Galactech School

Galactech School Galactech School data elminin hər kəs üçün olduğuna inanır və müasir dünyada hər kəsə data elminin praktik tərəfini əlçatan etməyə çalışır.

✏️Təsadüfi deyil ki, Harward Business Review bir məqaləsində məhz Data Scientist peşəsini "21-ci əsrin ən cazibədar işi"...
01/09/2022

✏️Təsadüfi deyil ki, Harward Business Review bir məqaləsində məhz Data Scientist peşəsini "21-ci əsrin ən cazibədar işi" adlandırmışdı.

Həmin məqalənin əvvəlində - "Dağınıq, struktursuz məlumat yığınından xəzinələr əldə edə bilən insanlarla tanış olun." - deyə qeyd olunmuşdu.

🚀Əgər sən də Data əsrinin liderlərindən olmağa doğru addım atmaq istəyirsənsə elə indi Galactech School-a müraciət et

🦸🏻Bütün qeyri-adi güclərə sahib insanların bir zəif nöqtəsi var. Dünyanın bütün datasını üstlənmiş, onları səliqəli form...
31/08/2022

🦸🏻Bütün qeyri-adi güclərə sahib insanların bir zəif nöqtəsi var.

Dünyanın bütün datasını üstlənmiş, onları səliqəli formada inkişafa, innovasiyaya, yarara döndərən Data Scientistlər bəzən Deep Learning modellərinə sevgi dolu baxdığı zaman Riyaziyyatı tamam unudurlar.

Riyaziyyat isə Xətti Cəbr, Ehtimal Nəzəriyyəsi, Statistika və Çoxdəyişənli Riyazi Analizlə hər zaman sevimlidir.

Biz Riyaziyyatı sizə də sevdirə bilərik 💫

🚀 Avqustun 13-ü Galactech School tərəfindən keçirilən ənənəvi DataDay 1.1 tədbiri baş tutdu. 🔸Tədbir zamanı Data Elminin...
30/08/2022

🚀 Avqustun 13-ü Galactech School tərəfindən keçirilən ənənəvi DataDay 1.1 tədbiri baş tutdu.

🔸Tədbir zamanı Data Elminin tətbiqi və akademik sferada olan yon yenilikləri, trend istiqamətləri və bu sahədə ixtisaslaşmaq üçün mümkün roadmap-lər haqqında geniş təqdimat oldu.

🔸Tədbirin iştirakçılarından olan həm peşəkar data mütəxəssislərinin, həm də sahəyə yeni başlayanların sualları interaktiv keçən hissədə ətraflı şəkildə cavablandırıldı.

✨ Bütün iştirakçılara karyeralarında uğurlar arzu edirik və gələcək tədbirlərimizdə də görməyi ümid edirik.

Növbəti DataDay tədbirində iştirak etmək üçün şərhə yaza bilərsiniz.

🏆Artıq bir neçə ildir ki, süni intellekt Oskar qaliblərini proqnozlaşdırır və bəzi inanılmaz nəticələr əldə edir.Swarm A...
17/08/2022

🏆Artıq bir neçə ildir ki, süni intellekt Oskar qaliblərini proqnozlaşdırır və bəzi inanılmaz nəticələr əldə edir.

Swarm AI texnologiyası 16 mükafat kateqoriyasında hansı aktyorların və filmlərin birinci yerə çıxacağını proqnozlaşdırmaqda orta hesabla 90% dəqiqlik səviyyəsinə nail olub.

📊Bəs bu proses necə işləyir? Data Analitikası Real vaxt rejimində insan girişini AI alqoritmləri ilə birləşdirərək, şirkətin Swarm AI texnologiyası qrupun birləşmiş biliklərini, anlayışlarını və intuisiyalarını vahid nəticəyə optimallaşdırır - bir növ süni super ekspert yaradır.

🌐Swarm AI texnologiyası yalnız Oskarları proqnozlaşdırmaq üçün deyil, həmdə bütün dünyada Fortune 500 şirkətləri tərəfindən biznes proqnozlarını, maliyyə proqnozlarını, satış təxminlərini və bazar araşdırmalarını optimallaşdırmaq üçün də istifadə olunur.

✨Postu save etməyi və paylaşmağı unutmayın.

✨Biznes analitikası həm gələcəyin həm də bu günün karyerasıdır. Demək olar ki, hər bir şirkət daha güclü performans göst...
11/08/2022

✨Biznes analitikası həm gələcəyin həm də bu günün karyerasıdır. Demək olar ki, hər bir şirkət daha güclü performans göstərməsi üçün biznes analitiklərinə gərək duyur.

Odur ki, sən də biznes analitikası dərslərimizə qoşul və bu sahə üzrə axtarılan peşəkarlardan biri ol.

🚀 13 Avgust Galactech School və Lotfi Zadeh Technology Center-in birgə təşkilatçılığı ilə DataDay adlı layihəmizin ikinc...
09/08/2022

🚀 13 Avgust Galactech School və Lotfi Zadeh Technology Center-in birgə təşkilatçılığı ilə DataDay adlı layihəmizin ikinci tədbiri baş tutacaq.

Keçən tədbirin iştirakçılarından bir neçəsinin tədbir barədə fikirlərini sizlərlə bölüşürük:

“Galactech school'un təşkil etdiyi Dataday iştirakçılarından biri olaraq Orxan bəyə peşəkar, auditoriyanı canlı saxlayan və bol datalı təqdimatına görə təşəkkür edirəm! Mənim üçün çox maraqlı, faydalı və informativ 90 dəqiqə oldu.”

- Arzu Allahverdiyev (Data Analitik, Universal Group of Companies )

“Dataday layihəsi çərçivəsində keçirilən bu tədbir Data elmi və Texnologiyaları sahəsinə baxış bucağımı dəyişdi. Data sahəsində nə qədər məlumatlı olsaqda bu tədbirdə öyrənmək və inkişaf etmək üçün yeni xeyli mövzular oldu.“

- İlkin Rzazadə (HR Analitik, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi)

“Layihənin ilk tədbirində data elmi və süni intellektin tətbiq sahələri və karyera imkanları kimi mövzularda maraqlı diskussiya keçirilmişdi. Şəxsi inkişafımıza dəstək olan bu kimi tədbirlərin davamlı olmasını diləyirəm.”

- Jalə Rəhimli (Biznes Analitik, Mazarina Trade Company)

2 saat davam edəcək interaktiv tədbirimizdə əhatə olunacaq mövzular:

🔸Data Elmi və Data texnologiyalarında hazırki qlobal trendlər;
🔸Son elmi tədqiqatların nəticələri və tətbiq metodları;
🔸Əmək bazarının cari tələbləri.
🔸Data Elmi və Data texnologiyaları ilə bağlı yaxın gələcəkdəki gözləntilər;
🔸Karyera tələblərinin dəyişmə tendensiyası.
🔸Karyera imkanları;
🔸Mümkün “roadmap”-lər.

Əlavə olaraq görüşdə iştirak edənlər arasından 1 nəfər Data Science Azerbaijan icmasına Membership Card əldə edəcək.

Qeydiyyat üçün link:
https://forms.gle/L7hXVbUDq355LHjL8

📅 Tarix: 13 Avgust
⏰ Saat: 15:30
📍Ünvan: : Jafar Jabbarli 44, Caspian Plaza, Lotfi Zadeh Technology Center, 18-ci mərtəbə, Marie Curie zalı.

Tədbir 13 Avqust 15:30-da Lütfizadə Texnologiya Mərkəzinin 18-ci mərtəbəsi "Marie Curie" zalında baş tutacaq. İştirak etmək üçün ən geci 15:20-də Lütfizadə Texnologiya Mərkəzində olmanız xahiş olunur. Jafar Jabbarli 44, Caspian Plaza İştirak ödənişsizdir.

🎙Data Science üzrə ən yaxşı 5 YouTube kanalı.🌟Bəzi insanlara görə kitabların əksinə videolar üzərindən öyrənmək daha rah...
08/08/2022

🎙Data Science üzrə ən yaxşı 5 YouTube kanalı.

🌟Bəzi insanlara görə kitabların əksinə videolar üzərindən öyrənmək daha rahatdır. YouTube isə bu sahədə aparıcı platformalardan biridir. Bu postumuzda Data Science öyrənənlər üçün ən yaxşı 5 YouTube kanalından danışırıq.

🧩Edureka- Bu, süni intellekt və Data elminə dair bir neçə dərslik və təlimatları olan ən yaxşı e-tədris platformasıdır. Bu kanalın yaradıcıları Big Data, Hadoop, DevOps, AI, Blockchain, Angular, Apache Spark, Tableau və bir çox başqa sahələrə diqqət yetirirlər.

🧩StatQuest With John Starmer- Starmer əsasən sahə üzrə mürəkkəb mövzuları çox rahat şəkildə və şəkillərlə izah etməsi ilə seçilir.

🧩Krish Naik- Naik təkcə Data Science, Machine Learning, Deep Learning və s. nəzəriyyəsi və tətbiqləri haqqında danışmır; o, həmçinin sahəyə daxil olmaq istəyənlər üçün bir sıra məsləhətlər də verir.

🧩Corey Schafer-Schaferin məzmunu xüsusi bacarıq səviyyəsinə əsaslanmır, çünki o, əsasən yeni başlayanları nəzərə alır və ona uyğun mövzular seçir. Schafer, Python, Git, SQL, JavaScript, Kompüter Elmlərinin Əsasları və s. kimi müxtəlif mövzuları əhatə edir.

🧩FreeCodeCamp.org- layihələr yaratmaqla kodlamağı öyrənməyə kömək edən bu Youtube kanalında Python proqramlaşdırması, Data Science, Machine Learning və Deep Learning haqqında videolar var. PyTorch ilə Deep Learning adlı 6 video seriyası da mövcuddur.

📍Sahə üzrə əlavə olaraq tövsiyə etdiyiniz YouTube kanallarını şərhdə bizimlə bölüşməyi unutmayın.

👨‍💻Təsəvvür edin ki, iş müsahibəsindəsiniz. İşə götürənin suallarını cavablandırarkən, süni intellekt (AI) üzünüzü skan ...
06/08/2022

👨‍💻Təsəvvür edin ki, iş müsahibəsindəsiniz. İşə götürənin suallarını cavablandırarkən, süni intellekt (AI) üzünüzü skan edərək sizi əsəbilik, empatiya və ya etibarlılıq baxımından qiymətləndirir. Elmi fantastika kimi səslənə bilər, lakin bu sistemlər getdikcə daha çox istifadə olunmağa başlayır.

🖇Belə sistemlər emosiyaların 6 əsas emosiya dəstinə malik nəzəriyyəyə əsaslanır: qorxu, qəzəb, xoşbəxtlik, kədər, ikrah və təəccüb.

🤖Bu texnologiyaların ilklərindən biri isə 1990-ci illərin sonunda yaradılan “Kismet”(türk dilindəki kader sözündən götürülüb) adlı robot-dur. Belə ki, bu robot bədən dili və səs tonu vasitəsilə emosiyaları tanıya bilir.

Məsələn, bir insanın ağzının küncləri yuxarı qalxarsa, robot adamın yaxşı əhval-ruhiyyədə olduğunu, qırışmış burun isə qəzəb və ya ikrah hissini ifadə edə bilər.

📌Emosiyaların tanınması texnologiyası bazarının 2023-cü ilə qədər 33 milyard dollardan çox həcmə çatacağı
təxmin edilir.

💫Postu save etməyi və paylaşmağı unutmayın.

💫DataDay adlı layihəmizin ilk tədbirini uğurla başa vurduq. Tədbir zamanı Data Elmi və Data texnologiyalarında hazırki q...
03/08/2022

💫DataDay adlı layihəmizin ilk tədbirini uğurla başa vurduq.

Tədbir zamanı Data Elmi və Data texnologiyalarında hazırki qlobal trendlər; Data texnologiyaları ilə bağlı yaxın gələcəkdəki gözləntilər; Karyera imkanları; Mümkün roadmaplar və bu kimi bir çox faydalı mövzulara toxunuldu.

✨Qeyd edək ki, yaxın günlərdə layihəmizin ikinci tədbiri baş tutacaq.

Tədbirdə iştirak edən hər kəsə təşəkkür edir, karyeralarında uğurlar arzulayırıq!

🐼Data-nın Təhlili üçün 5 Güclü Pandas Funksiyaları🔹Mövzu datanın təhlilidirsə o zaman Python-ın Pandas kitabxanasından i...
01/08/2022

🐼Data-nın Təhlili üçün 5 Güclü Pandas Funksiyaları

🔹Mövzu datanın təhlilidirsə o zaman Python-ın Pandas kitabxanasından istifadə etməmək mümkün deyil . Belə ki, siz sadə Pandas funksiyasından istifadə edərək böyük bir işi qısa müddətdə görə bilərsiniz.

🔹Pandas böyük tapşırıqları yerinə yetirməyi asanlaşdıran bir vasitədir. Buraya daxildir: Datanın təmizlənməsi, Çatışmayan dəyərlərin doldurulması (Filling missing values), Məlumatların normalizə olunması, Təsviri Satisitik təhlil və daha çoxu.

🔹CSV və ya Excel fayllarının oxunması- Excel və ya CSV-da saxlanılan faylları oxumaq üçün bu əmrdən istifadə edə bilərik. (Hesab edək ki, dəyişəni “df” adlandırırıq.)
df = pd.read_csv(“faylın adı”)
və Datasetin ilk beş cərgəsini əldə etmək üçün - df.head( )

🔹df.columns -Datasetin bütün sütünlarını əldə etmək üçün- Əgər siz çoxlu sütünü olan böyük məlumat bazası ilə işləyirsinizsə o zaman bu funksiya sizə kömək olacaq.

🔹len(df) -Data Frame Uzunluğu - bu funksiya Datalar cədvəlinin uzunluğunu göstərmək üçün istifadə olunur.

🔹df.dtypes - Datasetdə dataların tipini müəyyən etmək üçün- Bu funksiya datanın mahiyyətini və hər bir sütunun data tipini müəyyən etməyə kömək olacaq.

🔹df.describe( ) -Statistikaların təsviri- bu funksiya Dataset-in xülaləsini və ya təsviri statistikasını əldə etmək üçün istifadə olunur.

🌟Fikirlərinizi bizimlə şərhdə bölüşməyi unutmayın.

☄Facebook-un rəhbəri Mark Zuckerberg 2021-ci ildə şirkətin adının dəyişdirilərək "Meta" adlanacağını elan etdikdən sonra...
29/07/2022

☄Facebook-un rəhbəri Mark Zuckerberg 2021-ci ildə şirkətin adının dəyişdirilərək "Meta" adlanacağını elan etdikdən sonra Metaverse yenidən mediada ən çox müzakirə edilən mövzulardan biri oldu.

İlk dəfə isə Metaverse 1992-ci ildə elmi fantastika yazarı Neal Stephenson'un "Snow Crash" romanın da yer alıb.

🌐Metaverse - insanların virtual mühitdə əlaqə qurmasına imkan verən real və virtual həyatın birləşdiyi rəqəmsal dünyadır.

🔆Metaverse real həyatda edə biləcəyimiz bir çox şeyi virtualda da etməyə imkan yaradır. Məsələn istənilən şəxs özünə avatar yarada və bu avatarla iş, səyahət, alış-veriş kimi bir çox gündəlik fəaliyyətləri edə, həmçinin virtual dünyanın bütün imkanlarından yararlana bilərlər.

🤔Görünən budur ki, bu mövzu gələcək zamanlarda da yenidən gündəmi silkələyən mövzulardan biri olacaq.

🎬Proqramlaşdırma və Süni intellekt sahəsinə aid film rublikamızın tövsiyə etdiyimiz  ikinci filmi: Steven Spielberg-in r...
25/07/2022

🎬Proqramlaşdırma və Süni intellekt sahəsinə aid film rublikamızın tövsiyə etdiyimiz ikinci filmi: Steven Spielberg-in rejissoru olduğu süni intellekt mövzulu A.I: Artificial Intelligence filmidir.

🧩Bu film insani duyğulara sahib olmaq istəyən robotun hekayəsindən bəhs edir.

🧩Belə ki, Mecha adlı yeni robotlar sinfi var və onlar düşüncə və hissləri təqlid edə bilən qabaqcıl insan görünüşünə malikdirlər. Bu ixtiranın məqsədi isə özünü insanların yerinə qoyaraq bəşəriyyətin ortaq problemlərinin həllini tapmaqdır.

🧩Bu robotlardan biri də 11 yaşlı David-dir. David zəngin bir ailə tərəfindən övladlıq olaraq götürülür. Davidin digər uşaqlardan fərqli olmasına baxmayaraq o eynən bir insan kimi davrandığı və özünündə buna inandığı üçün robot olması asanlıqla başa düşülmür.

🧩Lakin bir sual həmişə Davidi düşündürür: O bir robotdan fərqli ola və nə vaxtsa insan kimi həyatına davam edə biləcək mi?

🧩Bu suala cavab axtarması ilə onun mübarizəsi başlayır. O öz reallığına qovuşmaq istəyir və bunun üçün təhlükələrlə dolu bir səfərə çıxır.

🧩Sonluq isə müəmmalı bitir. Əgər necə bitdiyi sizə maraqlıdısa filmi mütləq izləyin.

⭐️Film haqqında fikirlərinizi bizimlə bölüşməyi unutmayın.

Address

Jafar Jabbarli 44
Baku

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00

Telephone

+994512511129

Alerts

Be the first to know and let us send you an email when Galactech School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share