RelyOn Azerbaijan

RelyOn Azerbaijan Dünyada neft, qaz, enerji, tikinti, aviasiya, dənizçilik və sənaye sahələrində təhlükəsizlik təlimləri verən lider şirkətik.

IMT (İnsidentlərin  İdarə Olunması) təlimi təşkilatların fövqəladə vəziyyətlərə operativ və effektiv reaksiya verməsi üç...
30/03/2026

IMT (İnsidentlərin İdarə Olunması) təlimi təşkilatların fövqəladə vəziyyətlərə operativ və effektiv reaksiya verməsi üçün zəruri bacarıqları öyrədən proqramdır.
Bu təlim hadisə zamanı düzgün qərarvermə, koordinasiya və risklərin idarə olunması prinsiplərini öyrədir. Məqsəd – insanları, ətraf mühiti və əməliyyatları mümkün zərərdən qorumaq, hadisənin təsirini minimuma endirmək və bərpa prosesini sürətləndirməkdir.
IMT təlimi kimlər üçün nəzərdə tutulub?
✔️Fövqəladə hallar və təhlükəsizlik menecerləri;
✔️Əməliyyat və istehsalat rəhbərləri;
✔️Risk idarəetmə mütəxəssisləri;
✔️Sənaye və enerji sektoru şirkətləri;
Fövqəladə hadisələrə cavab verən komanda üzvləri.

Bu təlim yalnız fövqəladə vəziyyətlərə reaksiya verməyi deyil, həm də riskləri qabaqlamağı və idarəetmə sistemlərini gücləndirməyi öyrədir.

Ətraflı məlumat və qeydiyyat üçün:
☎️ +994 12 526 37 68 / 24
📲 +994 50 320 16 19
🌐 www.relyon.com

Təhlükəsizlik birinci yerdədir – təlimlərimiz qlobal səviyyədə, sinif otağı, rəqəmsal və simulyator əsaslı formatlarda k...
28/03/2026

Təhlükəsizlik birinci yerdədir – təlimlərimiz qlobal səviyyədə, sinif otağı, rəqəmsal və simulyator əsaslı formatlarda keçirilir.

Biz neft və qaz sənayesi üçün təhlükəsizlik, əməliyyat effektivliyi və normativ uyğunluq üzrə ən yüksək standartlara cavab verən ixtisaslaşmış təlim proqramları təqdim edirik. Təlimlərimiz işçi heyətinin peşəkarlığını artırır, beynəlxalq sertifikatlarla təmin edir və əməliyyat təhlükəsizliyini gücləndirir.

Proqramlarımız aşağıdakı əsas sahələri əhatə edir:
HSE prosedurları;
Fövqəladə hallara reaksiya və qəza idarəetməsi;
Qazma və əməliyyat texnikaları;
Risklərin idarə olunması və təhlükəsizlik mədəniyyəti.

Təlim proqramlarımız haqqında daha ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.
☎️+994 12 526 37 68 / 24
📲+994 50 320 16 19
🌐www.relyon.com

  -də biz kompleks qazma əməliyyatlarına hazırlığı və peşəkarlığı artıran ixtisaslaşmış quyu nəzarəti təlimləri təqdim e...
26/03/2026

-də biz kompleks qazma əməliyyatlarına hazırlığı və peşəkarlığı artıran ixtisaslaşmış quyu nəzarəti təlimləri təqdim edirik.
və ilə əməkdaşlıq çərçivəsində keçirdiyimiz proqramlar mütəxəssislərin ilkin bilikdən yüksək səviyyəli əməliyyat bacarıqlarına qədər inkişafını təmin edir.
Bu təlimlər peşəkarlığı artırır, əməliyyat təhlükəsizliyini gücləndirir və müasir qazma mühitinin çağırışlarına — o cümlədən dərin dəniz əməliyyatlarına — hazırlıq yaradır.
Biliyinizə investisiya edin. Təhlükəsizliyi artırın. Peşəkarlığı gücləndirin.

Ətraflı məlumat və qeydiyyat üçün:
☎️+994 12 526 37 68 / 24
📲+994 50 320 16 19
🌐www.relyon.com

    (İri Miqyaslı QəzaHallarının İdarə Edilməsində İlkin Tədbirlər ) təlimi fövqəladə hadisələrin ilkin idarə olunması, ...
25/03/2026

(İri Miqyaslı QəzaHallarının İdarə Edilməsində İlkin Tədbirlər ) təlimi fövqəladə hadisələrin ilkin idarə olunması, risklərin qiymətləndirilməsi və effektiv cavab tədbirləri üzrə əsas prinsipləri öyrədən proqramdır.
Təlim yeni başlayanlar üçün möhkəm baza yaradır, eyni zamanda təcrübəli mütəxəssislərin bilik və bacarıqlarını gücləndirir. O, fövqəladə vəziyyətlərin idarə olunması, qərarvermə prosesləri və real ssenarilərə əsaslanan praktiki yanaşmaları əhatə edir.
Təlim proqramı iştirakçılara komanda koordinasiyası, risklərin idarə olunması və fövqəladə hadisələrə operativ reaksiya üzrə praktiki bacarıqlar qazandırır.

Proqram OPITO tərəfindən təsdiqlənmişdir və iştirakçılara beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur. Sertifikatla yanaşı bilik və bacarıqlardakı potensial boşluqları müəyyən edən hesabat verilir, bu da gələcək peşəkar inkişaf üçün aydın istiqamət yaradır.

Ətraflı məlumat və qeydiyyat üçün:
☎️+994 12 526 37 68 / 24
📲+994 50 320 16 19
🌐www.relyon.com

Əziz izləyicilərimiz,✨  bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edirik. Arzumuz budur ki, bu əziz bayram hər evə...
20/03/2026

Əziz izləyicilərimiz,

✨ bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edirik. Arzumuz budur ki, bu əziz bayram hər evə bolluq, bərəkət və yeni sevinc anları bəxş etsin.
Novruz bayramınız mübarək! ✨

Müqəddəs Ramazan ayını uğurla başa vurduq.Bu əziz bayram münasibətilə tutulan bütün orucların qəbul olunmasını diləyir, ...
19/03/2026

Müqəddəs Ramazan ayını uğurla başa vurduq.
Bu əziz bayram münasibətilə tutulan bütün orucların qəbul olunmasını diləyir, xalqımıza bərəkət, sülh və sevgi dolu gözəl günlər arzu edirik.

bayramınız mübarək! 🌙

  tərəfindən akkreditə olunmuş bu   təlim proqramı helikopterlə offşor platformalara səfər edən əməkdaşlar üçün nəzərdə ...
16/03/2026

tərəfindən akkreditə olunmuş bu təlim proqramı helikopterlə offşor platformalara səfər edən əməkdaşlar üçün nəzərdə tutulub.
Təlim zamanı siz:
✔️Təhlükəsizlik üzrə ilkin biliklər;
✔️Helikopter təhlükəsizliyi və HUET;
✔️Dənizdə sağqalma və ilk tibbi yardım;
✔️Yanğınla mübarizə və özünütəxliyə;
✔️CA-EBS (Compressed Air Emergency Breathing System) üzrə praktik məşğələlər əldə edəcəksiniz.

Real şəraitdə keçirilən praktiki təlimlər sizə fövqəladə hallarda düzgün və operativ qərar vermək bacarığı qazandırır.

Qeydiyyat və növbəti tarixlər üçün bizimlə əlaqə saxlayın.
☎️ +994 12 526 37 68 / 24
📲 +994 50 320 16 19
🌐 www.relyon.com

IOSH Təlimləri – Sağlamlıq və Təhlükəsizlik Karyeranızı Yüksəldin! ✔️Peşəkar bacarıqların inkişafı – təhlükəsizlik stand...
13/03/2026

IOSH Təlimləri – Sağlamlıq və Təhlükəsizlik Karyeranızı Yüksəldin!

✔️Peşəkar bacarıqların inkişafı – təhlükəsizlik standartlarını öyrənir və praktik bacarıqlar əldə edirsiz;
✔️Karyera imkanları – dünya üzrə tanınan sertifikatla rəhbərlik və idarəçilik imkanlarını genişləndirir;
✔️Təhlükəsiz iş mühiti – riskləri effektiv idarə etməyi və fövqəladə vəziyyətlərə hazırlığı təmin edir.

təlimləri ilə karyeranızı bir addım irəli aparın, özünüzü peşəkar və etibarlı təhlükəsizlik lideri kimi formalaşdırın.

Ətraflı məlumat və qeydiyyat üçün:
☎️ +994 12 526 37 68 / 24
📲 +994 50 320 16 19
🌐 www.relyon.com

Xilasedici Qayıq Kapitanları üçün Təlim – Qeydiyyat Açıqdır!Dənizdə təhlükəsizlik bacarıqlı liderlərlə başlayır. Bu   se...
10/03/2026

Xilasedici Qayıq Kapitanları üçün Təlim – Qeydiyyat Açıqdır!

Dənizdə təhlükəsizlik bacarıqlı liderlərlə başlayır. Bu sertifikatlı təlim sizə qayıqları etibarlı idarə etmək və fövqəladə hallarda çevik hərəkət etmək üçün nəzəri və praktik biliklər qazandırır.

✔️Təlimin üstünlükləri:
✔️Praktik məşğələlər;
✔️Təhlükəsizlik və fövqəladə vəziyyət hazırlığı;
✔️Yüksək riskli dəniz sənayesində tanınan OPITO sertifikatı.

Yerlər məhduddur – indi qeydiyyatdan keçin və bacarıqlarınızı gücləndirin!

Ətraflı məlumat və qeydiyyat üçün:
☎️ +994 12 526 37 68 / 24
📲 +994 50 320 16 19
🌐 www.relyon.com

💐 Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi təbriklər! 💐Bu əlamətdar gündə qadınların müxtəlif sahələrdə, cəmiyyətin ...
07/03/2026

💐 Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi təbriklər! 💐

Bu əlamətdar gündə qadınların müxtəlif sahələrdə, cəmiyyətin bütün təbəqələrində və hər nəsildə göstərdiyi dəyərli xidmətləri bir daha yad edilir.
Sizin zəhmətiniz və əzmkarlığınız inkişafın hərəkətverici qüvvəsidir vədaha parlaq gələcəyin qurulmasına töhfə verir.

Bu gün və hər zaman sizin gücünüzü, sözünüzü və nailiyyətlərinizi böyük hörmətlə qeyd edirik. 💐

Address

RelyOn Təlim Mərkəzi, Salyan şosesi, 15-ci Km
Qaradag
AZ1080

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Website

https://www.instagram.com/relyonazerbaijan/, https://www.linkedin.com/company/relyon-azerbaijan/

Alerts

Be the first to know and let us send you an email when RelyOn Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share