05/05/2026
Uyğundur, amma bir məqam var.
Hər telefon şəkli çap üçün uyğun olmur.
Bəzən ekranda hər şey gözəl görünür, amma çapda bulanıq və gözlədiyiniz kimi alınmır.
Niyə belə olur?
Çünki telefon şəkli “gözəlləşdirir”, çap isə reallığı göstərir.
Biz tövsiyə edirik:
- şəkilləri messencerlə göndərməyin (keyfiyyət düşür) email vasitəsilə gondərin
- çox filtr istifadə etməyin
- əmin deyilsinizsə, əvvəlcədən soruşun
Biz həmişə çapdan əvvəl şəkli yoxlayırıq
ki, siz “gözlənti/reallıq” fərqi yaşamayasınız 😉