20/11/2018
Səhifəmizdə keçirilən auksionların həyata keçirilməsi qaydası!!!
Səhifəmizdə müxtəlif cür auksionlar vardır:Auksion,rezervli və başlanğıc qiymətə olan Auksionlar!!!
1. Auksion-kolleksiya səhifəsinin izləyiciləri tərəfindən səhifədə auksiona çıxarılması üçün səhifəyə həvalə edilmiş məhsulların səhifənin müəyyənləşdirdiyi və satıcıyla razılaşdırılmış qaydalar çərçivəsində həyata keçirilir!!!
2. Səhifəmizə mesaj vasitəsilə göndərilən əşyalar göndərənin istəyindən yaxud əşyanın dəyərindən asılı olaraq 1 azn və ya müxtəlif başlanğıc qiymətlərdə yerləşdirilir. Bu səhifə və satıcı arasında razılşdırılır.Auksionlarda minimal artım əvvəlcədən müəyyənləşdirilir və əşyanın dəyərinə əsasən təyin olunur!!!
3. Auksionlarda minimal artım 1 manat nəzərdə tutulmuşdur. Qəpiklə artım qeydə alınmır. Səhifəmizdə auksion və birbaşa satışlar yalnız Azərbaycan Manatı ilə həyata keçirilir!!!
4. Auksionların vaxtı səhifədə yerləşdirildiyi zaman üst hissədə qeyd olunur. Bu vaxt 1-30 gün arasında dəyişməklə məhsul sahibi və səhifə adminləri tərəfindən müəyyənləşdirilir!!!
5. Əşya hərraca çıxarıldıqdan sonra sahibi tərəfindən əşyanı satmaq fikrindən daşınmaq, vaxtı uzatmaq və ya hərrac bitməmiş kiməsə satmaq qadağandır!!!
6. Antik əşyası olan hər kəs səhifəmizdə iştirak edib məhsulunu satışa çıxara bilər. Əşyasını səhifəmizin mesaj bölməsinə göndərən şəxs əşyanın müxtəlif rakurslardan bir neçə şəklini göndərməli(normal keyfiyyətdə) və əşya haqqında ətraflı məlumat yazmalıdır. Əşyanın istehsal olunduğu il, ölkə bundan başqa əşyanın hal-hazırdaki vəziyyəti haqqında səhifəyə məlumat verməlidir ki, əşya hərraca çıxarılan zaman bunları qeyd edək!!!
7. Bütün hərraclar minimum 24 saat davam edir və 23:00 (23.00-da daxil olmaqla) bitir. Son qiymət yazan şəxs əşyanı qazanır və yazılan məbləğ alıcı tərəfindən əşya sahibinə tam ödənilir. Əgər 3 gün ərzində əşyanı qazanan şəxsdən xəbər alınmazsa onda əşya bir öncəki şəxsə satılır!!!
8. Mövzuya aidiyyatı olmayan rəylər yazan, reklam yerləşdirən şəxslər bundan başqa hərraca çıxarılan məhsulu pisləyən rəylər yazan şəxslər yaxud kimisə təhqir edən şəxslər səhifədən bir daha qayıtmamaq üzrə çıxarılacaqlar!!!
9. Artıq dərəcədə xahiş edirik əşya hərraca çıxarıldıqdan sonra əlavə sualları olan şəxslər səhifəmizin mesaj bölməsinə yazsınlar. Rəy bölməsində ancaq qiymət yazılır. Bundan başqa əşyaya sahibi tərəfindən heç bir şəkildə müdaxilə edilməməlidir!!!
10. Əşya sahiblərinin auksiona cıxarması üçün təqdim etdiyi əşyaların ümumi satışının 15%-i komisiya haqqı kimi səhifəyə ödənilir!!!
Səhifəmiz 7/24 xidmətinizdədir. Hər bir izləyiciyə mümkün olduğu qədər tez cavab yazılacaq.
Hərraclarda qazanılıb alınan məhsullar geri qaytarılmır.
BİZİ SEÇDİYİNİZ VƏ QAYDALARIMIZI OXUDUĞUNUZ ÜÇÜN TƏŞƏKKÜR EDİRİK!
HƏR HANSI İRAD, SUAL VƏ YA TƏKLİFLƏRİNİZ OLSA BİZƏ YAZIN!!!
HÖRMƏTLƏ,
“AUKSİON-KOLLEKSİYA” səhifəsi