29/01/2025
Sumqayıt-Yalama dəmir yolunun tikintisi artıq 80 faiz yerinə yetirilib
Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı:
Mövcud yolların reabilitasiyası və müasirləşməsi, daşınma imkanlarının və qatarların sürətinin artırılması istiqamətində görülən işlər arasında Sumqayıt-Yalama dəmir yolunu qeyd etmək istərdim. Bu yolun tikintisi artıq 80 faiz səviyyəsində təmin edilib və yəqin ki, yaxın zamanlarda tam istifadəyə veriləcək. İndi üzərində işlədiyimiz yol - Ələt-Astara yolu, faktiki olaraq hamı bilir ki, bu yol var, amma nəzərə alsaq ki, gələcəkdə Şimal-Cənub dəhlizi üzrə yüklər kəskin artacaq, bu yolun da genişləndirilməsi gündəlikdədir və bu il artıq müəyyən vəsait də ayrılıb.