17/09/2026
Təhsil gələcəyin təməlidir, bu təməli quranlar isə öz ömrünü gənc nəslin savadlanmasına və tərbiyəsinə həsr edən fədakar ziyalılarımızdır. Belə şərəfli və məsuliyyətli yolu özünə həyat amalı seçən dəyərli pedaqoqlarımızdan biri – Şamaxı rayonu Elşən Hüseynov adına tam orta ümumtəhsil məktəbinin müəllimi Əfəndiyeva Esmira Nazir qızı 65 illik yubileyini qeyd edir.
Esmira müəllimə uzun illər boyunca səmərəli pedaqoji fəaliyyəti, yüksək peşəkarlığı, dərin bilik və bacarığı ilə təhsilin inkişafına dəyərli töhfələr vermişdir. O, yalnız fənnini tədris etməklə kifayətlənməmiş, eyni zamanda gənc nəslin vətənpərvər, savadlı və cəmiyyətə faydalı şəxsiyyət kimi yetişməsində böyük əmək sərf etmişdir.
Onun zəngin pedaqoji təcrübəsi, təlim-tərbiyə işində göstərdiyi xüsusi xidmətləri və təhsil sahəsindəki fədakar fəaliyyəti layiqincə qiymətləndirilmişdir. 65 illik yubileyi münasibətilə Əfəndiyeva Esmira Nazir qızı ETİHİ Şamaxı Rayon Komitəsi tərəfindən Fəxri Fərman və xatirə hədiyyəsi ilə təltif olunmuşdur.
https://shamakhi.etihi.org/xeberler/tehsilimize-hesr-olunmus-65-illik-menali-omur-yolu