08/03/2022
Sonik Marketinq
Bu marketinq növü səs siqnalları ilə müştərilərin beyninə yol tapır. Müştərilər təkcə toxunaraq deyil,hətta eşidərək belə markanı seçə bilərlər.
Bu matketinq növünü anlamaq üçün nümunələrini və hiylələrini ələ alacayıq.Avtomobil markası olan Lexus insanların beyninə mühəriklərinin səsi və titrəmə dərəcəsi ilə girmişdir. Mühərrikləri təcrübədən keçirincə mühərrikin üzərinə su qoyurlar və işlək vəziyyətə gətirirlər. Bu vaxt su mühərikin üstünə tökülmür. Bu təcrübənin arxasınca suyu Mercedes mühərrikinin üstünə qoyurlar. Su mercedes mühərikinin üzərinə tökülür. Burada Lexus markası demək istəyirki bizim mühərriklər mecedesdən rahat və səssizdir. Bu təcrübə ilə mühərriklərinin səssizliyini insanların beyninə yerləşdirirlər. Bizlər hiss etməsək belə müherrik sesine görə maşınların markalarını tanıya bilirik artıq.
Buna əlavə olaraq desək hər bir markanın qulağa xoş gəlməsi üçün onun musiqili dildə olması lazımdır. Nümunə olaraq *U,Ö,Ç,T,Ğ,Ü,G,Y,Z* hərifləri ilə marka adı seçərkən sözün həm fonetikası,həm də musiqi dilini pozulur. Belə olduğu hallarda markanın nə adı yadda qalar nədə ki, markaya hər hansısa musiqi bəstələrkən qafiyə insanların qulaqlarına xoş gələr. Marka seçərkən axırı sait həriflərlə qurtarması daha yaxşı olar. Əsasəndə *A və O* hərifləri məsləhət görülür. Misal üçün ARKO markası çox gözəl və yadda qalan markadır. Bir dəfə adını eşitdikdən sonra daha asanlıqla yadda qalır.
Bu marketinq növündə hər zaman markanın səsinə və markanın adında keçən hərifin səslərinə baxılır. Bunları doğru bir şəkildə edərsəniz sizin markanızın özünə məxsus bir səsi olacaq və insanlar harada olsalar belə bu səsi eşidərkən özləri belə bilmədən sizin markanızı xatırlayacaqlar. Motoskletçilər və Avtomobil həvəskarları bu marketinq növünə nümunədirlər. Mühərriklərin səsinə qulaq asaraq hansı marka olduğunu çox asanlıqla deyəbilirlər.