HR Summit Baku

HR Summit Baku Bu vəzifənin həyata keçirilməsini təmin edən isə hər bir ölkənin insan resursları və intellektual fondudur.

Sammitin ideyası və missiyası

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 29 noyabr 2011-ci ildə imzaladığı sərəncamla qüvvəyə minən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası kadr hazırlığı məsələlərinə ciddi yanaşıldığının bariz nümunəsidir. Qloballaşan dünyanın iqtisadi-siyasi fonunda, informasiya cəmiyyətinə keçidin təmin edilməsi, innovasiya yönümlü və biliyə əsa

slanan iqtisadiyyatın qurulması dövlətimizin qarşısında duran prioritet vəzifələrdən biridir. Dünyada baş verən dəyişikliklər, qloballaşma, demoqrafiyanın dəyişməsi, fiziki kapitalın ikinci plana keçməsi, əvəzində isə insan resurslarının strateji rolunun artması və s. məsələlər insan amilinin həm
makro, həm də mikro səviyyədə rolunu artırmaqdadır. Məqsədimiz

Məqsədimiz insan resursları idarəçiliyi sahəsində beynəlxalq təcrübənin yerli şirkətlərdə tətbiqinin keyfiyyətinin yaxşılaşdırılmasına töfhə vermək, həmçinin Azərbaycanda və digər ölkələrdə ən yaxşı təcrübələrin müzakirə edilməsi yolu ilə ümumilikdə ölkədə insan resursları idarəçiliyinin inkişafına dəstək olmaqdır.

Əsas dinləyici hədəfimiz

Əsas dinləyici hədəfimiz insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və insan resursları idarəçiliyi funksiyalarının tətbiqi ilə təmasda olan, həmçinin bu sahə üzrə qərar verən yerli və xarici rəhbər şəxslərdir. Spiker seçimlərimiz

Spikerlərimiz yerli və xarici olmaqla yüksək imicə və statusa malik qurumların insan resursları strukturları üzrə rəhbərlər, həmçinin insan resursları sahəsini kurasiya edən yüksək vəzifəli şəxslər, habelə qurum rəhbərləri sırasından dəvət edirik. Təşkil mexanizmimiz

Sammit ildə 1 dəfə olmaqla təşkil edilir. Faydamız

Sammitdə iştirak etməklə sahə üzrə yeni tətbiqlərlə bağlı müzakirələrin iştirakçısı olacaqsınız. Həmçinin Sammit iştirakçılarına təsadüfi seçimlərlə, yaxud da xüsusi müəyyən etmə ilə peşəkar və fərdi inkişafa dəstək ola biləcək hədiyyələr təqdim ediləcək. Bunlardan əlavə əminik ki, nahar və kofe fasilələrində həm spikerlər, həm də ölkənin ən öndə olan yüzlərlə insan resursları peşəkarları bir-birləri ilə faydalı ünsiyyət qurmaqla öz peşəkar əhatə dairələrini daha da genişləndirə biləcəklər.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when HR Summit Baku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share