötən günlərin e-maillərini nəzərdən keçirməyə və işlərin ümumi mənzərəsinə baxmağa ayırın. Tələsməyin, hər şeyi qaydasına qoymaq üçün vaxtınız var.

🔹 3 əsas prioritet seçin 🎯
Hər şeyi eyni anda etməyə çalışmayın. Bu gün üçün ən vacib 2-3 tapşırığı müəyyən edin və diqqətinizi onlara yönəldin.

🔹 Müştərilərlə əlaqəni bərpa edin 🤝
Tərəfdaşlarınıza və müştərilərinizə iş başına qayıtdığınızı bildirin. Qısa bir "işlər bərpa olundu" mesajı həm peşəkarlıq göstəricisidir, həm də etibar yaradır.

🔹 Kiçik qələbələrlə motivasiya qazanın ⚡
Tez tamamlanan, asan tapşırıqları bitirməklə başlayın. Bu, sizdə "işlərin öhdəsindən gəlirəm" hissini yaradacaq və əhvalınızı yüksəldəcək.

🔹 Komanda ilə koordinasiya 🧩
Həmkarlarınızla qısa (maksimum 15 dəqiqəlik) görüş keçirin. Kimin hansı nöqtədə olduğunu bilmək ümumi sinxronizasiyanı təmin edəcək.

💡 Unutmayın: İlk günün məqsədi 100% rekord vurmaq deyil, ritmə sağlam və stressiz qayıdışdır. 📈

Hər birinizə uğurlu, məhsuldar və enerjili iş həftəsi arzulayırıq! 🔥

Hörmətli sahibkarlar və şirkət nümayəndələri,Sizi sosial sığorta əsaslı müavinətlərin ödənilməsinin avtomatlaşdırılması ...
13/03/2026

Hörmətli sahibkarlar və şirkət nümayəndələri,

Sizi sosial sığorta əsaslı müavinətlərin ödənilməsinin avtomatlaşdırılması ilə bağlı sığortaedənlərin maarifləndirilməsi məqsədilə 18 mart 2026-cı il tarixində saat 11:00-da keçiriləcək onlayn görüşdə iştirak etməyə dəvət edirik. Onlayn görüş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilir. Ekspertlər ƏƏSMN-nin Aparatının Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov və həmin şöbənin aparıcı məsləhətçisi Rəşad Babazadədir.
Eyni zamanda görüşdə əsasən mühasib və müavinət təyinatına məsul olan və ya rəhbər əməkdaşların, işçilər arasında təbliğat-təşviqat məsələlərinə məsul həmkarların iştirakı nəzərdə tutulmuşdur.

Görüşdə iştirak etmək üçün qeydiyyat linki:

Sığortaedənlərin maarifləndirilməsinə dair görüş_18.03.2026

Address

Əhməd Rəcəbli 33, Esra Plaza, Blok A, 4-cü Mərtəbə
Baku
AZ1075

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Mühasibatlıq və audit - by Consulting Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mühasibatlıq və audit - by Consulting Group:

Shortcuts

Share