22/10/2026
XII Bakı Beynəlxalq Kitab Sərgisində təhlükəsizliyi Caspian Security təmin edib!
Bakı kitabsevərlərin görüşünə ev sahibliyi edir. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.
🌍 30 xarici ölkə, 59 təşkilat və 147 yerli müəssisə – kitab dünyasının müxtəlif nümayəndələrini bir araya gətirən sərgi zəngin ədəbi mühit, yeni nəşrlər və mədəni görüşlər üçün geniş imkanlar yaradır.
“Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə keçirilən builki sərgi kitabın, mütaliənin və real ünsiyyətin həyatımızdakı əhəmiyyətinə diqqət çəkir.
🛡️ Təhlükəsizlik və peşəkarlıq bir arada!
Sərgi çərçivəsində təhlükəsizlik tədbirləri Caspian Security şirkəti tərəfindən həyata keçirilir. Şirkətin peşəkar əməkdaşları tədbir iştirakçılarının, qonaqların və sərgi ərazisinin təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verirlər.
Caspian Security müxtəlif miqyaslı tədbirlərdə təhlükəsizliyin təşkili istiqamətində fəaliyyətini davam etdirərək, ictimai tədbirlərin etibarlı və təhlükəsiz şəraitdə keçirilməsinə xüsusi önəm verir.