Azexport.az

Azexport.az Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazası

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə olunan azexport.az-ın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformadır. Azexport.az dünyanın ən populyar elektron satış şəbəkələri ilə inteqrasiya olunaraq Azərbaycan nemətlərini planetin bütün nöqtələrində potensial alıcılara əl

çatan edir. Bu missiyanı həyata keçirmək üçün, dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-loqistika şirkətləri Azərbaycan mallarının daşınması üçün əlverişli şəkildə Azexport.az-a inteqrasiya olunublar. Azexport.az VİSA, Master Card və American Express kart sahibləri üçün portal üzərindən ödəmələri tam təhlükəsiz və sürətli həyata keçirilməsini təmin edir. Azexport.az öz ziyarətçiləri ilə mükəmməl əlaqə sistemi quraraq daim Sizlərin xidmətində olmaqdan məmnunluq duyur. Mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli, əlverişli, hər yerdə və həmişə olmaqla "Made in Azerbaijan" brendini Sizə daha yaxın etdik!

🚀 Azexport.az təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub📍 İİTKM-də Ümumdünya Şəhərsalma Forumu (WUF13 Azerbaijan) ç...
19/05/2026

🚀 Azexport.az təcrübəsinin Pakistanda tətbiqi müzakirə olunub

📍 İİTKM-də Ümumdünya Şəhərsalma Forumu (WUF13 Azerbaijan) çərçivəsində ölkəmizdə səfərdə olan İslam Respublikasının əyalətinin Baş nazirinin süni intellekt və xüsusi təşəbbüslər (The Office of AI) üzrə müşaviri Ali Darın (Ali Dar) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

🔹 Görüşdə Pakistanın yüksəkrütbəli dövlət rəsmiləri, aparıcı sahibkarları və Pakistanda fəaliyyət göstərən Evinin rəhbəri iştirak edib. Qonaqlara İİTKM-in operatoru olduğu "Azexport.az" portalının fəaliyyət mexanizmləri, onun platformaları ilə inteqrasiyası və yerli məhsulların bazarlara çıxarılması imkanları barədə ətraflı məlumat verilib.

🔹 Pəncab əyalətinin Baş nazirinin müşaviri Ali Dar iki ölkə arasında elektron ticarət sahəsində əlaqələrin dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edib. O, bu sahədə qabaqcıl layihələrdən olan “Azexport” təcrübəsinin Pakistanda tətbiqi istiqamətində praktiki addımların atılacağını bildirib.

🔹 "Azexport" portalının rəhbəri Ayxan Qədəşov (Ayxan Qadashov) Azərbaycanın elektron ticarət infrastrukturunun qurulması və institusional mexanizmlərin formalaşdırılması sahəsindəki təcrübəsini bölüşməyə hər zaman hazır olduqlarını ifadə edib.

🔹 Görüşdə İİTKM-in digər innovativ layihəsi olan Enterprise Azerbaijan portalı da nümayəndə heyətinə təqdim olunub. Portalın rəhbəri İsa Qasımov (Isa Qasimov) platformanın ölkədə ekosisteminin inkişafı, investisiyaların cəlb edilməsi və gənc sahibkarlara dəstək istiqamətindəki fəaliyyəti barədə məlumat verib.

🚀 “Azexport” portalı “ ” layihəsində təmsil olunub!İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) ope...
14/05/2026

🚀 “Azexport” portalı “ ” layihəsində təmsil olunub!

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Azexport.az portalının rəhbəri Ayxan Qədəşov (Ayxan Qadashov) gənclərlə görüşərək aqroturizm və aqrar innovasiyalar mövzusunda təlim keçib.

Təlimdə iştirakçılara:
🌱 aqroturizmin qlobal dəyər zəncirinə inteqrasiyası
🌱 yerli aqro-məhsulların beynəlxalq bazarlara çıxışı
🌱 rəqəmsal satış və e-ticarət imkanları

xüsusilə də Alibaba.com, Amazon.com və eBay kimi platformalardan istifadə imkanları barədə məlumat verilib.

“Farm2Tour” layihəsi Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, İİTKM-in Enterprise Azerbaijan portalı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (Innovation and Digital Development Agency) və “Azmaş Lizinq” MMC-nin tərəfdaşlığı, həmçinin Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı ilə həyata keçirilir.

Məqsəd süni intellekt əsaslı rəqəmsal həllər vasitəsilə kənd təsərrüfatı və turizm sahələrini birləşdirən yeni ideyaların hazırlanmasını təşviq etməkdir.

Layihədə seçilən uğurlu startaplar Enterprise Azerbaijan portalı tərəfindən “ ” proqramına daxil edilərək beynəlxalq ekosistemə çıxış imkanı əldə edəcəklər.

“Azexport” portalı “    Week” və “  Azerbaijan” sərgilərində iştirak edəcək📍 İqtisadi İslahatların Təhlili və Kommunikas...
04/05/2026

“Azexport” portalı “ Week” və “ Azerbaijan” sərgilərində iştirak edəcək

📍 İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalı 5–8 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək regionun ən nüfuzlu və tədbirlərində tərəfdaş qismində təmsil olunacaq.

🔹 “Azexport” portalı sərgidə M122 nömrəli stenddə yer alacaq. Burada sahibkarlara platformada qeydiyyat, məhsulların bazarlara çıxarılması, və proseslərinin sadələşdirilməsi üzrə məsləhət xidmətləri göstəriləcək.

🔹 Sərgilərdə dünyanın 45 ölkəsindən 447 şirkətin iştirakı təsdiqlənib. İştirakçı ölkələr sırasına , , , , , və digər aparıcı dövlətlər daxildir.

🔹Almaniya, İtaliya, , və digər ölkələr milli qruplar formatında, ölkələri isə platforması çərçivəsində vahid stenddə təqdim olunacaq.

📍İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport.az" portalı ilə müxtəlif t...
24/04/2026

📍İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport.az" portalı ilə müxtəlif təyinatlı plastik məhsulların istehsalını həyata keçirən “ ” şirkəti arasında görüş keçirilib.

Görüşdə şirkətin fəaliyyət profili, mövcud istehsal potensialı və xarici bazarlara çıxış istiqamətində atılan addımlar müzakirə edilib. Bildirilib ki, və digər sahələri üçün müxtəlif taraların və qablaşdırma məhsullarının istehsalı üzrə ixtisaslaşan müəssisə artıq bəzi ölkələrdən sifarişlər qəbul etməyə və həyata keçirməyə başlayıb.

Müzakirələr zamanı “Azexport.az” portalı tərəfindən müəssisəyə ixrac coğrafiyasının daha da genişləndirilməsi, platformalarına inteqrasiyası və potensial xarici alıcılarla “B2B” formatında əlaqələrin qurulması istiqamətində yaradılan imkanlar barədə ətraflı məlumat verilib.

🎉"Azexport.az " portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi10 illik yubileyini qeyd edir...
20/04/2026

🎉"Azexport.az " portalının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi10 illik yubileyini qeyd edir. ⬇️

📢 İİTKM 10 illik yubileyini qeyd edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) fəaliyyətinin 10 ilini tamamlayır.

Son 10 il ərzində Mərkəz:
📊 40+ dövlət proqramının icrasının monitorinq və qiymətləndirməsini həyata keçirib
📁 böyük verilənlər bazası formalaşdırıb
📈 data-əsaslı idarəetmə modelinin tətbiqinə mühüm töhfə verib
🌍 Azərbaycanın beynəlxalq iqtisadi reytinqlərdə mövqeyinin güclənməsinə dəstək olub

Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında 25-ci yerə yüksələrək ən çox islahat aparan ölkələr sırasında yer alıb.

İİTKM həmçinin BMT, Dünya Bankı, BVF və AİB kimi nüfuzlu təşkilatlarla əməkdaşlıq edir, “Böyük İyirmilik” (G20) və “Böyük Yeddilik” (G7) ölkələrinin beyin mərkəzləri platformalarında fəal iştirak edir və bir sıra nüfuzlu mükafatlara layiq görülüb.

📌 Mərkəzin nəzdində fəaliyyət göstərən “Azexport”, “Enterprise Azerbaijan”, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağı ölkənin qeyri-neft ixracı və rəqəmsal iqtisadiyyatına ciddi töhfələr verib.

🔹 Son 10 ildə İİTKM 30-a yaxın rəqəmsal resurs vasitəsilə iqtisadi islahatların yerli və beynəlxalq kommunikasiya platformasına çevrilib.

👉 Son 10 ildə “Web of Science” və “Scopus” bazalarında indekslənmiş nəşrlər, 30 kitab və 840 icmal İİTKM-in beyin mərkəzi kimi məhsuldar fəaliyyətinin göstəricisidir.

Ətraflı: https://ereforms.gov.az/az/media/xeberler/iqtisadi-islahatlarin-tehlili-ve-kommunikasiya-merkezinin-yaradilmasindan-10-il-otur-2643

17/04/2026

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov (Ayxan Qadashov) Mərkəzin 10 illik yubileyi ərəfəsində portalın fəaliyyəti ilə bağlı məlumat verib.

Hörmətli sahibkarlar, fikriniz önəmlidir!                         Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya ...
16/04/2026

Hörmətli sahibkarlar, fikriniz önəmlidir!

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya sahibkarlar arasında idxal-ixrac əməliyyatları, maliyyə xidmətləri, vergi və turizm sahələri üzrə sorğu keçirir.

Sorğu ölkədə sahibkarlıq mühitinin inkişafının dəstəklənməsi və rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə keçirilir.

Komissiya Biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasına töhfə vermək üçün sahibkarları sorğuda fəal iştiraka dəvət edir.

🔗Sorğunun linki: https://azranking.az/az/survey-documents

📦 “Azexport” portalı Azərbaycanda istehsal olunan   məhsulunun ixracına dəstək göstərirİqtisadi İslahatların Təhlili və ...
14/04/2026

📦 “Azexport” portalı Azərbaycanda istehsal olunan məhsulunun ixracına dəstək göstərir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalında zəli istehsalı ilə məşğul olan yerli müəssisə nümayəndəsi ilə görüş keçirilib. Görüşün əsas məqsədi Azərbaycan istehsalı olan zəli məhsullarının coğrafiyasının genişləndirilməsi və bazardakı potensialın qiymətləndirilməsidir.

Görüşün əsas istiqamətləri:

🔹 “Azexport” portalının rəhbəri Ayxan Qədəşov (Ayxan Qadashov) son illər dünya bazarında tibbi zəliyə və təbii müalicə vasitələrinə marağın artdığını, bunun yerli istehsalçılar üçün imkanlar açdığını bildirib.
🔹 Sahibkar Şaiq Qasımov yetişdirilən zəlilərin təmizliyi və tibbi göstəricilərinə görə standartlara tam cavab verdiyini, həmçinin istehsal həcmini artırmaq üçün kifayət qədər potensialın olduğunu vurğulayıb.
🔹 Görüşdə beynəlxalq sertifikatların alınması, prosedurlarının idarə olunması və idxalçı ölkələrin tələblərinə uyğunlaşma prosesində birgə fəaliyyətin əhəmiyyəti qeyd edilib.
🔹 Müzakirələrin yekunu olaraq, Azərbaycanın tibbi zəli məhsullarının , və ölkələrinə ixracının təşkili istiqamətində addımların atılması qərara alınıb.

❗Qeyd edək ki, "Azexport" portalı tərəfindən təqdim olunan xidmətlər ödənişsizdir və satışlardan hər hansı komissiya nəzərdə tutulmayıb.

🤝🏻“Azexport” portalı Qazaxıstanın     ekosisteminin qurulmasına   verəcəkİİTKM-in operatoru olduğu “Azexport.az” portalı...
28/01/2026

🤝🏻“Azexport” portalı Qazaxıstanın ekosisteminin qurulmasına verəcək

İİTKM-in operatoru olduğu “Azexport.az” portalı ilə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin Ticarət Siyasətinin İnkişafı Mərkəzi (QazTrade Center for Trade and Policy Development) arasında işçi görüş keçirilib. Görüşün əsas məqsədi Azərbaycanın ixrac sahəsində formalaşdırdığı uğurlu modelin öyrənilməsi və bu təcrübənin Qazaxıstanda yaradılması planlaşdırılan analoji platformada tətbiqi imkanlarının müzakirəsi olub.

Görüş zamanı tərəflər rəqəmsal ixrac sahəsində institusional və texnoloji əməkdaşlığın genişləndirilməsinə dair niyyətlərini ifadə ediblər. Qazaxıstan nümayəndə heyəti “Azexport” portalının fəaliyyət mexanizmi, idarəetmə modeli və elektron ticarət sistemləri ilə inteqrasiya təcrübəsi ilə yaxından tanış olub.

🔹 Müzakirə olunan əsas məsələlər:

📌“Azexport” portalının idarəetmə və əməliyyat mexanizmləri;
📌Beynəlxalq elektron ticarət platformaları ilə inteqrasiya modelləri;
📌Rəqəmsal ixrac sifarişlərinin emalı və logistik idarəetmə prosesləri;
📌Rəqəmsal ixrac infrastrukturlarının milli ixrac potensialına uyğunlaşdırılması;
📌Qarşılıqlı texnoloji və bilik mübadiləsi imkanları.

📃Qeyd edək ki, tərəflər arasında daha əvvəl imzalanmış Anlaşma Memorandumu çərçivəsində ticarətin təşviqi, rəqəmsal iqtisadiyyat sahəsində birgə layihələrin icrası və ixracı dəstəkləyən normativ baza üzrə məlumat mübadiləsi nəzərdə tutulur.

🔗 Ətraflı: https://ereforms.gov.az/az/media/xeberler/azexport-portali-qazaxistanin-reqemsal-ixrac-ekosisteminin-qurulmasina-destek-verecek-2176

🎉“Azexport” portalı Cənubi Qafqazın ən yaxşı milli     platforması seçilibİİTKM-in operatoru olduğu portal Böyük Britani...
27/01/2026

🎉“Azexport” portalı Cənubi Qafqazın ən yaxşı milli platforması seçilib

İİTKM-in operatoru olduğu portal Böyük Britaniyada beynəlxalq “Global Excellence Awards 2025” müsabiqəsində nüfuzlu mükafata layiq görülüb.

“Azexport" portalı “İnnovasiya” nominasiyası üzrə “2025-ci ilin qlobal bazarlara çıxış üzrə Cənubi Qafqazda ən yaxşı milli elektron ticarət platforması” seçilib.

Qiymətləndirmə zamanı portalda milli məhsullar üzrə vahid rəqəmsal reyestrin yaradılması, ixrac prosedurlarının “vahid pəncərə” prinsipi ilə tam rəqəmsallaşdırılması və “Digital Trade Hub” çərçivəsində elektron həllərin inteqrasiyası xüsusi vurğulanıb.

🌍 Bu nailiyyət Azərbaycan Respublikasının ixracın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqəmsal iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirdiyi dövlət siyasəti ilə tam uzlaşır.

www.azexport.az portalı yerli istehsalçıların beynəlxalq ticarətə inteqrasiyasını sürətləndirən əsas institusional və texnoloji platformalardan biri kimi çıxış edir.

Mənbə: https://lux-life.digital/winners/azexport-az/

Address

Yasamal Rayonu, Qurban Xəlilov Küçəsi, 47
Baku
AZ1073

Alerts

Be the first to know and let us send you an email when Azexport.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azexport.az:

Share