Dovlet Qulluqcusu OL

Dovlet Qulluqcusu OL Dövlət qulluğu və Magistratura imtahanlarına hazırlıq kursu

31/08/2020
23/08/2020
18/04/2019

Sınaq testinin düzgün cavabları sabah Dövlət Qulluqçusu OL səhifəsində paylaşılacaq.

18/04/2019

Qanunvericilik Sınaq Testi

1. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən aşağıdakı müd¬dəa¬lardan hansı yanlışdır?
A) öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın topla¬nıl¬masına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir;
B) qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər;
C) qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz;
D) işsizlərin dövlətdən sosial müavinət almaq hüququ yoxdur.

2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanu¬nu¬na əsasən aşağıdakılardan hansı dövlət qulluğunun əsas vəzi¬fəsi deyil?
A) Azərbaycan Respublikasının Konstitusiyası və digər qanun¬vericilik aktları əsasında vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi;
B) dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazır¬lan¬ması, qə¬bul edilməsi, icrası və icraya nəzarət edilməsi;
C) yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hü¬dudlarında qəbul etdikləri qərarların aşağı dövlət orqanları və vəzifəli şəxslər tərəfindən mütləq yerinə yetirilməsi;
D) Dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfi¬n¬dən vəzifə səlahiyyətlərinin yerinə yetirilməsinin təmin edilməsi.

3. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azər¬bay¬can Respublikasının Qanununa əsasən aşağıdakı müddəalardan hansı səhvdir?
A) vətandaşların maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur;
B) şəxsin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur;
C) dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur;
D) cəmiyyətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur.

4. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Milli Məc¬li¬sin növbədənkənar sessiyasının işi nə vaxt bitmiş hesab edilir?
A) növbəti sessiyasının işi başladıqdan sonra;B) növbəti sessiya tətilə buraxıldıqdan sonra;
C) Milli Məclisin iş qrafikinə uyğun olaraq bu məsələyə baxılır;
D) gündəlikdəki məsələlərə baxıldıqdan sonra.

5. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haq¬qında” Azərbaycan Respublikasının Qanununa əsasən kim əhali arasında Azər¬baycan Respublikası Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bay¬ra¬ğı¬na hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür?
A) Azərbaycan dövləti;
B) müvafiq icra hakimiyyətləri;
C) hüquq-mühafizə orqanları;
D) Azərbaycan Respublikası.

6. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsa-sənaşağıdakı müd¬dəalardan hansı dövlət qulluğunun prinsiplərindən deyil?
A) vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi;
B) etik davranış qaydalarına əməl edilməsi;
C) dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların rotasiyası;
D) dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi.

7. “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğun¬da qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəy¬yən¬ləşdirilməsi Qaydaları” han¬sı şərtləri müəyyən edir?
A) dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın ödənilməsi şərtlərini;
B) dövlət orqanlarında dövlət qulluqçularına əmək stajına görə əlavə haqqın ödənilməsi şərtlərini;
C) dövlət orqanlarında dövlət qulluqçularına dövlət qulluğunda vəzifə səlahiyyətlərinə görə əlavə haqqın ödənilməsi şərtlərini;
D) dövlət qulluqçularına dövlət qulluğuna aid olmayan əməyinə görə əlavə haqqın ödənilməsi şərtlərini

8. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ərizə anlayışı hansı bənddə düzgün göstərilmişdir?
A) qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət;
B) hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;
C) pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;
D) pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət.

9. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respub¬lika¬sının Qanununa əsasən aşağıdakı şəxslərdən hansılar kor¬rupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri deyil?
A) Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;
B) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;
C) inzibati vəzifə tutan dövlət qulluqçuları;
D) yerli özünüidarəetmə orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər.

10. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azər¬bay¬can Respublikasının Qanununa əsasən bu Qanunun məq¬sədlərinə nə aid deyil¬dir?
A) dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətən¬daşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;
B) dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;
C) dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;
D) dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiy¬mət¬lən¬diril¬məsinə vətəndaşların təsiri imkanlarının məhdud¬laşdı¬rılması.

11. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hansı müddəa doğru deyil?
A) Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini tə¬min etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır;
B) Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi mü¬haribəni qəbul edir;
C) Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamı¬lıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur;
D) Azərbaycan Respublikasının daxili suları, Xəzər dənizinin (gölü¬nün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, Azərbaycan Respublikasının üzərindəki hava məkanı Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.

12. “Vətəndaşların müraciətləri haqqında” Azərbay¬can Respublikasının Qanununa əsasən müraciət nə vaxt baxılmış hesab olunur?
A) müraciət təşkilatda qeydiyyata alındığı andan;
B) müraciət etmiş şəxsin müraciətinə yazılı və dövlət dilində cavab verildikdə;
C) vətəndaşın müraciəti aidiyyəti üzrə müvafiq orqana göndə¬rildikdə;
D) müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətən¬daşa əsas-landırılmış cavab verildikdə.

13. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanu¬nuna əsa¬sən aşağıdakılardan dövlət orqanlarının ştat cədvəl¬lərinin yaradılması və döv¬lət qulluqçularının vəzifə təlimat¬larının hazırlanması üçün əsasdır?
A) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu;
B) Azərbaycan RespublikasınınKonstitusiyası;
C) İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu;
D) “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu.

14. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən elektron sənəd dövriyyəsi vasitəçisi istisna olmaqla, elektron sənədin ünvanlandığı fiziki və ya hüquqi şəxsdir?
A)Elektron sənədi yaradan
B)Elektron sənədi göndərən
C)Elektron sənədi qəbul edən
D)Elektron sənədi alan

15. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respub¬lika¬sının Qanununa əsasən korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektlərinə aid deyil?
A) xüsusi imtiyazlar əsasında dövlət orqanlarını təmsil edən şəxslər;
B) yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;
C) dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərancamverici və ya inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;
D) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;

16. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən tabe təş-kilatlarda kar¬gü¬zarlığın aparılması qaydalarına riayət olunması üzərində nəzarətin həyata keçirilməsi vəzifəsini kim daşıyır?
A) onların ümumi şöbəsi;
B) onların daxili nəzarət şöbəsi;
C) onların baş təşkilatları;
D) Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi.

17. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublika Prokurorluğu qanunla nəzərdə tutulmuş hallarda.....?
A) məhkəmə qərarlarından protest verir;
B) məhkəmədə iddia qaldırır;
C) dövlət ittihamını müdafiə edir;
D) cinayət işi başlayır və istintaq aparır.

18. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanu¬nuna əsasən aşağıdakılardan hansı Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılması üçün əsas deyil?
A) dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;
B) elmi dərəcənin və ya elmi adın olması; C) dövlət təltifi ilə təltif edilmə;
D) attestasiyadan iki dəfə müvəffəqiyyətlə keçmə.

19. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanu¬nu¬na əsasən məlumatın verilməsi barədə müqavilə nəyə uyğun bağlanır?
A) mülki qanunvericiliyə;
B) inzibati qanunvericliyə;
C) cinayət qanunvericiliyinə;
D) beynəlxalq qanunvericiliyə.

20. “Azərbaycan Respublikası Dövlət Gerbi haqqında əsasnamə”yə əsasən Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri hansı bənddə tam və düzgün təsvir edilmişdir?
A) palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır;
B) palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən milli qal-xanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır;
C) palıd ağacından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən milli qal¬x-anının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikası Dövlət bayrağının rəngləri fonunda beşguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır;
D) sünbüllərdən ibarət qövsün üzərində yerləşən qalxanın təsvirindən iba¬rətdir. Qalxanın üstündə səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.

21. “Vətəndaşların müraciətləri haqqında” Azərbay¬can Respublikasının Qanununa əsasən müraciətlərə baxılması zamanı vətəndaşların hüquqlarına aid deyil?
A) müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək;
B) müraciətə baxılması barədə yazılı cavab almaq;
C) müraciətin məzmununda vətəndaşın ailə və şəxsi həyatına aid sirr olan məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək;
D) müraciətin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin əldə edilməsini (o cümlədən elektron formada) müraciətə baxan subyektdən tələb etmək.

22. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən daxil olmuş sənədlərin rəhbərliyin göstərişi ilə bir struktur bölməsindən digərinə verilməsi kim tərəfindən həyata keçirilir?
A) kuryerlər tərəfindən;
B) təşkilatda xüsusi olaraq yaradılan nəzarət xidməti tərəfindən;
C) struktur bölməsinin kargüzarlıq üçün məsul olan əməkdaşları tərəfindən;
D) kargüzarlıq xidməti tərəfindən.

23. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respub¬li¬ka¬sının Qanununa əsasən korrupsiya ilə əlaqədar hüquq¬poz¬ma¬lara görə vəzifəli şəxslərin məsuliyyətinin neçə növü müəy¬yənləşdirilmişdir?
A) 2; B) 3; C) 4; D) 5.

24. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən xalqın suveren¬li¬yi nədir?
A)seçki hüquqlarının tanınması ilə insanların səsverməsi;
B)qanunvericiliyə uyğun olaraq öz idarəetmə formasını müəyyən etmək;
C)sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək;
D)beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan dövləti tərəfindən təmin edilən hüquqlar.

25. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanu¬nuna əsasən “İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu”na nələr daxildir?
A) vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar;
B) dövlət orqanlarının kateqoriyaları təsnifatları;
C) yalnız vəzifənin təsnifatı və adları;
D) yalnız vəzifələrin tutulması şərtləri.

26. “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsas¬namə”yə əsasən Azərbaycan Respublikasının Dövlət himni nəyin müqəddəs rəmzidir?
A) Azərbaycan dövlətinin suverenliyinin;
B) Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin;
C) ərazi bütövlüyünün;D) milli dirçəlişin.

27. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbay¬can Respublikasının Qanunu nə vaxt qüvvəyə minib?
A) 31 may 2007-ci il;
B) 27 fevral 2005-ci il;
C) 19 yanvar 2002-ci il;
D) 14 iyun 2009-cu il.

28. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən elektron sənədlərin mübadiləsi ilə bağlı olan texniki-təşkilati tələblər hansılardır?
1.sənədlərin mübadilə forması
2.onların yoxlanılma proseduru
3.sənədin alınmasının təsdiqlənməsi üçün məqbul hesab edilən müddət
4.sənədin silinməsi üçün prosedur
5.forma
A) 1, 2, 4 B) 2, 3, 4, 5
C) 1, 2, 3, 5 D) 1, 2, 3, 4, 5

29. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azər¬baycan Res-publikasının Prezidentliyinə namizədlərə aid tələblər hansı bənddə tam və düzgün göstərilmişdir?
A) Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan;
B) Azərbaycan Respublikasının ərazisində 15 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən, ağır cinayətə görə məhkum olunmayan, məhkəmənin qanuna minmiş hökmü ilə cəzakəçmə yerlərindəndə cəza çəkən şəxslər, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan;
C) yaşı iyirmi birdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 20 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan;
D) yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 15 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən, ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan.

30. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Res¬pub-likasının Qanununa əsasən dövlət dilini bilmək hər bir Azərbaycan Res-publikası vətəndaşının...
A) vəzifəsidir;B) hüququdur;C) borcudur;D) vəzifəsi və hüququdur.

31. “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haq¬qında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı müddəalardan hansı səhvdir?
A) Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş matəm günlərində Azərbaycan Respublikası Dövlət bayrağının dəstəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir;
B) müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində Azərbaycan Respublikası Dövlət bayrağının dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir;
C) Dövlət bayrağı bayraq dəstəyin yarısına qədər endirilir;
D) Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir;

32. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanu-nunaəsasənaşağıdakı müd¬dəa¬lardan hansı doğru deyil?
A) prokurorluq, ədliyyə, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, müdafiə, fövqəladə hallar, sərhəd xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında qulluq dövlət qullu¬ğunun xüsusi növüdür;
B) başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun Azərbaycan Respub¬li¬kasının Prezidentinə, Azərbaycan Respublikası Milli Məclisinin deputat¬la¬rına şamil olunmur;
C) bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müə¬s¬sisələrin işçilərinə şamil edilmir.Bu işçilərin əmək müna¬si¬bətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir;
D) dövlət Qulluğunu İdarəetmə Şurası dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər.

33. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azər¬baycan Res-publikasının Konstitusiyası ...
A) Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə ma¬likdir;
B) birbaşa hüquqi qüvvəyə malik deyil;
C) Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib hissəsi deyil;
D) Beynəlxalq hüquq normalarının tərkib hissəsi ilə ziddiyyət təşkil edə bilməz.

34. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanu¬nu¬na əsasən şəxsiyyət haqqında sənədləşdirilmiş məlumat mənbəyinə aid deyil?
A) şəxsiyyətin adına verilmiş məlumatlar;
B) şəxsiyyət haqqında açıq elan edilmiş xəbərlər;
C) şəxsiyyət tərəfindən imzalanmış sənədlər;
D) öz səlahiyyətləri çərçivəsində orqanlar tərəfindən şəxsiyyət haqqında toplanmış məlumatlar.

35. “Vətəndaşların müraciətləri haqqında” Azər¬bay¬can Respublikasının Qanununa əsasən aşağıdakı müddəa¬lardan hansı doğru deyil?
A) müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir;
B) vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır;
C) vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır;
D) müraciətə baxan subyektin canlı yayımlanan teleradio proqramındakı nümayəndəsi – müvafiq orqanın təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslərdir.

36. “Azərbaycan Respublikası Dövlət Gerbi haqqında əsasnamə”yə əsasən Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində qızılı rəng neçə elementdə işlədilib?
A) 2;B) 3;C) 4;D) 5.

37. “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən teleqramlar neçə nüsxədə çap olunur?
A) bir;B) iki;C) üç;D) dörd.

38. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanu-nunaəsasənAzərbaycan Respublikası Milli Məclisinin Aparatında sektor müdiri inzibati vəzifələrin neçənci təsnifatına aiddir?
A) inzibati vəzifələrin birinci təsnifatına;
B) inzibati vəzifələrin ali təsnifatına;
C) inzibati vəzifələrin üçüncü təsnifatına;
D) inzibati vəzifələrin ikinci təsnifatına.

39. Azərbaycan Respublikasının Konstitusiyasına görə pul nişan¬larınin tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ kimə mənsubdur?
A) Milli Banka;
B) Respublika bankına;
C) Mərkəzi Banka;
D) Azərbaycan Respublikasının dövlət banklarına.

40. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azər¬baycan Res¬¬-publikasının Qanunu əsasən hansı normativ hüquqi akt qüvvəsini itirmiş he¬¬sab edilib?
A) “Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin təsdiq edil¬mə¬si barəsində” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1977-cı il 22 may tarixli Fərmanı;
B) “Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin təsdiq edil¬məsi barəsində” Azərbaycan SSR Ali Soveti Rəyasət He¬yətinin 1956-cı il 5 may ta¬rixli Fərmanı;
C) “Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin təsdiq edil¬məsi barəsində” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1986-cı il 16 iyun ta¬rixli Fərmanı;
D) “Azərbaycan SSR-in Dövlət bayrağı haqqında Əsasnamənin təsdiq edil¬mə¬si barəsində” Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1976-cı il 10 mart ta-rixli Fərmanı.

Address

Naxçıvan şəhəri
Nakhchivan
OTAQN41

Telephone

050/070-564-04-09

Website

Alerts

Be the first to know and let us send you an email when Dovlet Qulluqcusu OL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dovlet Qulluqcusu OL:

Share