CSS Azerbaijan

Directions Website

CSS Azerbaijan CSS Consulting Company
Biznesinizin inkişafında etibarlı dəstəkçiniz!
🔹Hüquq
🔹Maliyyə
🔹Mühasibatlıq
🔹Hüquq və mühasibatlıq üzrə audit
🔹Təlimlər

🇦🇿 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü!Müstəqilliyimiz milli qürurumuz, azadlığımız və gələcəyə inamımızdır...
17/10/2026

🇦🇿 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü!

Müstəqilliyimiz milli qürurumuz, azadlığımız və gələcəyə inamımızdır. Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edirik!

Yeni əməkdaşlığımızı məmnuniyyətlə elan edirik. 🤝Bu əməkdaşlığın hər iki tərəf üçün uğurlu, faydalı və uzunmüddətli nəti...
06/10/2026

Yeni əməkdaşlığımızı məmnuniyyətlə elan edirik. 🤝

Bu əməkdaşlığın hər iki tərəf üçün uğurlu, faydalı və uzunmüddətli nəticələrə yol açmasını arzulayırıq.

Kiçik və orta bizneslərdə hüquqi məsələlər çox olmur, lakin hər biri müqavilə, əmək münasibətləri və ya mübahisə kimi mü...
05/10/2026

Kiçik və orta bizneslərdə hüquqi məsələlər çox olmur, lakin hər biri müqavilə, əmək münasibətləri və ya mübahisə kimi mühüm nəticələr doğura bilər.

Ayrıca hüquq əməkdaşı işə götürmək isə əlavə xərc deməkdir.

CSS ilə sabit və əlverişli ödənişlə peşəkar vəkil heyətinin dəstəyindən yararlanın:

✓ Müqavilələrin hazırlanması və hüquqi ekspertizası
✓ Əmək münasibətlərinin hüquqi tənzimlənməsi
✓ Hüquqi rəylər və sənədlərin hazırlanması
✓ Korporativ hüquq üzrə məsləhət
✓ Məhkəmə və mübahisələrdə təmsilçilik
✓ Gündəlik hüquqi məsələlərin idarə olunması

Xərclərinizi azaldın, hüquqi təhlükəsizliyinizi təmin edin.

📩 Ətraflı məlumat üçün DM-ə “HÜQUQ” yazın.

🇦🇿 27 Sentyabr – Anım GünüVətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi dərin ehtiram və sonsuz minnə...
26/09/2026

🇦🇿 27 Sentyabr – Anım Günü

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla yad edirik.

Ruhunuz şad olsun! 🇦🇿

🇦🇿 20 Sentyabr – Suverenlik Günü20 Sentyabr Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasın...
19/09/2026

🇦🇿 20 Sentyabr – Suverenlik Günü

20 Sentyabr Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunmasının rəmzidir.Bu əlamətdar gün münasibətilə xalqımızı ürəkdən təbrik edir, ölkəmizə daim sülh, əmin-amanlıq və firavanlıq arzulayırıq.

Suverenliyimiz daim olsun! 🇦🇿

Müştərimiz adından satınalma proseduru ilə bağlı etdiyimiz şikayət nəticə verdi.Müraciətimiz qəbul edildi və müştərimizi...
15/09/2026

Müştərimiz adından satınalma proseduru ilə bağlı etdiyimiz şikayət nəticə verdi.

Müraciətimiz qəbul edildi və müştərimizin əsassız olaraq kənarlaşdırıldığı müəyyən olundu. Qərarın yenidən qiymətləndirilməsi təmin edildi.

Hüquqlarınızın müdafiəsi üçün peşəkar hüquqi dəstək alın.

📩 Bizimlə əlaqə saxlayın və işinizi hüquq mütəxəssislərinə həvalə edin.

Məhkəmədə daha bir uğurlu nəticə! ⚖️Bu dəfə Qəbələ Rayon Məhkəməsində baxılan maraqlı bir mülki iş üzrə müştərimizin hüq...
09/09/2026

Məhkəmədə daha bir uğurlu nəticə! ⚖️

Bu dəfə Qəbələ Rayon Məhkəməsində baxılan maraqlı bir mülki iş üzrə müştərimizin hüquqi mövqeyini müdafiə etdik.

İşin mahiyyəti ondan ibarət idi ki, tərəflər arasında evin alqı-satqısı ilə bağlı beh müqavilə bağlanmış, daha sonra cavabdehin razılığı ilə evdə müəyyən təmir işləri həyata keçirilmişdi. Lakin təmir işləri tamamlandıqdan sonra cavabdeh evi satmaqdan imtina etmişdi.

Məhkəmə prosesində tərəfimizdən çəkilmiş xərclər və iş üzrə digər əhəmiyyətli hallar müvafiq sübutlarla əsaslandırılaraq məhkəməyə təqdim edildi. Hüquqi mövqeyimiz ardıcıl şəkildə müdafiə olundu.

Nəticədə iddia tələbimiz təmin edildi, qarşı tərəfin qarşılıqlı iddiası isə rədd olundu. ⚖️

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik ed...
26/08/2026

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirik!

Ölkəmizin ictimai-siyasi və humanitar həyatına verdiyi dəyərli töhfələr, xeyirxah təşəbbüsləri və Azərbaycan xalqının rifahı naminə gördüyü işlərdə uğurlar arzulayırıq.

Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, ailə səadəti, uzun ömür və gələcək fəaliyyətində yeni nailiyyətlər diləyirik!

Hörmətlə,
CSS MMC

Torpaq hüququnun müdafiəsi ilə bağlı uğurlu nəticə ⚖️1990-cı il tarixli qərar və protokollar əsasında fərdi ev tikintisi...
20/08/2026

Torpaq hüququnun müdafiəsi ilə bağlı uğurlu nəticə ⚖️

1990-cı il tarixli qərar və protokollar əsasında fərdi ev tikintisi üçün vətəndaşın ayrılmış 0,10 ha torpaq sahəsinə dair sxemin hazırlanaraq verilməsi ilə bağlı hüquqi müdafiəni həyata keçirdik.Nəticədə məhkəmə tərəfindən iddia təmin edilərək, sxemin hazırlanması və iddiaçıya verilməsi vəzifəsi Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin üzərinə qoyuldu.

📌 Hüquqlarınızın müdafiəsi və hüquqi sənədlərin araşdırılması ilə bağlı peşəkar hüquqi dəstək üçün bizimlə əlaqə saxlayın

Address

Aşıq Molla Cümə 46B
Baku
1075

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when CSS Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share