Jafar Najafov

Jafar Najafov 💼 Co-Founder & CEO .az
🚀 Growth Hacker
💰 100-dən çox ölkəyə satış təcrübəsi

Dünən dostlarla Qarabağa getmişdik. İcazələri yolumuzqarabaga.az saytından aldıq, sonra düşdük yola.İlk dəfə idi Şuşa, X...
01/06/2025

Dünən dostlarla Qarabağa getmişdik. İcazələri yolumuzqarabaga.az saytından aldıq, sonra düşdük yola.

İlk dəfə idi Şuşa, Xankəndi və Laçına gedirdim. Hər biri çooox gözəldir😍
Şuşanı gəzdik, İsa bulağında su içdik, Gövhər Ağa məscidində namaz qıldıq. Xankəndini gəzdik. Laçında isə çayın içində buz kimi suya girdik – adamın beynini açır 😍

Doğrudan da Qarabağın hər qarışı görülməyə dəyər. Bu torpaqları canlı görmək, hiss eləmək tamam başqa bir hissdir.

Allah bu torpaqlara bir daha qara gün göstərməsin 🇦🇿

Süni intellekt oxşada bilib?)
08/02/2025

Süni intellekt oxşada bilib?)

Monte Carloya aşiq oldum❤️Hər yerində dəbdəbə, gözəllik və fərqli bir atmosfer var. Tarixi binaları, lüks maşınları və m...
17/11/2024

Monte Carloya aşiq oldum❤️

Hər yerində dəbdəbə, gözəllik və fərqli bir atmosfer var.

Tarixi binaları, lüks maşınları və möhtəşəm abu-havası ilə bu şəhər unudulmaz hisslər bəxş edir.

Burada olmaq tam başqa bir təcrübədir👍

13-16 oktyabr tarixlərində Dubayda baş tutan Expand North Star tədbirində iştirak etdim və tədbir çox maraqlı, məhsuldar...
18/10/2024

13-16 oktyabr tarixlərində Dubayda baş tutan Expand North Star tədbirində iştirak etdim və tədbir çox maraqlı, məhsuldar və yadda qalan keçdi.

Bir çox investor və iştirakçı pavilyonumuza yaxınlaşıb maraq göstərdi.

Onların arasında dünyaca məşhur Neil Patel də var idi. Mən -i illərdir izləyirəm.

SEO biliklərimin çox hissəsini ondan öyrənmişəm və adam bu sahənin həqiqətən əjdahasıdır.

Onun stendimizə yaxınlaşması və onunla canlı tanış olmaq mənim üçün xüsusi bir an oldu.

Azərbaycan pavilyonunda iştirakımızı təşkil etdiyinə görə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə təşəkkürümü bildirirəm. .azerbaijan

🎁 Sizə Hədiyyəm var... ⬇️İlk öncə amma 1-5 May Brüssel səfərimdən danışım😍Bu tarixlərdə, Belçikanın Brüssel şəhərində Av...
07/05/2024

🎁 Sizə Hədiyyəm var... ⬇️

İlk öncə amma 1-5 May Brüssel səfərimdən danışım😍

Bu tarixlərdə, Belçikanın Brüssel şəhərində Avropa Günü çərçivəsində təşkil olunan silsilə tədbirlərdə iştirak edirdik.

2 May "Content Creators Summit" təşkil olunmuşdu və Avropanın demək olar hər yerindən bura qatılan influnserlərlə birlikdə Meta, Youtube və TikTok təlimlərində iştirak etdik və daha sonra digər influnserlərlə networking etdik.

4 May tarixində Avropa institutlarının açıq qapı günü idi və bu o deməkdir ki, istədiyimiz quruma, Avropa Parlamentinə, Avropa İttifaqı Şurasına, Avropa Komissiyasına və Aİ-nin digər orqanlarına giriş azad idi deyə rahat girib çıxırdıq.

Çox maraqlı və yadda qalan səfər oldu mənimçün.

🎁 Sizi də unutmamışam) Əli boş gəlməmişəm))

Aşağıdakı suala cavabını yaz və 1 gün içində ən çox şərhinə bəyəni alan şəxsə hekayədə bölüşdüyüm hədiyyə çantasını göndərəcəm ;)

❓Avropa ilə əlaqəli başınıza gəlmiş ən maraqlı hadisəni bizimlə bölüşün ;)

Address

Şuşa
Susa

Alerts

Be the first to know and let us send you an email when Jafar Najafov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share