Harvard Business Consulting

Harvard Business Consulting Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Harvard Business Consulting, Consulting Agency, Jafar Jabbarli 44, Baku.

Ramazan Bayramınız Mübarək!Allah tutduğunuz orucunuzu, etdiyiniz duaları qəbul etsin inşallah.Barış, sağlıq, sevgi və hü...
05/06/2019

Ramazan Bayramınız Mübarək!

Allah tutduğunuz orucunuzu, etdiyiniz duaları qəbul etsin inşallah.

Barış, sağlıq, sevgi və hüzur dolu Ramazanlara!

Justice is expensive.Justice is not for everyone.27 years we are asking for justice, for the crime against humanity. For...
26/02/2019

Justice is expensive.
Justice is not for everyone.
27 years we are asking for justice, for the crime against humanity. For innocent men, women and children brutally killed just because of their ethnicity. Although World Community knows about this massacre and aggressors, they are still inactive, deaf and blind.

But we will never forget, remind it forever, until the justice comes true.

Never again.

Şəhidlərimizi hüznlə anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
20/01/2019

Şəhidlərimizi hüznlə anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bu gün, 9 Noyabr Dövlət Bayrağı Günüdür.Bir kərə yüksələn, bir daha enməzDalğalan bayrağım, ucal bayrağım!Səninlə fəxr e...
09/11/2018

Bu gün, 9 Noyabr Dövlət Bayrağı Günüdür.

Bir kərə yüksələn, bir daha enməz
Dalğalan bayrağım, ucal bayrağım!
Səninlə fəxr edir türkün birliyi,
Bu böyük birlikdən güc al, bayrağım!
Dalğalan bayrağım, ucal bayrağım!

28/05/2018

Bu gün, 28 May tarixi Azərbaycan xalqının ən əlamətdar, ən fəxarətli bir günüdür. Bu gözəl may günü, 28 May Respublika Günü - Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür.

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il Mayın 28-i hər bir Azərbaycan vətəndaşının, Azərbaycan türkünün milli qürur hissi duyduğu bir gündür.

28 May Respublika gününüz, Cümhuriyyətimizin 100 illiyi mübarək!

09/05/2018

Bu gün 9 May faşizm üzərində Qələbə günüdür.

06/05/2018

“İnsan Resursları (HR) və Vergi Uçotu” üzrə Açıq Qapı günü təşkil etdik.

Sahələri üzrə dəyərli məlumatlar verdikləri, iş təcrübələrini bölüşdükləri üçün təlimçilərimizə, HR üzrə təlimçimiz Sevinc Qarakişiyeva (neft sektorunda HR menecer)
Vergi Uçotu üzrə təlimçimiz Dilqəm Göyüşova (Vergilər Nazirliyində şöbə rəhbəri, Böyük Dövlət vergi müfəttişi) təşəkkürümüzü bildiririk.

🔹 Sahibkarlar üçün “İnsan Resursları (HR) və Vergi Uçotu” üzrə Açıq Qapı günü təşkil edirik.✅ Açıq Qapı sahibkar kimi fə...
02/05/2018

🔹 Sahibkarlar üçün “İnsan Resursları (HR) və Vergi Uçotu” üzrə Açıq Qapı günü təşkil edirik.

✅ Açıq Qapı sahibkar kimi fəaliyyət göstərən və ya sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlər üçün nəzərdə tutulub.
✅ Əziz sahibkarlar peşəkar fəaliyyətinizdə İnsan Resursları (HR) və Vergi Uçotu üzrə qarşılaşdığınız problemlərin həllinə yönəlmiş Açıq Qapı günü 06 May, saat 11:00 – da keçiriləcək.
✅ Arzu edən hər kəs zəng edərək, e-mail və ya link vasitəsilə qeydiyyatını təsdiqlədə biləcək. Tədbirdə iştirak tamamilə ÖDƏNİŞSİZDİR.

➡️ Bu link vasitəsi ilə online qeydiyyatdan keçə bilərsiniz: https://goo.gl/1AbQsJ

Təlimçilər:

🔹HR - Təlimçi: Sevinc Qarakişiyeva (neft sektorunda HR menecer)

HR sahəsində 10 ildən çox təcrübəsi olan Sevinc xanım hazırda neft sektorunda fəaliyyət göstərən şirkətlərdən birində HR Menecer vəzifəsində çalışır. Həmçinin İnsan Resursları sahəsində təlimçi və konsultantdır. ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 üzrə ixtisaslı mütəxəssisdir.

🔹Vergi Uçotu – Təlimçi: Dilqəm Göyüşov (Vergilər Nazirliyində şöbə rəhbəri, Böyük Dövlət vergi müfəttişi)

Dilqəm müəllim Mühasibatlıq və konsaltinq şirkətində mühasib olaraq çalışdıqdan sonra Azərbaycan Respublikası Vergilər Nazirliyinin Çağrı Mərkəzində (195) operator olaraq işə başlamışdır. Qısa müddət ərzində Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində bölmə rəisi vəzifəsinə yüksəlmiş və daha sonra Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində (KSID) şöbə rəhbəri işləmişdir. Hazırda həmin departamentdə Böyük Dövlet vergi müfəttişi vəzifəsində çalışır. Uzun illərdir vergi orqanlarında Vergi Qanunvericiliyinin vergi odəyicilərinə çatdırılması, vergi ödəyicilərinin maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bizimlə əlaqə və qeydiyyat üçün:

📍Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Caspian Plaza, korpus 3, mərtəbə 10, Nizami Metrosunun yaxınlığı
☎️Telefon: (+994 12) 497 75 37 / 39
📲 Mobil: (+994 50) 661 01 17
📲 Mobil: (+994 55) 528 35 45
📲 Mobil: (+994 70) 297 75 37
WhatsApp: (+994 55) 779 75 17
E-mail: [email protected]
Web: www.stimul.edu.az
https://www.facebook.com/Stimul.edu.az
https://instagram.com/stimul.az/

STİMUL Education & Consultingin başlatdığı Korporativ Sosial Məsuliyyət çərçivəsində sosial qruplar üçün ödənişsiz kursl...
27/04/2018

STİMUL Education & Consultingin başlatdığı Korporativ Sosial Məsuliyyət çərçivəsində sosial qruplar üçün ödənişsiz kursların təşkili ilə əlaqədar SOSİAL Layihəyə biz də dəstək olacağıq. Sizi də bu layihəyə dəstək olmağa dəvət edirik!

Daha ətraflı: https://www.facebook.com/Stimul.edu.az

Novruz Bayramı münasibəti ilə ən yaxşı Bayram təbriki Müsabiqəsinə siz də qoşulun və qalib olun!
16/03/2018

Novruz Bayramı münasibəti ilə ən yaxşı Bayram təbriki Müsabiqəsinə siz də qoşulun və qalib olun!

Diqqət! MÜSABİQƏ!

Bu lövhəyə yazacağınız bayram təbrikiniz nə olardı?

Şərh bölməsinə Bahar bayramı ilə əlaqədar ən maraqlı təbrikini yaz və bizdən 1 aylıq kurs (Seçiminiz əsasında MS Office, İngilis dili və ya Rus dili) hədiyyə qazan. Qalib 30 Mart tarixində nitq mədəniyyəti - Diksiya təlimçimiz Zərifə Əliyeva tərəfindən yoxlanılacaq təbrik mesajları içərisindən seçiləcək.

Müsabiqə bu gün başlayır və 28 Mart tarixinədək davam edəcək!

Müsabiqədə iştirak edəcək bütün iştirakçılara uğurlar arzulayırıq!

Stimulunuz bol olsun!

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerl...
26/02/2018

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edərək dinc əhaliyə qarşı soyqrım törətdilər.

Bu soyqrım nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:

uşaqlar - 63 nəfər;
qadınlar - 106 nəfər;
qocalar - 70 nəfər.

8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir

487 nəfər yaralanmışdır, onlardan:

uşaqlar - 76 nəfər;

1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.

Allah bütün şəhidlərə rəhmət eləsin!

STİMUL Education & Consulting və HARVARD Business Consulting arzu edən hər kəsi “Time Management – Vaxtın idarəedilməsin...
26/01/2018

STİMUL Education & Consulting və HARVARD Business Consulting arzu edən hər kəsi “Time Management – Vaxtın idarəedilməsinin sadə üsulları” seminarına dəvət edir.

Seminarın təşkil olunduğu tarix və saat: 04.02.2018, 11:00
İştirak haqqı: ÖDƏNİŞSİZ

Zamanın idarəolunması ilk növbədə düzgün həyat tərzi, naliyyətlərə döğru inamla addımlamağa qulluq edən bir vasitədir.

Zamanın idarəedilməsinin əsas komponentlərindən olan planlamadır. Planlama Sizin vaxtınıza qənaet edir. Həyatda uğur qazananlar məhz planlamaya daha çox vaxtlarını ayıranlardır.
Zamanın idarəolunmasının əsas məsələsi – vaxtında əsas işin təyin edilməsi və bu işin həyata keçirilməsindən ibarətdir. Prioritetlərin düzgün təyin edilməsi - görüləcək işlərin, hər birinin əhəmiyyətlilik səviyyəsin təyin edərək, effektiv idarəedilməsini təmin edir.

Seminar zamanı Vaxtın idarəedilməsi metodları və yanaşmaları keyslər üzərində araşdırılacaq.

Təlimçi: Vidadi Baxışov (Yerli və Beynəlxalq əhəmiyyətli layihələrin rəhbəri)

Vidadi Baxışov 1985-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Rusiya, Almaniya, Finlandiya və s. xarici ölkələrdə İdarəetmə - Menecment üzrə ixtisasartırmalar keçmiş, Beynəlxalq konfransların iştirakçısı və məruzəçisi olmuşdur. O, 1996-cı ildən Azərbaycanda yaradılan yeni idarəetmə sisteminin qurucularındandır. Vidadi müəllim media, bank, istehsal, xidmət, maliyyə və digər sektorda fəaliyyət göstərən şirkətlərin, Dövlət qrumlarının tam yeni idarəetmə proqramlarını işləyib hazırlamaq üzrə professional təcrübəyə malikdir.

Online Qeydiyyat üçün zəhmət olmasa linkə daxil olun: https://docs.google.com/forms/d/1I93i2fLqGVHQVJxsd5yI_UpmSzr1m9MW6UKgtFjckPc/viewform?edit_requested=true

Bizimlə əlaqə və qeydiyyat üçün:

Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı 44, Caspian Plaza, korpus 3, mərtəbə 10, Nizami Metrosunun yaxınlığı
Telefon: (+994 12) 497 75 37 / 39
Mobil: (+994 50) 661 01 17
Mobil: (+994 55) 528 35 45
Mobil: (+994 70) 297 75 37
WhatsApp: (+994 55) 779 75 17
E-mail: [email protected]
Web: www.stimul.az
https://www.facebook.com/Stimul.edu.az
https://instagram.com/stimul.az/

Address

Jafar Jabbarli 44
Baku
AZ1065

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00

Telephone

+994124970735

Alerts

Be the first to know and let us send you an email when Harvard Business Consulting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share