Sosial Şəbəkələrdə Azərbaycan

Sosial Şəbəkələrdə Azərbaycan Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sosial Şəbəkələrdə Azərbaycan, Consulting Agency, Baku.

16/07/2026

🎼 Səsinizi peşəkar səviyyədə inkişaf etdirmək və musiqi təhsili yolunda inamla irəliləmək istəyirsiniz?

Akustik İncəsənət Mərkəzi akademik vokal üzrə yeni qəbulun başladığını elan edir!

Dərslər Azərbaycan Milli Konservatoriyasının məzunu, akademik vokal ifaçısı, tenor, respublika və beynəlxalq müsabiqələr laureatı Altun Süleymanov tərəfindən tədris olunur.

Tədris proqramına daxildir:
• Akademik vokal hazırlığı
• Düzgün nəfəs və səs texnikasının mənimsənilməsi
• Səsin peşəkar şəkildə formalaşdırılması
• Diksiya, intonasiya və ifaçılıq bacarıqlarının inkişafı
• Səhnə mədəniyyəti və artistizm
• Fərdi yanaşma əsasında vokal inkişaf proqramı
• Ali və orta ixtisas musiqi təhsili müəssisələrinin qabiliyyət imtahanlarına peşəkar hazırlıq

İstər ilk addımlarınızı atın, istərsə də peşəkar səhnəyə və ya musiqi təhsili müəssisələrinə qəbul olmağı hədəfləyin – Akustik İncəsənət Mərkəzi sizə bu yolda yüksək səviyyəli tədris və etibarlı dəstək təqdim edir.

📩 Qeydiyyat artıq açıqdır. Gələcəyin səsini bu gündən formalaşdırın!
Əlaqə: 0557788651

16/07/2026

Mr. President (Donald J. Trump),

Thank you for sharing my remarks from the Shusha Global Media Forum, where I described you as a “Man of Peace,” citing Breitbart.

With less than a month remaining until the first anniversary of the historic Washington Summit, I would like to once again express my sincere appreciation for your indispensable role in advancing lasting peace between Azerbaijan and Armenia. Your leadership has made a historic contribution to bringing our region closer to peace, stability, and prosperity.

You truly are a Man of Peace.

05/06/2026

Bilgili önəmli dinləməyə dəyər professorumuz xoş gəlirsiniz.👏🏻

16/04/2026

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq və azadlıqların həyata keçirilm...

16/04/2026

İllər ötür, zövqlər dəyişir, amma onun bəstələri heç zaman unudulmur, yaddan çıxmır. “Bir könül sındırmışam”, "Dalğalar”, "Könül verdim”, "Sənsən ürəyim”, "Səndən danışdı”, "Mən sənə neyləmişəm”, "Oxu, tar”, "Səadət”, "Səni sevən baxışla...

16/04/2026

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

“İki körpə ilə başlayan yol: bu gün öz şirniyyat evini qurmağa gedən güclü qadın”Bəzən böyük uğurlar çox sadə, amma çəti...
16/04/2026

“İki körpə ilə başlayan yol: bu gün öz şirniyyat evini qurmağa gedən güclü qadın”

Bəzən böyük uğurlar çox sadə, amma çətin başlanğıclardan doğur… Bugünkü müsahibim isə həyatın ən məsuliyyətli dövründə — iki körpə ilə birlikdə sıfırdan bir yol seçib. Bu yol nəinki çətin, eyni zamanda böyük cəsarət və iradə tələb edən bir yol idi.
Bu gün o, artıq öz zəhməti ilə addım-addım irəliləyərək gələcəkdə şəxsi şirniyyat məkanını qurmağa hazırlaşır.

Gəlin, bu güclü hekayənin arxasında duran Ülkər Zülfüqarqızını daha yaxından tanıyaq…

“Siz dediniz ki, bu işə 2 körpə ilə başlamısınız… O an sizin üçün həyat necə idi?”

-- Bəli, mən bu işə iki körpə ilə başladım. Açığı, o vaxt həyat mənim üçün həm çox çətin, həm də məsuliyyətli idi. Gecələr yuxusuz qalırdım, gündüz isə həm uşaqlara baxmalı, həm də nəsə qazanmaq üçün yol axtarmalı idim.
Bəzən çox yorulurdum, amma dayanmırdım. Çünki bilirdim ki, bunu uşaqlarım üçün edirəm. Onların gələcəyi mənə güc verirdi.
O dövr mənə çox şey öyrətdi — səbr, güc və öz ayaqlarım üstündə durmağı. İndi geriyə baxanda anlayıram ki, ən çətin vaxtlarım eyni zamanda məni ən çox inkişaf etdirən vaxtlar olub.

“Heç olubmu ki, ‘artıq davam edə bilmərəm’ dediyiniz an olsun?”

-- Bəli… əslində belə anlar çox olub. İki körpə ilə, ev işləri ilə, yuxusuzluqla insan bəzən həqiqətən tükənir. Elə günlər olurdu ki, heç nəyə gücüm çatmırdı…
Uşaqlara baxmaq özü ən böyük məsuliyyətdir. Bəzən onların ən sadə ehtiyaclarını belə vaxtında çatdıra bilməyəndə insan özünü çox p*s hiss edir. Hətta içimdən keçirdi ki, ‘görəsən mən yaxşı ana deyiləm?’
Amma sonra özümü toplayırdım… və özümə deyirdim ki, mən bütün bunları onlar üçün edirəm. Onların gələcəyi üçün çalışıram.
O fikir məni yenidən ayağa qaldırırdı. Mən yenə davam edirdim. Çünki ana olmaq bəzən yorulmaq deyil… amma heç vaxt vaz keçməmək deməkdir.

“İnsanlara görünməyən, amma sizin yaşadığınız ən böyük mübarizə nə olub?”

-- Ən böyük mübarizəm… bəlkə də insanların görmədiyi o təklik olub.
Kənardan hər şey normal görünə bilər, amma içində elə anlar olur ki, özünü tam tək və köməksiz hiss edirsən. Sanki yıxılırsan… amma səni qaldıracaq heç kim olmur.
Bəzən o qədər yorulurdum ki, öz-özümə sual verirdim: ‘Görəsən düz yoldayam? Bəlkə tezdir? Bəlkə səhv edirəm?’ Bu fikir qarışıqlığı insanı daha da zəiflədir.
Amma ən çətini o idi ki, bütün bu sualların cavabını da tək tapmalı olurdum.
Təklik, köməksizlik və həyatın gətirdiyi çətinliklər… bunlar mənim görünməyən mübarizəm idi. Amma mən o mübarizədə özümü itirmədim. Əksinə, yavaş-yavaş öz gücümü tanıdım.

“Şirniyyat hazırlamağı necə öyrəndiniz — özünüz, yoxsa kimdənsə?”

-- Şirniyyat bişirməyi mən əsasən özüm öyrəndim.
Hələ 14–15 yaşım olanda mətbəxə çox marağım var idi. Evdə sobada müxtəlif şirniyyatlar bişirirdim. O vaxtlar internet yeni açdirmişdıq, mən də YouTube-da videolara baxıb öyrənirdim. Bəzən alınmırdı — biskvit yaxşı qalxmırdı, forması istədiyim kimi olmurdu… amma mən yenə də davam edirdim.
Zamanla daha yaxşı alınmağa başladı. Evdəkilər də dadına baxıb bəyənirdilər, bu da mənə motivasiya verirdi.
Sonra qida sənayesi üzrə kollec bitirdim və bu sahədə işlədim. Bu da mənə həm təcrübə, həm də daha düzgün işləməyi öyrətdi.
Bir müddət düşündüm ki, bu işi satışa çevirim. İlk cəhdlərimdə məhsullar yaxşı olsa da, müştəri tapmaq çətin idi. Amma yenə də dayanmadım.
Keçən ildən sosial şəbəkələrdə satışa başladım. Əvvəl çətin oldu, hətta fasilə də verdim. Amma yenidən başladım və bu dəfə daha yaxşı nəticə aldım.
Sanki üçüncü cəhdimdə uğur gəldi. Mən də anladım ki, insan doğrudan istədiyi işi edirsə və vaz keçmirsə, gec də olsa nəticəsini görür.

“Bu sahədə qadın olmaq sizə daha çox çətinlik yaradıb, yoxsa üstünlük verib?”

-- Düzünü desəm, qadın olmaq bu sahədə həm çətinliklər yaradır, həm də üstünlüklər verir.
Çətin tərəfi odur ki, eyni anda çox şeyi idarə etməli olursan — ev, uşaqlar, ailə və iş. Bəzən fiziki olaraq da çətin olur, məsələn, lazım olan dekorları, avadanlıqları almaq, daşımaq və s. Bunlar tək olanda daha ağır hiss olunur.
Amma digər tərəfdən düşünürəm ki, qadın olmağım mənə üstünlük də verib. Mən daha detallı yanaşıram, daha zövqlü təqdimatlar etməyə çalışıram. Müştəri ilə ünsiyyətdə də rahatam, çünki sosial insanam və özümü ifadə edə bilirəm.
Ona görə deyərdim ki, bəzi çətinliklər olsa da, ümumilikdə qadın olmaq mənə bu sahədə daha çox üstünlük verib.

“Dediniz ki, yaxın gələcəkdə öz şirniyyat yerinizi açmaq istəyirsiniz — bu məkan necə olacaq?”

-- Bəli, yaxın gələcəkdə öz şirniyyat məkanımı açmaq istəyirəm və bu məkanı artıq beynimdə çox aydın təsəvvür etmişəm.
İlk növbədə bu yer sırf şirniyyat üzərində qurulacaq. Amma sadəcə satış yeri yox, insanların rahat gəlib vaxt keçirə biləcəyi bir məkan olacaq. Xüsusilə uşaqlı analar, rəfiqələr, ailələr və cütlüklər üçün isti, rahat bir mühit yaratmaq istəyirəm.
Mənim üçün ən vacib məsələ rahatlıq və səmimiyyətdir — ora gələn insan özünü evində kimi hiss etməlidir.
Digər tərəfdən isə çox fərqli və yenilikçi şirniyyat ideyalarım var. Mən istəyirəm ki, insanlar sadəcə şirniyyat yeməyə yox, yeni dadlar kəşf etməyə gəlsinlər.
Ən böyük önəmi isə dada və keyfiyyətə verirəm. İstəyirəm ki, insanlar desinlər: ‘burada şirniyyatlar həqiqətən fərqlidir və çox dadlıdır’.
Ümid edirəm ki, bu məkanla ölkəmizdə də fərqlilik yarada bilim və öz ideyalarımla bir iz qoyum.

“Sizin hekayənizdən ilham alacaq qadınlara nə demək istəyərsiniz?”

-- Mən qadınlara demək istəyirəm ki, ilk növbədə özlərinə inansınlar və öz ayaqları üstündə durmağı bacarsınlar. Hər bir qadının içində böyük bir güc var, sadəcə onu ortaya çıxarmaq lazımdır.
Arzularının arxasınca getsinlər, fərqli olmağa qorxmasınlar. Çünki uğur adətən öz yolunu yaradanların olur. Öz imzanı qoyduğun zaman seçilirsən.
Amma açıq danışsam, bizim ölkədə kiçik biznes qurmağa çalışan qadınlara dəstək məsələsi həmişə asan olmur. Xüsusilə böyük səhifəsi olan, tanınmış simalar və blogerlərdən dəstək almaq çox çətindir. Mən şəxsən müraciət etmişəm, amma ya cavab olmayıb, ya da reklam qiymətləri o qədər yüksək olub ki, yeni başlayan biri üçün əlçatmazdır.
Halbuki bəzən 2–3 dəqiqəlik bir paylaşım belə bir insanın həyatını dəyişə bilər. Bu sadə bir dəstəkdir, amma böyük bir təsir yaradır.Mən iki körpə ilə çalışan bir qadın olaraq bunu daha çox hiss etmişəm. Həm ev, həm uşaqlar, həm də iş — bunların hamısını eyni anda idarə etmək asan deyil. Amma yenə də dayanmaq olmur.
Mən düşünürəm ki, əsl güc bir-birimizə dəstək olmaqdır. Bir qadının və ya gəncin yolunu açmaq, əslində hamımız üçün bir yaxşılıqdır. Əgər biz bir-birimizi dəstəkləsək, daha çox uğur hekayələri görə bilərik.

15/04/2026

Siyavuş Novruzov Şərur rayon vətəndaşlarının növbəti onlayn qəbulunu keçirib

15/04/2026
15/04/2026

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva gözlərə nur bəxş etməsi, Azərbaycan oftalmologiya elmini ölkənin hüdudlarından kənarda tanıtması və ictimai xadim kimi fəaliyyəti ilə şərəfli bir ömür yaşayıb. Aprelin 15-i Zərifə xanımın xatirə günüdür.

Address

Baku

Telephone

+994507275435

Website

Alerts

Be the first to know and let us send you an email when Sosial Şəbəkələrdə Azərbaycan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share