Banm -Computers' repair club

Banm -Computers' repair club If your computer doesn't work, we are here. Bring it to us.

Hər vaxtınız xeyir əziz izləyicilərimiz,bildiyiniz kimi zaman-zaman hər birimizin servislərə yolu düşür istər  problem k...
13/07/2017

Hər vaxtınız xeyir əziz izləyicilərimiz,bildiyiniz kimi zaman-zaman hər birimizin servislərə yolu düşür istər problem komputerimizlə bağlı olsun istərsə də telefonla.Dəyərli vaxtınızı özlərini dırnaq arasi "şirkət" adlandiran amma keyfiyyət mənasinda sıfır olan bəzi servislərlə itirməmək üçün bu paylaşımı edirəm ki çoxları üçün faydalı olsun.Hər birimizin öz komputer və yaxud telefonunu əmanet edə biləcəyi güvənilir və bacarıqlı ustaya ehtiyacı var və bu sahədə reklamla deyil gördüyü keyfiyyətli və zəmanətli işlə taninan TexnoBaku servisini hər birinizə məsləhət görürəm.Tam əminliklə deyirəm ki, Elton ustamız bu servisde komputer və yaxud telefonunuz da yaranan bütün probləmləri cox sərfəli qiymətə heç olmamış kimi aradan qaldiracaq.Ustamız ali təhsilini Ingiltərə,Türkiyə,Moskvada başa vurmuş və microsoft və apple şirkətlərinin beynəlxalaq sertifikatlarina yiyələnmişdir. Hər biriniz gönül rahatlığıyla bu servisə müraciət edə bilərsiniz. Diqqətinizə görə saolun))))

Hər  vaxtınız  xeyir əziz  izləyicilərimiz bu  gün  sizə kompüterinizə(Notebook və  ya pc) necə  qulluq   etməli olduğun...
11/03/2017

Hər vaxtınız xeyir əziz izləyicilərimiz bu gün sizə kompüterinizə(Notebook və ya pc) necə qulluq etməli olduğunuzu izah eliyəcəm.Bildiyiniz kimi komputerimizin ömrünü uzatmaq bizim əlimizdədi.Müxtəlif texniki problemlərdən uzaq qaçmaq istəyirsinizsə komputerinizi vaxti vaxtinda kuller fan təmizliyi etməlisiniz.Əgər sizin komputerinizde həddindən artiq qizdirirsa və kullerinden komputer işləyən zaman səs gəlirsə deməli komputerinizin kuller fan təmizliyine ehtiyaci var.Komputerinizi aldiqdan maksimum 2 il sonra,daha sonra 6-7 aydan bir kuller fan təmizliyi olunmalidi.Təmizlik zamanı termopastanın, termopadin dəyişilməsi mütləqdir. Əks halda heç bir effekt almayacaqsınız. Vaxtı - vaxtında kompüterinizi təmizlətmədiyiniz halda ağır nəticlər ilə üzləşə bilərsiniz. Bu halda çox vaxt kompüterinizin videokartası sıradan çıxır ki, bu da çox bahalı əməliyyatdır.Zamanla komputerinizin hava ötürücü kanallari tamamən tutulur və belə halda kuller havanı çölə vura bilmir və komputeriniz qizmağa başlıyır,termopasta isə əriyərək keyfiyyətini itirir.Nəticədə bu size cox böyük bir xərclə komputerinizi təmir elətdirməyə gətirib cixarir.Şəkildə bu aydin görsənir.

Isdifadəçimiz Sədi Qocayeva məxsus Hp pavilion g6 markali notbuk.İstifadəçimizin istəyi ilə əməliyyat sistemi yeniləndi ...
19/01/2017

Isdifadəçimiz Sədi Qocayeva məxsus Hp pavilion g6 markali notbuk.İstifadəçimizin istəyi ilə əməliyyat sistemi yeniləndi və sistemə windows 10 profesional build 1607 versiyasi yükləndi və driverləri uğurla quraşdirildi.Qeyd edim ki yüklediyim windows10-da bir cox əlavə funksional mövcutdur .Bunlardan biri sistemdə windows 7,8,8.1 və xp -ye aid temalar mövcuddur özümün hazirladiği.İstifadəçi tek toxunuşla əməliyyat sisteminin görünüşünü asanliqla dəyişə və xoşladığı əməliyyat sisteminə çevirib rahatliqla istifadə edə bilər.Bundan əlavə əməliyyat sisteminə istifadəçimizin xahişi ilə Matlab ,office 2013 və kaspersky 90 günlük antivirus yükləndi.windows update və defender isə disable olundu .

Bildiyimiz kimi insanların çoxu noutbuku iş üçün istifadə edirlər. Belə insanlar noutbuku özləri ilə hər yerə aparırlar....
14/01/2017

Bildiyimiz kimi insanların çoxu noutbuku iş üçün istifadə edirlər. Belə insanlar noutbuku özləri ilə hər yerə aparırlar. Nahara gedərkən və ya noutbukun yanında yeyərkən onlar öz noutbuklarına zərər yetirə bilərlər. Belə halda əsas problem noutbukunuzun suya qərq olmasıdır. Biz elə bu problem haqda danışırıq. Noutbukun üzərinə tökülən əsas mayelər bunlardır: su, kofe və şirə.

Adi sudan başlayaq. Beləliklə noutbuk çox incə qurğudur, ona görə suya davamlı deyil. Belə halda əsas məsələ nə etmək lazım olması və noutbukun üzərinə nə qədər suyun tökülməsidir.

Noutbuk üçün əsas tökülmə dozası bir stəkandır. Ancaq hətta belə doza da düzgün olmayan ilk hərəkətlə noutbukunuz üçün çox zərərli ola bilər.

iktxeber.net saytına istinadən, noutbukunuzun mayedən qorunması üçün ilk tədbirlər aşağıdakı kimi olmalıdır:

1.İçərisindən qalmış suyun çıxması üçün kalviaturanı daxilə tərəf sıxmaq. Noutbuku silkələmək də olar. Bunun effekti daha yaxşı olacaq və su içərisindən tezliklə çıxacaq.

2. Batareyanı çıxarmaq.

3. Noutbuku təxminən bir gün qurumaq üçün münasib bir yerə qoymaq.

Belə sadə tədbirlər noutbukunuzu xilas edə bilər və onun təmiri də ucuz başa gələr. Əgər siz bunu edirsinizsə, siz klaviaturanı dəyişməli olacaqsınız (əgər işləməsə). Əgər hər şey işləyirsə, bəxtiniz gətirib. Əgər noutbukunuz açılmırsa və təmirə ehtiyacı varsa, ən yaxşısı servisə aparmaq daha münasibdir.

Ancaq yenə də siz özünüz hər şeyi etmək istəyirsinizsə, onda aşağıdakıları edin:

1. Noutbuku sökmək və bütün plataları fenlə qurutmaq. Bütün tellərin yerində olmasını yoxlayın. Sonra bir gün bu vəziyyətdə saxlayın, imkan verin tam qurusun. Bundan sonra kompüteri işlətməyə çalışın.

2. Əgər noutbuk açılmırsa, onda su ana plataya düşmüşdür. Platanı çıxarmaq lazımdır. Sonra silmək və qurutmaq. Kontaklarda oksidləşmə olub-olmadığını dəqiq yoxlayın. Əgər varsa, onları xüsusi maye ilə təmizləyin. Bundan sonra platanı yenidən öz yerinə qoyub bütün kontakları yenidən lehimləmək lazımdır. Bunu isə yaxşı bacarmaq lazımdır. Noutbuk soyuyandan sonra işlədin.

3. Əgər işləmirsə, deməli problem hansısa detalın tam sıradan çıxmasıdır. Əgər bu addımlar noutbukunuz xilas etmədisə onu mütləq servisə aparmaq lazımdır. Servisdə noutbuk üzərində hansı əməliyyatlar apardığınızı söyləyin. Bu onun təmiri prosesisini sürətləndirəcək. Noutbuku təmir edib sizə təqdim edəcəklər.

Əgər siz noutbukunuza kofe və ya şirə tökmüsünüzsə, onda onun yaşamaq şansı 0-a bərabərdir. Çünki bunlar yapışqan maddələrdir, bütün platalar dərhal yanır və sizi ancaq servis xilas edə bilər. Orda da sizə yanmış platanı dəyişməklə yardımçı olacaqlar.

Bütün yuxarıda deyilənlərə əsasən belə bir nəticə çıxarmaq olar ki, sadəcə noutbukunuzla nahara getmək və onun yanında içki içmək olmaz, çünki noutbukunuzun təmiri sizə baha başa gələ bilər.

13/01/2017

Salam əziz və dəyərli istifadəçilərimiz.Nəzərinizə çatdırmaq istəyirik ki, artıq səhifəmiz rəsmi olaraq fəaliyyət göstərir.(Bundan əvvəl də səhifəmizə ünvanladığınız sualları da cavabsız buraxmadıq).Buyurub komputerinizdə baş verən problemlərlə bağlı suallarınızı verə bilərsiniz.Əlimizdən gəldiyi qədər sizə kömək etməyə hazırıq.Aşağıda ən çox rast gəlinən problemləri qeyd edəcəm. Əgər siz də həmin problemlərlə rastlaşmısınızsa bizə müraciət edə bilərsiniz.
1.Əməliyyat sisteminin gec açılması və donması
2.Wifi-cihazının yaxında yaxşı işləməsi lakin uzaqlaşdıqca setin kəskin zəifləməsi(üzərində nida işarəsinin yaranması ve setin tez tez itməsi)
3.Əməliyyat sisteminin aktiv edilməsi.
4Əməliyyat sistmenə yüklənən reklam xarakterli virus və ya digər zərərverici proqramlardan təmizlənməsi.
5.Microsof Office 2013(2016) paketlərinin aktiv edilməsi.və.s

31/10/2016

Salam , əziz ve hörmətli userlər. Yeni açılmış səhifəmizə dəstək olduğunuz üçün dərin minnətdarlığımızı bildiririk. Ümid edirik ki, bu səhifə hamımız üçün xeyirli olacaq. Tezliklə görüşənədək. Gecəniz xeyirə!

Address

Baku

Telephone

+994709666200

Website

Alerts

Be the first to know and let us send you an email when Banm -Computers' repair club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Banm -Computers' repair club:

Share