11/01/2024
Əməyin mühafizəsi avadanlıqları əməkdaşlarınızın sağlamlığının və təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Buna görə də bu vasitələrdən düzgün istifadə çox vacibdir. Bəzi alətlərindən səmərəli istifadəyə dair bəzi əsas prinsipləri bölüşmək istərdik.
👷 Qoruyucu kaska - Kaska başın yuxarı hissəsini zərbələrdən qorumaq üçün istifadə olunur. İş yerində hər bir işçinin kaskadan istifadə etməsi yüksəkdən düşən hər hansı bir alət və avadanlıqdan qorunma, yıxılma və digər təsirlərə qarşı ehtiyat tədbirlərinin görülməsində mühüm rol oynayır. Kaskanın düzgün formada istifadəsi və vaxtaşırı yoxlanılması vacibdir.
🥽 Qoruyucu eynək və maska - İşdə istifadə edilən kəsici və ya deşici alətlərdən, qaynaq sıçramasından və ya kimyəvi maddələrin təsirindən qorunmaq üçün qoruyucu eynək və üz maskasından istifadə olunur. Bu alətlərin istifadəsi əməyin mühafizəsi standartlarına uyğun həyata keçirilməlidir.
🧤 Qoruyucu əlcək - Qoruyucu əlcəklər dəri, rezin, parça və başqa dözümlü materiallardan hazırlanır və ələ sıx şəkildə oturur. Qoruyucu əlcək əlləri hansısa alət və ya materiallarla işləyərkən baş verən təsadüfi zədələrdən, kəsiklərdən, qabarlardan, parçalanmalardan qorumaq üçün nəzərdə tutulmuşdur.
Sizə də bu mövzu maraqlıdırsa bizə müracət edə bilərsiniz.
Ətraflı məlumat üçün rəy bölməsinə «+» qoymağınız yetərlidir.
📍 Bakı, Nəsimi, R.Behbudov 55 (AF Business Plaza)
📧 [email protected]
📞 +994 51 777 62 68