Audit və konsaltinq xidmətləri

Audit və konsaltinq xidmətləri İndependent auditor licensed by Chamber of Auditors of the Republic of Azerbaijan. The firm was established in 2011.

Imdad Audit is an audit firm licensed by Chamber of Auditors of the Republic of Azerbaijan (Licece AT/090 №047504).

28/07/2022
20/07/2022

Vahid Novruzov: Uğurlu iqtisadi islahatlar kölgə iqtisadiyyatına qarşı mübarizənin yeni mərhələyə yüksəlməsi baxımından çox mühümdür - AZƏRTAC
Bakı, 19 iyul, AZƏRTAC

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi bu ilin 6 ayının yekunlarına həsr olunan müşavirənin nəticələri göstərir ki, hesabat dövründə ölkəmiz bütün istiqamətlər üzrə mühüm irəliləyişlərə nail olub, iqtisadi-sosial inkişafda böyük uğurlar əldə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov deyib.

“Bu uğurların səbəblərindən danışarkən dövlətimizin başçısı tamamilə haqlı olaraq vurğulayır ki, bunlar son dövrlərdə həyata keçirilən islahatlar nəticəsində bərqərar olmuş şəffaflıqla, dürüstlüklə və təkmil hesabatlılıqla izah edilməlidir. Başqa sözlə, kölgə iqtisadiyyatına qarşı mübarizədə qazanılan nəticələr iqtisadi müstəqilliyin öz bəhrələrini verməsinə və siyasi müstəqilliyimizdə təməl daşı kimi mühüm rolunun sübutuna dəlalət edir. Həqiqətən də Prezident İlham Əliyevin ölkədə kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyaya qarşı kəsərli tədbirlərin həyata keçirilməsi və yeni dövrün çağırışlarını nəzərə alaraq nəzarətin beynəlxalq təcrübə əsasında yenidən qurulması üzrə göstəriş və tövsiyələrinin reallaşdırılması dünya çapında ölkəmizə müsbət imic qazandırıb. Buna misal olaraq, bu yaxınlarda ABŞ Prezidentinin İlham Əliyevə ünvanladığı məktubda göstərilən insan hüquqlarının qorunması və hesabatlılığın artırılması istiqamətində qazanılan uğurlarımıza verilən yüksək dəyəri vurğulamaq istərdim”, - deyə V.Novruzov diqqətə çatdırıb.

Palata sədri bildirib ki, müşavirədə nailiyyətlərin əldə olunmasında əsas amillər sırasında kölgə iqtisadiyyatının azaldılmasına yönəlmiş fəaliyyətin rolunun dəfələrlə vurğulanması təsadüfi deyildir. Çünki sadə dildə desək, kölgə iqtisadiyyatı qeyri-leqal, uçota alınmayan, əsas məqsədi dövlət orqanlarından gizli gəlir və ya nemətlərin əldə edilməsi deməkdir. Beynəlxalq Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) ekspertlərinin bəyan etdikləri mülahizələrə görə, kölgə iqtisadiyyatı dövlət tənzimlənməsi, vergiqoyma və ya inzibati nəzarət sistemi sərhədlərindən kənarda olan iqtisadi fəaliyyəti və ondan əldə edilən gəliri özündə cəmləyir. Görkəmli mütəxəssis Şnayderin fikrincə, kölgə iqtisadiyyatı monetar, tənzimləyici və institusional səbəblər üzündən rəsmi hakimiyyətdən gizlədilən iqtisadi fəaliyyətin bütün növlərini özündə ehtiva edir. Monetar səbəblər dedikdə, vergiləri və sosial təminat sisteminə bütün növ ödənişləri ödəməkdən imtina başa düşülür. Tənzimləyici amillərə məmur bürokratiyası və ya normativ hüquqi bazanın çətinliyi aid edilir. İnstitusional xarakterli amil dedikdə isə korrupsiya xarakterli qanunvericilik və qanuna riayət edilmənin zəifliyi əsas götürülür. Məhz bu halların aradan qaldırılması üzrə son illərdə görülmüş tədbirlər indi öz bəhrəsini verir. Bu tədbirlərə sahibkarlığın tənzimlənməsində olan nöqsanların araşdırılması, iqtisadi qanunvericiliyin təkmilləşdirilməsi və normativ hüquqi aktların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi, biznesin inkişafında inzibati maneələrin minimallaşdırılması, vergiqoyma sahəsindəki nöqsanların aradan qaldırılması, korrupsiyaya qarşı mübarizədə dövlət tənzimlənməsinin səmərəliliyinin yüksəldilməsi, əhalinin gəlir səviyyələrinin artırılması, hesabatlılığın və mühasibat uçotunun saxtalaşdırılmasına qarşı səmərəli mübarizəyə rəvac verilməsi, pul vəsaitlərinin nağdlaşdırılmasına bank nəzarətinin gücləndirilməsi, müvafiq dövlət qurumları arasında tənzimlənmənin qurulması və sair aiddir.

Kölgə iqtisadiyyatı probleminin həllinin hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təminatı baxımından mühüm amil kimi dəyərləndirildiyini deyən V.Novruzov qeyd edib ki, kölgə iqtisadiyyatının genişlənməsi ölkənin beynəlxalq iqtisadi münasibətlərdə mövqeyinin zəifləməsi ilə yanaşı, hərbi və siyasi xarakterli təhlükələrin güclənməsi meylinin də artmasına səbəb olur. Heç də təsadüfi deyildir ki, məhz kölgə iqtisadiyyatının ümumi daxili məhsulda payının yüksək olması iqtisadi təhlükəsizliyin əsas mənfi səbəblərindən biri kimi qiymətləndirilir. Kölgə iqtisadiyyatının mahiyyəti onun prinsipcə leqal maliyyə-təsərrüfat əməliyyatları toplusu kimi qəbul edilməsinə baxmayaraq, bu əməliyyatların çətin aşkarlanması qanunvericilikdə nəzərdə tutulmuş vergilərdən bilərəkdən yayınma və ya vergi ödəməmələri faktlarının gizlədilməsi ilə xarakterizə olunur. Bir sıra hesablamalara görə, dünyada işçilərin üçdə iki hissəsi bu və ya digər dərəcədə qeyri-formal iqtisadiyyatla əlaqədardır və ya əlaqədə olub. Kölgə iqtisadiyyatının mənfi tərəflərindən danışarkən, ilk növbədə, onun rəsmi iqtisadiyyatda istehsal prosesinə pozucu təsirinin mövcudluğu, qanunun tələbləri çərçivəsində fəaliyyət göstərən təşkilatlara müxtəlif növ maneçilik törədilməsi və onların bu səbəbdən iqtisadi-maliyyə vəziyyətinin p*sləşdirilməsi, işçilərin əməyə motivasiyasının azalması, innovasiyaların tətbiqinin çətinləşdirilməsi və müəssisələrdə kollektivlərin dezinteqrasiyasına gətirib çıxarılması göstərilə bilər. Eyni zamanda, kölgə iqtisadiyyatı cəmiyyətdə sosial-etik normaların pozulmasına ciddi zəmin yaradır.

Mütəxəssislərin hesablamalarına görə, kölgə iqtisadiyyatının həcmi ümumi daxili məhsulun 30-35 faizindən artıq olduqda dövlət milli iqtisadiyyatın idarə edilməsi üzərində nəzarəti itirmiş olur. Bütün bunları göstərməkdə məqsəd Prezident İlham Əliyevin kölgə iqtisadiyyatına qarşı mübarizəyə verdiyi önəmin Azərbaycan dövlətçiliyinin milli təhlükəsizliyi ilə birbaşa əlaqədə olmasını vurğulamaqdır. Son olaraq, şəffaflığın artırılmasına və kölgə iqtisadiyyatının ölçüsünün azaldılmasına xidmət edə biləcək bəzi mülahizələrimizi bölüşmək istərdik: Bürokratik əngəlləri azaltmaq və bütün prosesin şəffaflığını artırmaqla daha az tənzimləmə yükü olan demokratik və şəffaf institutların yaradılması proseslərini sürətləndirmək; Satınalmaların bütün mərhələlərinin rəqəmsallaşdırılması (təkliflərin seçilməsi, tədarükçünün seçilməsi, onun icrası); Biznesin bağlanma səbəblərinin sistemli təhlili; Kölgə iqtisadiyyatı termininin qanunvericiliyə daxil edilməsi və Azərbaycan Respublikasının qanunvericilik və digər normativ hüquqi aktlarında kölgə iqtisadiyyatına dair müddəaların gücləndirilməsi; İnzibati cərimə və maliyyə sanksiyaları məbləğlərinə fəaliyyət növlərindən və müvafiqlik prinsipindən asılı olaraq yenidən baxılması, o cümlədən onların təsərrüfat subyektlərinin mikro, kiçik, orta və iri biznesə aid olmalarından, hüquqpozmaların xarakterindən və onların yol verilmə şəraitindən asılı olaraq təsnifləşdirilməsi; Mövcud və qəbul edilən qanunvericilik aktlarının kölgə iqtisadiyyatının stimullaşdırılmasına təkan verən ekspertizasının aparılması; Yalançı sahibkarlıqla mübarizəyə dair beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üzrə tədbirlərin görülməsi; Aparıcı hüquq və iqtisadiyyat təmayüllü ali təhsil müəssisələrinin bazasında kölgə iqtisadiyyatı və PL/TMM üzrə mütəxəssislərin hazırlanması (əlavə hazırlıq); Rəqəmsal mühasibat uçotu texnologiyalarının, hesabatlılığın və auditin tətbiqi; Nəzarət qurumlarının əsas vəzifələri kimi profilaktik tədbirlərin və nəzarət-xəbərdarlıq prosedurlarının daha da genişləndirilməsi.

Palata sədri deyib: “Azərbaycan Respublikasında son dövrlərdə həyata keçirilən uğurlu iqtisadi islahatlar, o cümlədən nağd ödəmələrin məhdudlaşdırılması, vergi uçotundan yayınmaların aradan qaldırılması qeyri-formal məşğulluğun azaldılması və kölgə iqtisadiyyatına qarşı mübarizənin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından çox mühümdür. Kölgə iqtisadiyyatına qarşı mübarizənin zərurəti müasir qloballaşma və onunla əlaqədar olan və transmilli mütəşəkkil cinayətkarlığa münbit şərait yaradan dövlətlərarası sərhədlərin daha asan keçilməsi amili ilə əlaqədar daha da güclənir. Bütün bunlar isə kölgə iqtisadiyyatı probleminə qarşı yalnız cari tədbirlərin görülməsini yox, bu sahədə dövlət siyasətinin və təkmil konsepsiyanın hazırlanması zərurətini doğurur”.

20/06/2022

И СМЕШНО, И ПЛАЧЕВНО...
(Посвящается моим некоторым коллегам - аудиторам)

К пастуху, пасущему стадо овец, подъезжает на машине какой-то тип, высовывается из окна и говорит:
- Если я тебе скажу, сколько у тебя овец в стаде, ты мне подаришь одну?
Немного удивленный пастух отвечает:
- Конечно, почему бы и нет.
Тогда тип достает ноутбук, подсоединяет его к мобильному телефону, устанавливает связь с Интернетом, заходит на сайт НАСА, выбирает спутниковую связь GPS, выясняет точные координаты места, где он находится, и отправляет их на другой спутник НАСА, который сканирует эту местность и выдает фото со сверхвысоким разрешением. Затем этот тип передает снимок в одну из лабораторий Гамбурга, которая через несколько секунд отправляет ему электронное собщение с подтверждением того, что снимок был обработан и полученные данные сохранены в базе данных. Через ODBC он подключается к базе данных MS-SQL, копирует данные в таблицу EXCEL и начинает производить расчет. Через несколько минут он получает результат и распечатывает в цвете 150 страниц на своем миниатюрном принтере. Наконец он говорит пастуху:
- У тебя в стаде 1586 овец.
- Точно! Именно столько овец у меня в стаде. Что ж, выбирай.
Тип выбирает одну и грузит ее в багажник. И тут пастух ему говорит:
- Послушай, а если я угадаю, кем ты работаешь, ты мне ее вернешь?
Немного подумав, тип говорит:
- Ну давай.
- Ты работаешь аудитором, - неожиданно выдает пастух.
- Это правда, черт возьми! И как же ты догадался?
- Это было легко сделать, - говорит пастух. - Ты появился, когда никто тебя не звал, хочешь получить плату за ответ, который я уже знаю, на вопрос, который тебе никто не задавал, и к тому же ты ни черта не смыслишь в моей работе.
ТАК ЧТО ОТДАВАЙ ОБРАТНО МОЮ СОБАКУ.
🙂🙃

19/06/2022

"YAŞAMAK GÜZEL ŞEYDİ"... rəislər imkan versələr.

Eyni adlı türk filminin məşhur qəhrəmanı bu sözlərində tamamilə haqlıdır. Normalda belə də olmalıdır. Əslində isə ideal işçi-müdir münasibətlərinə nail olmaq heç də düşündüyümüz qədər asan iş deyil. Normal qayda-qanunlar əsasında işləyən özəl şirkətlərdə işçi iş vaxtı ərzində tam nəzarətdə olur. Buraya işə işçi qəbulun müasir üsullarla (tapşırıqsız -filansız, obyektiv seçim yolu ilə) həyata keçirilməsindən başlamış, işçinin işə vaxtında gəlib, vaxtında getməsinə, vəzifə öhdəliklərini tam və vaxtında icra etməsinə, gördüyü işlər barədə rəhbərə gündəlik hesabat verməsinə, iş vaxtında işçinin mobil telefondan və internetdən şəxsi məqsədlər üçün istifadəsinə qadağa qoyulmasına, iş yerini icazəsiz tərk etməyin mümkünsüzlüyünə, üzürsüz səbəbdən buraxdığı iş saatlarına görə işçinin maaşından pulun tutulmasına və ya onun işdən qovulmasına, işə yalnız icazə verilən ("dress kod"a uyğun) geyim formasında gəlib-getməsinə, əvvəlcədən işçi ilə razılaşdırılmış və təsdiqlənmiş əmək məzuniyyəti cədvəlinə ciddi əməl edilməsinə, iş vaxtından sonra, istirahət və bayram günlərində işçinin zərurət olmadan, əsaslandırılmadan işə cəlb edilməməsinə, işçi məmnuniyyətinin (buraya rəislərin fəaliyyətinin onların tabeçiliyində olan işçilər tərəfindən anonim şəkildə qiymətləndirilməsi də daxildir) nəzərə alınmasına, işçinin əməyinin obyektiv qiymətləndirilməsinə və işin yekun nəticələrinə görə onun həvəsləndirilməsinə, korporativ tədbirlərin müntəzəm olaraq keçirilməsinə, təcrübəli kadrların kənara axımının qarşısını almaq məqsədilə "qızıl bilərzik"dən (işçinin və ailə üzvlərinin könüllü tibbi sığortası, işçinin xeyrinə həyatın 3 illik yığım sığortası müqaviləsinin bağlanması, işçinin karyera inkişafına yol açmaq, onun xidməti avtomobillə təmin edilməsi, professional inkişafına şəraitin yaradılması və sair tədbirləri HR mütəxəssisləri məhz belə adlandırırlar) istifadə olunmasına qədər çoxlu sayda daxili prosedur qaydalar sistemi daxildir. Vaxtilə çalışdığım iri bir sığorta şirkətində Moskvadan dəvət olunmuş menecerlərlə birlikdə bu cür idarəetmə sisteminin yaradılmasında, tətbiqində və ona nəzarətin həyata keçirilməsində şəxsən iştirak etdiyimə görə bu cür idarəetmə sisteminin özünü döğrultması və nəticədə yüksək effekt verdiyini yaxşı bilirəm. O vaxt biz bu və digər bu kimi analoji tədbirlərin sayəsində qısa müddət ərzində şirkətimizin işçi sayının 80 nəfərdən 500 nəfərə, mənfəətinin isə təxminən 4 dəfə artırılmasına və şirkətin sığorta bazarında liderlər sırasında möhkənlənməsinə nail olduq.
Onu da açıq etiraf etməliyik ki, hazırda özəl şirkətlərimizin əksəriyyətində biznes qohumluq, tanışlıq və dostluq münasibətləri üzərində qurulur. Bu isə yuxarıda sadaladığım qaydaların tətbiqinə mane olur, işin gedişinə p*s təsir edir.
Bu yerdə rusların bir deyimini xatırlatmaq p*s olmazdı: «Дружба дружбой, а служба службой». Bu məşhur ifadəni adətən rəislər tabeçiliyində olan dostlarına bir iş tapşıranda tez-tez işlədirlər. Yəni ki, söz yox, sən yaxşı oğlansan, səninlə işdən sonra vaxt keçirmək çox xoşdur, amma biz indi işdəyik, odur ki, məndən güzəşt gözləmə.

P.S. Onu da deyim ki, mən özüm də rəhbərlik etdiyim audit şirkətində baş mühasibin müavini vəzifəsində işləyən oğlumla eyni cür davranmışam. Oğlum arabir buna görə məndən incisə də...

18/06/2022

Mühasib köməkçisinin görməli olduğu işlərin tam olmayan siyahısı:

1. VERGI SİSTEMİ ÜZRƏ:

taxes.gov.az saytından istifadə;
e-taxes.gov.az saytı ilə işləmək;
e-taxes.gov.az saytına giriş üçün kodların (login-parol-şifrənin) alınması qaydası;
Asan imza nədir? Haradan, necə əldə etməli? İstifadə qaydaları;
Asan imza – sertifikatının online qaydada əldə edilməsi və vaxtının uzadılması;
Asandoc proqramı və ondan istifadə qaydası.

2. ŞİRKƏTİN DÖVLƏT QEYDİYYATI VƏ HAZIR SƏNƏDLƏRİN ALINMASI

Hüquqi və fiziki şəxs anlayışı;
Hüquqi şəxsin adi və online qaydada qeydiyyatı, qeydiyyatdan əvvəlki prosedurlar;
Qeydiyyatdan keçiriləcək adın mövcud olub-olmadığını necə öyrənməli?
Dövlət qeydiyyat ərizəsinin oldurulması qaydası;
Fiziki şəxsin adi və elektron qeydiyyatı;
Şirkət yaratdıqdan sonrakı ilkin görüləcək vacib işlər nələrdir?
Təsisçinin qərarlarının hazırlanması.

3. VERGI ONLINE KARGÜZARLIĞI

Hüquqi şəxslərin mükəlləfiyyətləri nədir?
Fəaliyyət kodu nədir?
Fəaliyyət növünün dəyişdirilməsi;
Hüquqi şəxsin dövlət qeydiyyatı məlumatlarında dəyişiklik edilməsi;
Təsərrüfat subyektinin (obyektin) qeydiyyata salınması;
Təsərrüfat subyektinin (obyektin) ləvği;
Fiziki şəxsin fəaliyyətinin dayandırılması;
Hüquqi şəxsin fəaliyyətinin dayandırılması;
Dövlət büdcəsinə borcun olub-olmaması barədə arayışın əldə edilməsi;
ƏDV qeydiyyatı ərizəsi;
ƏDV qeydiyyatının ləğvi.

4. ALIŞ VƏ SATIŞLAR, İLKİN SƏNƏDLƏRİN HAZIRLANMASI, E-QAİMƏ, YÜK-GÖMRÜK BƏYANNAMƏSİ, XİDMƏT MÜQAVİLƏLƏRİ

Alqı-satqı müqavilələrinin hazırlanması;
Hesab-fakturaların hazırlanması;
E-qaimələrin hazırlanması və təsdiqlənməsi;
BTP proqramının kompüterə yüklənməsi və bu proqramın köməyi ilə bəyannamələrin hazırlanması;
Təhvil-təslim aktlarının hazırlanması;
Yük-Gömrük Bəyannaməsi (YGB) / Mal kodunun alınması;
Yük Gömrük Bəyannaməsi (YGB) / İdxal və İxrac sənədlərinin hökümət portalından yüklənməsi;
Xidmət müqavilələrinin hazırlanması.

5. BANK VƏ KASSA ƏMƏLİYYATLARI

Bank hesablarının açılması / Tələb olunan sənədlər;
Şəhadətnamə-dublikatın göndərilməsi qaydası;
Mövcud bank hesablarından istifadə qaydası və bank əməliyyatları;
Ödəniş tapşırıqlarının hazırlanması / Ödəniş tapşırıqlarının avtomatlaşdırılması;
Büdcə təsnifat kodları və səviyyə kodları / Büdcə ödənişlərinin rekvizitləri;
İnternet-bankinqdən istifadə;
Konvertasiya;
Valyuta əməliyyatları;
Bankdan xarici şirkətlərə ödənişlər;
Nəzarət-kassa aparatlarının və POS-Terminalın quraşdırılması qaydası;
Kassa çeki / Pul vəsaitinin nağdlaşdırılması;
Kassa əməliyyatları;
Kassa sənədləri;
Kassa kitabı / Yazılma qaydası;
Kassa Mədaxil Orderi / Doldurulma qaydası;
Kassa Məxaric Orderi / Doldurulma qaydası;
Kassirin hesabatının hazırlanması;
Təhtəlhesab şəxslər kimlərdir?
Maddi-məsuliyyət haqqında tam fərdi müqavilənin hazırlanması;
Xidməti ezamiyyətlər haqqında əmrlərin hazırlanması / Ezamiyyət vərəqəsi/ Ezamiyyə normalarl/ Ezamiyyə xərclərinin hesablanması;
Ezamiyyət müddəti üçün orta əmək haqqının hesablanması;
Avans hesabatlarının tərtib edilməsi.

6. GƏLİRLƏRİN VƏ XƏRCLƏRIN UÇOTUNUN APARILMASI

Xidmət sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası;
İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası;
Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Qaydası;
Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Qaydası;
İctimai-iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotunun aparılması Qaydası;
İlkin uçot sənədlərinin hazırlanması.

7. ƏMƏK HAQQININ HESABLANMASI

Əmək haqqlnın hesablanması cədvəlinin tərtib olunması;
Dövlət və neft sektorunda çalışan işçilərin əmək haqqından tutulmalar;
Qeyri-dövlət sektorunda çalışan işçilərin əmək haqqından tutulmalar;
Vergi güzəştləri;
Məcburi dövlət sosial sığorta haqqına cəlb olunan və cəlb edilməyən gəlirlər;
İşsizlikdən sığorta haqqı və ona cəlb edilməyən gəlirlər;
İcbari tibbi sığorta haqqı və ona cəlb edilməyən gəlirlər.

8. MƏZUNİYYƏT HAQQININ VƏ MÜAVUNƏTLƏRİN HESABLANMASI QAYDASI

Məzuniyyətlərin müddətləri;
Məzuniyyətlər rəsmiləşdirilməsi qaydası;
Məzuniyyət haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan gəlirlər;
İstifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi qaydası;
Kompensasiyanın hesablanması zamanı nəzərə alınmalı olan məqamlar;
Əmək qabiliyyətinin itirilməsi (xəstəlik) zamanı verilən müavinətin hesablanması qaydası;
Xəstəlik müavinətinin, hamiləliyə, doğum və uşağa qulluğa görə müavinətlərin hesablanması və e-gov üzərindən göndərilməsi qaydası;

9. FIZIKI ŞƏXSLƏRİN VERGİ BƏYANNAMƏLƏRİNİN TƏRTİB OLUNMASI VƏ GÖNDƏRİLMƏSİ

Fiziki şəxslərin vergi mükəlləfiyyətlərii;
Fiziki şəxslərin sadələşdirilmiş vergi bəyannaməsinin tərtibatı;
Fiziki şəxslərin gəlir vergisi bəyannaməsinin tərtibatı;
Fiziki şəxslərin vahid (DSMF) bəyannaməsinin tərtibatı;
Ödəmə mənbəyində tutulan vergilər haqqında bəyannamənin tərtibatı.

10. STATISTIKA HESABATLARI

Statistika orqanlarında qeydiyyata durmaq və kodun alınması;
Aylıq (rüblük, illik) statistika hesabatlarının tərtibi və online göndərilməsi qaydası

FAYDALI MƏLUMATDövlət büdcəsindən maliyyələşən təşkilatlarda mühasib işləyən dostların diqqətinə
10/06/2022

FAYDALI MƏLUMAT

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda mühasib işləyən dostların diqqətinə

30/05/2022

FAYDALI MƏLUMAT

Təsərrüfat subyektlərinin rəhbərlərinin nəzərinə!

Mövcud qanunvericiliyə görə məcburi auditin subyektləri olan təsərrüfat subyektləri öz illik maliyyə hesabatlarını müstəqil (kənar) auditor tərəfindən təsdiq etdirməlidirlər. Auditor rəylərinin alınması üçün qanunvericilikdə müəyyən olunmuş son müddətlər aşağıdakı kimidir:

Maliyyə-sənaye qrupları üçün - 30 martadək;
Fondlar, siyası partiyalar üçün - 1 aprelədək;
İctimai əhəmiyyətli qurumlar, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri, publik hüquqi şəxslər, bələdiyyələr üçün - 30 aprelədək;
İnvestisiya fondları üçün 31 mayadək;
Banklar və digər kredit təşkilatları, sığorta təşkilatları və cəmiyyətləri, birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər), dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları üçün isə 30 iyunadək.

Göstərilən müddət ərzində öz maliyyə hesabatlarınızın auditor rəyi ilə təsdiq edilməsini təmin etməklə Siz ölkəmizdə həyata keçirilən şəffaflıq strategiyasına öz töhvənizi verməklə digər tərəfdaşlarınızın və investorların etibarını qazanmış olarsınız.

Nəzərinizə çatdırırıq ki, məcburi auditdən yayınmaya görə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan 3000 manatadək inzibati cərimədən başqa, Vergi Məcəlləsinin 57.4.-cü maddəsinə əsasən həmin Məcəllənin 16.1.4-cü maddəsində göstərilən, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda auditor rəyini müəyyən edilən müddətlərdə təqdim etməyən vergi ödəyicisinə Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD №-li "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanununa əsasən 2022-ci il yanvarın 1-dən 2000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi nəzərdə tutulmuşdur.

Auditorlar Palatasının rəsmi internet səhifəsində Palata üzvlərinin siyahısına daxil olaraq müstəqil auditorun dəvət olunması ilə yaranan bütün suallar ilə əlaqədar müraciət edə bilərsiniz.

Auditor rəylərinin müvafiq maraqlı tərəflərə əlçatanlığının təmin edilməsi və tələb olunduğu hallarda kütləvi informasiya vasitələrində (KİV) və internet resurslarında dərc olunmasına görə də təsərrüfat subyektlərinin rəhbərləri və məsul şəxsləri cavabdehdirlər.

Azərbaycan Respublikasının Auditorlar Palatası

28/05/2022

MÜTƏXƏSSİS ŞƏRHİ

Auditor kimdir ?

Ölkəmizdə auditor fəaliyyəti "Auditor fəaliyyəti haqqında" Qanunla və digər normativ-hüquqi aktlarla tənzimlənir. Bu sahəyə dövlət nəzarəti Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən həyata keçirilir. Auditor adı almaq üçün mühasibat uçotu, iqtisad, maliyyə, yaxud hüquqşünas ixtisaslarından biri üzrə ali təhsilə və ixtisas üzrə ən azı 3 illik iş təcrübəsinə malik olmaq tələb olunur. Auditor adını qazanmaq istəyən şəxs Auditorlar Palatasında keçirilən dövlət imtahanlarını verməlidir. İmtahandan uğurla keçən şəxslər növbəti 5 il müddətinə auditor adını qazanırlar. Həmin şəxslər Auditorlar Palatasından auditor fəaliyyətinə müvafiq icazə almaqla auditor firmasında auditor kimi, yaxud sərbəst auditor kimi fəaliyyət göstərə bilərlər. Audit xidmətlərinin tərkibi kifayət qədər genişdir. Hazırda bunlardan ən populyar olanı (ən çox tələbat olanı) müəssisələrin illik maliyyə hesabatlarının audit yoxlamasının aparılması və həmin hesabatların qanunvericiliyə və Maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun olub-olmaması barədə auditor rəyinin verilməsidir. İldə bir dəfə məcburi auditdən keçməsi tələb olunan şəxslərin siyahısı qanunvericiliyə əsasən müəyyən olunmuşdur. Bunlara orta və iri müəssisələr, ictimai əhəmiyyətli qurumlar, publik hüquqi şəxslər, ictimai birliklər, fondlar və s. aiddirlər. Bu tələbə əməl etməyən təşkilatlara və onlarım rəhbərlərinə iri məbləğdə inzibati cərimə (maliyyə sanksiyası) tətbiq olunur. Qeyd edək ki, cəriməni ödəmək təşkilatı audit yoxlamasından keçməkdən azad etmir.
Xarici ölkələrdə auditor adını qazanmaq üçün tələb olunan şərtlər Azərbaycandakından fərqlidir. Məsələn, qardaş Türkiyədə auditor adını qazanmaq üçün ən azı 14 il mühasibat uçotu sahəsində işləmək, peşəkar mühasib sertifikatını almaq tələb olunur.
Auditor fəaliyyəti ilə bağlı daha ətraflı məlumat Azərbaycan Respublikasının Auditorlar Palatasının www.audit.gov.az internet saytında verilmişdir.

2-ci Qarabağ şavaşında 2783 Vətən oğlu şəhidlik zirvəsinə yüksəldi. Müqəddəs ruhları qarşısında baş əyirik!
03/12/2020

2-ci Qarabağ şavaşında 2783 Vətən oğlu şəhidlik zirvəsinə yüksəldi. Müqəddəs ruhları qarşısında baş əyirik!

TƏBRİK!⚜ ⚜ ⚜Rəhbərlik etdiyim şirkətin adını ölkənin yerli auditor şirkətlərinin reytinq cədvəlində ikinci yerdə görmək,...
11/06/2020

TƏBRİK!
⚜ ⚜ ⚜
Rəhbərlik etdiyim şirkətin adını ölkənin yerli auditor şirkətlərinin reytinq cədvəlində ikinci yerdə görmək, doğrudan da, sevindirici və qürurvericidir! Bu böyük uğurun arxasında təsisçimiz, tanınmış iş adamı Namiq Hətəmovun bizim üçün yaratdığı geniş imkanlar, adını daşıdığımız əziz dostumuz Imdat Atamovun mənəvi dəstəyi, peşəkarlardan ibarət kiçik kollektivimizin on illik gərgin fəaliyyəti və hər şeydən əvvəl, əksəriyyəti xarici şirkətlərdən ibarət olan dəyərli müştərilərimizin bizə olan böyük inamı və etibarı dayanır. Düşünürəm ki, bu həm də gördüyümüz işə sevgi ilə, məsuliyyətlə yanaşmağımızın labüd nəticəsidir.Türklər demiş, kişi işini və eşini sevməlidir! Dəyərli həmkarlarımı bu münasibətlə ürəkdən təbrik edir, işlərində və şəxsi həyatlarında onlara uğurlar arzulayıram! Əziz müştərilərimiz, sizin etibarınızı gələcəkdə də doğrultmağa çalışacağıq!
Sükanı belə saxla, 10 yaşlı İMDAD AUDİT !

Sitat: Azərbaycanda auditorların reytinqi açıqlanıb

“Report.az” xəbər verir ki, Azərbaycan Respublikasınn Auditorlar Palatası 2019-cu ildə Azərbaycanda auditor xidməti göstərmiş hüquqi və fiziki şəxslərin reytinqini açıqlayıb.

Reytinq cədvəli 4 qrup üzrə tərtib olunub:

1) Böyük Dördlüyə (Big Four) daxil olan auditor təşkilatları üzrə:

1-ci yer: "Ernst & Young Holdings"
2-ci yer: "Deloitte & Touch"
3-cü yer: “PwC Azerbaijan”
4-cü yer: “KPMG Audit Azerbaijan”

2) Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə:

1-ci yer: "Baker Tilly Audit Azərbaycan"
2-ci yer: "Nexia EA" QSC
3-cü yer: "Caspian Business Consultants"

3) Yerli auditor təşkilatları üzrə:

1-ci yer: "TİD CONSULTING" QSC
2-ci yer: "İmdad Audit" MMC
3-cü yer: "Victoryvvays Audit Consulting"

4) Sərbəst auditorlar üzrə:

1-ci yer: Vəli Kərimov
2-ci yer: Altay Cəfərov
3-cü yer: Vaqif Axundov

Mənbə: https://report.az/maliyye/azerbaycanda-auditorlarin-reytinqi-aciqlanib/

Xatırlatmaq istərdim ki, "İmdad Audit" MMC yerli auditor şirkətlərinin reyrinq cədvəlində 2017-ci ildə 3-cü yeri, 2018-ci ildə isə 1-ci yeri tutmuşdu. Bu dəfı 1 pillə aşağı enmişik....
Qocalırıq yavaş-yavaş, deyəsən!🙂

20/03/2020

ƏZİZ DOSTLAR !
Bu səhər doğma yurdumuza bahar gəldi. Gecə ilə gündüz bərabərləşdi, köhnə il yerini təzə ilə təhvil verdi. Ümidvarıq ki, bahar günəşinin şəfalı işığı ürəklərdə yeni arzular, sevgi və mərhəmət hissi oyadacaq, çöllərimizi, dağlarımızı, düzlərimizi yaşıl, al-əlvan rəngə bürüyəcək, təhlükəli virusları, mikrobları yandırıb-yaxacaq, bizi gözəl günlərə çatdıracaq.
Arzu edirik ki, bu Novruzun qədəmləri yurdumuz üçün, xalqımız üçün sayalı və düşərli olsun, erməni işğalı altında inildəyən Vətən torpaqlarımız azad olunsun, qaçqınlarımız doğma yurd-yuvalarına qayıtsınlar, xalqımız layiq olduğu xoş güzərana qovuşsun.İnşallah!
Bahar bayramınız mübarək olsun! Hər birinizə sağlam həyat tərzi üzərində qurulan mökəm cansağlığı, ailə səadəti, evinizə bol ruzi-bərəkət arzulayırıq!

Hörmətlə,
"İmdad Audit" Şirkətinin kollektivi
20 mart 2020-ci il

Address

Bakı
Baku
AZ1111

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Audit və konsaltinq xidmətləri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share