30/04/2021
SOCAR Downstream peşə məktəbi məzunlarına istehsalat və təmir bölmələrində iş qazanmaq imkanı təklif edir.
SOCAR Downstream Heydər Əliyev adına Neft Emalı Zavodunda mövcud qurğuların rekonstruksiyası və yeni qurğuların inşası məqsədi ilə həyata keçirilən Modernizasiya və Yenidənqurma Layihəsi Avro 5 dizel və benzin istehsalını, emal gücünün artırılmasını və ekoloji təmiz mühit yaradılmasını hədəfləyir. Eyni zamanda, əsas missiyalarımızdan biri beynəlxalq şirkətlərin cəlb olunması ilə İstehsal Mükəmməliyi proqramı çərçivəsində zavodda müasir idarəetmə və korporativ mədəniyyət dəyişikliyini həyata keçirməkdir.
SOCAR Downstream peşə məktəbi məzunlarına istehsalat və təmir bölmələrində iş qazanmaq imkanı təklif edir. Vakansiyaların əhatə etdiyi peşələr: • Çilingərlər • Elektriklər • Mexaniklər • Texnoloji qurğuların operatorları Namizədlərə tələblər: • Müvafiq p...