YAP Astara rayon təşkilatının Pensər ərazi partiya təşkilatı

YAP Astara rayon təşkilatının Pensər ərazi partiya təşkilatı Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from YAP Astara rayon təşkilatının Pensər ərazi partiya təşkilatı, Business service, Astara Rayonu Pensər kəndi, Pensç?R.

Sumqayıt-Yalama dəmir yolunun tikintisi artıq 80 faiz yerinə yetirilibAzərbaycan Prezidenti İlham Əliyev müşavirədə çıxı...
29/01/2025

Sumqayıt-Yalama dəmir yolunun tikintisi artıq 80 faiz yerinə yetirilib

Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

Mövcud yolların reabilitasiyası və müasirləşməsi, daşınma imkanlarının və qatarların sürətinin artırılması istiqamətində görülən işlər arasında Sumqayıt-Yalama dəmir yolunu qeyd etmək istərdim. Bu yolun tikintisi artıq 80 faiz səviyyəsində təmin edilib və yəqin ki, yaxın zamanlarda tam istifadəyə veriləcək. İndi üzərində işlədiyimiz yol - Ələt-Astara yolu, faktiki olaraq hamı bilir ki, bu yol var, amma nəzərə alsaq ki, gələcəkdə Şimal-Cənub dəhlizi üzrə yüklər kəskin artacaq, bu yolun da genişləndirilməsi gündəlikdədir və bu il artıq müəyyən vəsait də ayrılıb.

Bakı-Qəbələ dəmir yolu uğurla inşa edildiAzərbaycan Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.Prezident İlham Əliyev...
29/01/2025

Bakı-Qəbələ dəmir yolu uğurla inşa edildi

Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

Azərbaycan şəhərləri arasındakı bağlantıları təmin etmək üçün bir neçə yeni qatar istiqaməti müəyyənləşdirilib. Bakı-Qəbələ. Qəbələ şəhərinə dəmir yolu xətti heç vaxt çatmırdı, biz onu inşa etdik və bu yol da çox lazımlıdır. Bakı-Balakən dəmir yolu fəaliyyətini bərpa etdi və Bakı-Ağstafa. Yəni, Azərbaycan coğrafiyasını bilənlər görürlər ki, bu yollar, əslində, ölkəmizi bizim qərb sərhədi ilə, şimal-qərb sərhədi ilə və Qəbələ şəhəri ilə bağlayır. Bütün bu yollar üzrə yerləşən şəhərlər də təbii olaraq əhatə olunur.

Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilibAzərbaycan Prezidenti İlham Əliyev müşavirədə çı...
29/01/2025

Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib

Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Lənkəran hava limanı faktiki olaraq istifadə edilmirdi. Amma Bakı, Naxçıvan, Gəncə istifadə olunurdu. Bu dörd hava limanının həm zolaqları, həm terminal kompleksləri ən müasir standartlara cavab verir. Bununla bərabər, dörd yeni hava limanı inşa edilmişdir - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir. Uçuş-enmə zolağı minimum üç kilometr səviyyəsindədir. Beləliklə, indi dediyim kimi, doqquzuncu bu il istifadəyə veriləcək və bu məsələni də tam bağlayırıq.

Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa ediləcəkİlham Əliyev müşavirədə çıxış edib.Preziden...
29/01/2025

Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi inşa ediləcək

İlham Əliyev müşavirədə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda - yeddi milyondan çox sərnişin daşıyıb. Mənə verilən məlumata görə, nazirlik tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa edilsin. Mən də öz dəstəyimi verdim. İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün bizə imkan yaradacaq. Yəni ki, biz, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik. Nəzərə alsaq ki, hazırda Ələtdə böyük yük terminalı inşa edilir, onun yük qəbuletmə imkanları 1 milyon ton olacaq. Yəni, təsəvvür etmək çətin deyil ki, biz nəqliyyatın, sadəcə olaraq, bu istiqaməti üzrə hansı işləri görürük.

Dəmir yolu infrastrukturunun inkişafına erməni diasporunun təzyiqi altında ABŞ mane olurduAzərbaycan Prezidenti İlham Əl...
29/01/2025

Dəmir yolu infrastrukturunun inkişafına erməni diasporunun təzyiqi altında ABŞ mane olurdu

Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

Dəmir yolu infrastrukturu ilə bağlı aşağıdakı işlər görülmüşdür: 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu inşa edilib. Onu da bildirməliyəm ki, bu layihə Azərbaycan dövlətinin təşəbbüsü ilə icra edilmişdir. Biz bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Onu indi mən deyə bilərəm. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb də yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Biz bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik. O cümlədən mən şəxsən Amerika dövlətinin yüksəkvəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə etmişdim və bildirmişdim ki, onlar bizə maneə törətməməlidirlər. Bu, bizim üçün strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq.

01/04/2023

HEYDƏR ƏLİYEV–100

Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq və əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq.

31/03/2023
31/03/2023

Address

Astara Rayonu Pensər Kəndi
PensÇ?r

Website

Alerts

Be the first to know and let us send you an email when YAP Astara rayon təşkilatının Pensər ərazi partiya təşkilatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share