AzTelco Group

AzTelco Group Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AzTelco Group, Consulting Agency, 6th floor, Park View Business Centre, 35 Füzuli Küçəsi, Bakı, Baku.

10 may — Ümummilli Lider Heydər Əliyevin Doğum GünüBütün həyatını ölkəmizin müstəqilliyinə, tərəqqisinə və firavan gələc...
10/05/2026

10 may — Ümummilli Lider Heydər Əliyevin Doğum Günü

Bütün həyatını ölkəmizin müstəqilliyinə, tərəqqisinə və firavan gələcəyinə həsr etmiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edirik.

9 May - Faşizm üzərində Qələbə Günü.Böyük Vətən müharibəsində misilsiz qəhrəmanlıq və şücaət göstərmiş xalqımızı 9 May  ...
09/05/2026

9 May - Faşizm üzərində Qələbə Günü.

Böyük Vətən müharibəsində misilsiz qəhrəmanlıq və şücaət göstərmiş xalqımızı 9 May Qələbə Günü münasibətilə ürəkdən təbrik edir, bütün qəhrəmanları ehtiramla yad edirik!

Qürurverici xəbər! 🏆AzTelco Group-un İR komandası olaraq, Azerbaijan HR Institute tərəfindən təşkil olunan World HR SUMM...
04/05/2026

Qürurverici xəbər! 🏆

AzTelco Group-un İR komandası olaraq, Azerbaijan HR Institute tərəfindən təşkil olunan World HR SUMMIT 2026 tədbirində iştirak etmək bizim üçün böyük şərəf oldu.

Daha da sevindirici məqam isə komandamızın çərçivəsində “İlin HR Komandası” mükafatına layiq görülməsidir.

Bu nailiyyət güclü komanda ruhumuzun, sistemli İR yanaşmalarımızın və davamlı inkişaf strategiyamızın nəticəsidir.

Biz inanırıq ki, insan kapitalına yatırım gələcəyin ən dəyərli və güclü sərmayəsidir.

Bu uğurda əməyi olan bütün komandamıza təşəkkür edirik!
az

Bu gün ofisimizdə LinkedIn  komandasının əməkdaşları Elena Semenova və Nik Levkoev-u qarşılamaqdan böyük məmnunluq duydu...
30/04/2026

Bu gün ofisimizdə LinkedIn komandasının əməkdaşları Elena Semenova və Nik Levkoev-u qarşılamaqdan böyük məmnunluq duyduq.

Görüş zamanı onlar LinkedIn platformasından daha effektiv istifadə ilə bağlı dəyərli və maraqlı tövsiyələr paylaşdılar. və istiqamətlərində platformadan necə daha strateji və məqsədyönlü şəkildə faydalana biləcəyimiz barədə praktiki yanaşmaları müzakirə etdik.

Sessiya bizə yalnız yeni alətlər deyil, həm də daha güclü employer brand qurmaq üçün fərqli baxış bucaqları qazandırdı, düzgün kontent, düzgün mesaj və düzgün auditoriya ilə daha effektiv nəticələr əldə etməyin yollarını bir daha gördük.

Dəvətimizi qəbul edib təcrübələrini bizimlə bölüşdükləri üçün Elena Semenova və Nik Levkoev-a təşəkkür edirik. Bu dəyərli tövsiyələri gələcək fəaliyyətlərimizdə tətbiq etmək üçün səbirsizliklə gözləyirik.



_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

Today, we had the pleasure of hosting Elena Semenova and Nik Levkoev from LinkedIn at our office.

During the session, they shared a range of valuable and insightful perspectives on how to use LinkedIn more effectively. We explored practical approaches to leveraging the platform for and , along with strategies to better engage the right audience with the right message.

The discussion provided us not only with useful tools, but also with fresh perspectives on building a stronger employer brand through meaningful and strategic content.

A big thank you to Elena Semenova and Nik Levkoev for taking the time to share their expertise with us. We’re excited to apply these insights in our future initiatives.

Aprelin 29-da Marsol Group -un təşkilatçılığı ilə “Günaydın” restoranında keçirilən “İşgüzar Səhər Yeməyi”ndə iri şirkət...
30/04/2026

Aprelin 29-da Marsol Group -un təşkilatçılığı ilə “Günaydın” restoranında keçirilən “İşgüzar Səhər Yeməyi”ndə iri şirkətlərin təchizat və satınalma rəhbərləri ilə görüş baş tutub.

AzTelco Group tərəfindən görüşdə Satınalma Departamentinin rəhbəri Asim Asgarli iştirak edib.

Görüş çərçivəsində iştirakçılar təmsil etdikləri şirkətlərin fəaliyyət istiqamətlərini təqdim edib, işgüzar əlaqələrin gücləndirilməsi, yeni əməkdaşlıq imkanları və gələcək planlar ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, 17–20 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək sərgidə AzTelco Group olaraq Azsoftware , İnnovativ Layihələr Mərkəzi, AGS TV və Fast solutions- Star4 şirkətləri ilə təmsil olunacağıq.

Sərgidə 300-dən çox yerli şirkətin iştirakı gözlənilir. B2B zona çərçivəsində təchizat və satınalma rəhbərləri iştirakçılarla birbaşa görüşlər keçirəcək, sualları cavablandıracaq və potensial əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.



28/04/2026

📢 “Hədəfim-Sən!” Ödənişli Yay Təcrübə Proqramı – Müraciətlər Açıqdır!

Sizə böyük məmnuniyyətlə “Hədəfim-Sən!” Ödənişli Yay Təcrübə Proqramının startını elan edirik. Bu proqram istedadlı tələbələrə real iş mühitində təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək və karyeralarına güclü bir başlanğıc vermək imkanı yaradır.

📅 Müraciət dövrü:

Başlanğıc tarixi: 27 aprel 2026

Son müraciət tarixi: 10 may 2026

🔗 Müraciət linki:

https://lnkd.in/d6puPFNT

📌 Vacib qeyd:

Müraciət formasında aşağıdakı sual yer alır:

“Zəhmət olmasa seçdiyiniz şirkət və ixtisas sahəsini qeyd edin.”

Düzgün seçimlərin edilməsini və seçim prosesinin daha effektiv aparılmasını təmin etmək üçün aşağıdakı məlumatı nəzərə almağınız xahiş olunur:

AzTelco Group – IT / Hüquq

AdGo by Advera – Maliyyə

QSI AZERI LTD – Audit (Keyfiyyət və Nəzarət)

Azsoftware – Vizualizasiya və Dizayn / Biznes və Data Analitika / Proqramlaşdırma / Software Development

Biz tərəfdaşlıq etdiyimiz ADA University və UFAZ University tələbələrini bu fürsətdən yararlanmağa və müraciət etməyə dəvət edirik.

Gələcəyin peşəkarlarını bu proqramda görməyi səbirsizliklə gözləyirik!

AzTelco Group olaraq, 24 aprel tarixində ADA University-də keçirilən Karyera Sərgisində iştirak etməkdən məmnunluq duydu...
28/04/2026

AzTelco Group olaraq, 24 aprel tarixində ADA University-də keçirilən Karyera Sərgisində iştirak etməkdən məmnunluq duyduq.

Yaxşı təşkil olunmuş və dinamik tədbirə görə ADA University-ə, Təranə Aslanovaya və təşkilatçı komandaya təşəkkürümüzü bildiririk.

Tələbələrin AzTelco Group-a göstərdiyi yüksək maraq bizi çox sevindirdi. Komandamız gənc istedadlarla tanış oldu, fəaliyyətimiz haqqında məlumat paylaşdı və xüsusilə erkən karyera inkişafını dəstəkləyən təcrübə imkanlarını müzakirə etdi.

Gələcəyin peşəkarları ilə əlaqədə qalmağı səbirsizliklə gözləyirik.

📢 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi”Tabeli qurumlarımız 17–20 iyun tarixlərində keçiriləcək 7-ci “Yerli Şirkətləri...
16/04/2026

📢 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi”

Tabeli qurumlarımız 17–20 iyun tarixlərində keçiriləcək 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak edəcək.

Sərgi çərçivəsində innovativ texnologiyalarımızı, rəqəmsal həllərimizi və qabaqcıl xidmətlərimizi təqdim edərək, ziyarətçilərlə birbaşa ünsiyyət qurmaqdan məmnunluq duyacağıq.

İnnovativ Layihələr Mərkəzi | Azsoftware | AGS TV | Fast solutions- Star4

📍 Məkan: Bakı Expo Center

📅 Tarix: 17–20 iyun

Sizi stendimizdə görməkdən məmnun olarıq.

Gəlin, gələcəyin texnologiyalarını birlikdə kəşf edək.

AzTelco Group  olaraq, tabeli şirkətlərimizdən biri olan Azinvest Telecom Technology -nin növbəti uğurunu sizinlə bölüşm...
13/04/2026

AzTelco Group olaraq, tabeli şirkətlərimizdən biri olan Azinvest Telecom Technology -nin növbəti uğurunu sizinlə bölüşməkdən məmnunluq duyuruq.

Dövlət Vergi Xidməti tərəfindən açıqlanan məlumata əsasən, Azinvest Telecom Technology 2025-ci il üzrə (dolayı vergilər istisna olmaqla) ən çox vergi hesablaması olan və məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisi arasında 94-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, şirkətimiz 2024-cü ildə də bu siyahıda yer alaraq 95-ci pillədə mövqelənmişdi. Bu müsbət dinamika davamlı inkişafın və dayanıqlı fəaliyyətin bariz göstəricisidir.

Bu uğurda əməyi olan bütün əməkdaşlarımıza təşəkkür edir, tərəfdaşlarımıza isə etimadlarına görə minnətdarlığımızı bildiririk.

🔗 Ətraflı məlumat:

2025: https://lnkd.in/dwVnm2hA

2024: https://lnkd.in/d6ZF_x2j

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür Xalqımıza qarşı törədilmiş bu ağır faciədən 108 il keçir. Soyqırım qurbanl...
31/03/2026

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür

Xalqımıza qarşı törədilmiş bu ağır faciədən 108 il keçir. Soyqırım qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik. 🕊️

20/03/2026

Novruz bayramınız mübarək! 🌿✨

Qoy bu bayram hər bir evə sevinc, bərəkət və xoş günlər gətirsin. Hər ocaqdan istilik, hər ürəkdən ümid əskik olmasın.

Bayramınız mübarək! 💚

Address

6th Floor, Park View Business Centre, 35 Füzuli Küçəsi, Bakı
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 06:00
Tuesday 09:00 - 06:00
Wednesday 09:00 - 06:00
Thursday 09:00 - 06:00
Friday 09:00 - 06:00

Alerts

Be the first to know and let us send you an email when AzTelco Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share