Miit Consulting

Appeler Itinéraire Site Web Contacter l'entreprise

Miit Consulting Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Miit Consulting, Nizami küç, Baku.

Miit Consulting MMC müəssisə və təşkiltlar o cümleden sahibkarliq fəaliyyəti göstərən fiziki şəxslər üçün mühasibat uçotu, vergi uçotu, maliyyə uçotu, kadr işləri və IT sahəsində xidmət göstərir.

Fiber optik kabelin qaynağı, test olunması, fiber optik kabelde yaranan istənilən nöqsanların aradan qaldırılması və fib...
14/03/2020

Fiber optik kabelin qaynağı, test olunması, fiber optik kabelde yaranan istənilən nöqsanların aradan qaldırılması və fiber optik şəbəkənin qurulması üçün bizə müraciət edin.

Tel: +994 55 386 55 10
www.miit.az
[email protected]

Yeni yaranmış "Miit Consulting" MMC Azərbaycan Respublikası qanunlarını əsas tutaraq sahibkarlara və iş adamlarına üç fə...
14/03/2020

Yeni yaranmış "Miit Consulting" MMC Azərbaycan Respublikası qanunlarını əsas tutaraq sahibkarlara və iş adamlarına üç fərqli sahədə peşəkar xidmət göstərir. Şirkət hər üç sahə üzrə tam peşəkar kollektiv ilə çalışır. Şirkətimiz tərəfindən xidmət göstərdiyi müştəri məlumatları təhlükəsiz və məxfi olaraq qorunur. Bizim əsas məqsədimiz müştəri məmnuniyyətidir. Müştəri təklif və şikayətləri dərhal rəhbərlik tərəfindən nəzarətə götürülür. "Miit Consulting" MMC-nin xidmət göstərdiyi sahələr.

*Mühasibat uçotu

*Vergi uçotu

*Maliyyə uçotu

*İnsan resursları (kadr işləri) üzrə xidmətlər

*lT və proqram təminatı üzrə xidmətlər

Tel: +994 55 341 55 10
+994 55 386 55 10
www.miit.az
[email protected]

02/03/2020
Hörmətli sahibkarlar biznesinizin uğurlu inkşafı üçün bizə müraciət edin."Miit Consulting" MMC üç fərqli sahədə peşəkar ...
01/03/2020

Hörmətli sahibkarlar biznesinizin uğurlu inkşafı üçün bizə müraciət edin.

"Miit Consulting" MMC üç fərqli sahədə peşəkar xidmət göstərir.
✅ Mühasibat uçotu, vergi uçotu və maliyyə uçotu
✅ İnsan resursları (kadr işləri) üzrə xidmətlər.
✅ lT və proqram təminatı üzrə xidmətlər.
Əlaqə üçün:
☎+994 55 341 55 10
☎+994 55 386 55 10
📬 [email protected]
Ətraflı məlumat üçün ⬇
🌍www.miit.az
https://www.facebook.com/miitconsulting/

Tehlukesiz melumat bazalari.
02/02/2020

Tehlukesiz melumat bazalari.

Malların təqdim olunması prosesində rəsmiləşdirmə.... Pərakəndə, topdansatış və həmçinin ictimai iaşə fəaliyyət sahələri...
19/01/2020

Malların təqdim olunması prosesində rəsmiləşdirmə....

Pərakəndə, topdansatış və həmçinin ictimai iaşə fəaliyyət sahələrinin gəlirləri və xərclərinin uçotunun aparılması “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir. Mövzunu maliyyə eksperti Şəms Hüseynova şərh edir.

Pərakəndə, topdansatış və həmçinin ictimai iaşə fəaliyyət sahələrinin gəlirləri və xərclərinin uçotunun aparılması “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” ilə tənzimlənir. Mövzunu maliyyə eksperti Şəms Hüseynova şərh edir.

“Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.1.1-ci maddəsində bildirilir ki, pərakəndə, topdansatış və həmçinin ictimai iaşə sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyatda olmayan vergi ödəyicilərindən aldıqda bu malların alınmasına aid Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tələb edilir və belə malların anbara təhvil verilməsi “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilir.
Qaydanın 3.1.2-ci bəndinə əsasən “Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri malları ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərindən aldıqda, bu malların alışına dair elektron qaimə-faktura ilə yanaşı, elektron vergi hesab-fakturanın da verilməsi tələb edilir və belə malların anbara verilməsi “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilir.
Qaydanın 3.2-ci bəndinə əsasən “Mallar vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, yalnız “Malların alış aktı” tərtib edilir. Bu cür malların anbara təhvil verilməsi üçün “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilməsi kifayyət edir.
Qaydaların 3.3-cü bəndində qeyd olunub ki, “Vergi ödəyicisi malları təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab şəxsin malları anbara təhvil verməsi yenə də “Malların təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
Qaydanın 3.4-cü bəndinə əsasən isə idxal mallarının anbara mədaxili alış dəyərini təsdiq edən sənəd və malların anbara təhvil verilməsi ilə bağlı tərtib olunan “Malların təhvil-qəbul aktı” ilə rəsmiləşdirilir.
Bundan əlavə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilmiş 30 iyun 2017-ci il tarixli Q-08 nömrəli qərar Malların təhvil-qəbul aktı” (Forma № MTQA-1) formasının 2-ci hissəsinin məzmunundan bəlli olur ki, bu blankdan həm alışda həm də satışda istifadə etmək olar.
Vergi Məcəlləsinin 58.8-ci maddəsinə görə vergi yoxlamaları zamanı Məcəllə ilə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin anbarında olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına gömrük bəyənnaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə həmin Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda maliyyə sanksiyaları müəyyən edilmişdir.
mənbə: vergilər.az

18/01/2020

FİBER OPTİK KABELİN QAYNAĞI, TEST OLUNMASI, FIBER OPTIK KABELDE YARANAN İSTƏNİLƏN NÖQSANIN ARADAN QALDIRILMASI ÜÇÜN BİZİMLƏ ELAQE SAXLAYIN. 055 386 55 10

18/01/2020

“Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunla ticarət və ictimai iaşə obyektlərində POS-terminalların istifadə qaydalarının təkmilləşdirilməsi ilə bağlı məcəllənin 58.7-ci maddəsinə əlavələr edilib. Yeniliyi şərh edən iqtisadçı ekspert Mahmud Abasquliyev bildirib ki, POS-terminalların quraşdırılmalı olduğu obyektlərdə onun olmamasına və ya nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə maliyyə sanksiyaları tətbiq ediləcək.

POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə qərarı ilə müəyyən edilib. Həmin qərara əsasən, aşağıdakı obyektlərdə POS-terminal quraşdırılmalıdır:

- dövriyyəsindən və ərazisindən asılı olmayaraq əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);
- dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);
- rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);
- hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq);
- vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq).

Vergi Məcəlləsinə dəyişikliklər 1 yanvar 2020-ci ildə qüvvəyə mindikdən sonra sadalanan obyektlərdə POS-terminalların quraşdırılması qaçılmaz olacaq. Əgər həmin şəxslər cavabdeh olduqları nağdsız ödənişlərin tətbiqi məqsədilə POS-terminal quraşdırmasalar, ödənişləri nağd şəkildə qəbul etsələr, o zaman maliyyə sanksiyası tətbiq oluna bilər. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə edilən dəyişikliklərə görə, ticarət və ictimai iaşə obyektlərində nəzarət-kassa aparatlarının quraşdırılmamasına görə tətbiq edilən maliyyə sanksiyaları POS-terminallar quraşdırmayan obyektlərə də şamil ediləcək. Təqvim ili ərzində birinci dəfə buna yol verdikdə min manat, ikinci dəfə 3 min manat, üçüncü və daha çox dəfə baş verdikdə isə 6 min manat maliyyə sanksiyası tətbiq ediləcək.

Yenilik nağdlaşdırmanın qismən azaldılması, nağdsız ödənişlərin həcminin artırılması məqsədi daşıyır. Artıq bu ildən adıçəkilən bütün obyektlərdə POS-terminallar quraşdırılacaq.
Onu da deyək ki, nağdsız ödənişlərin həcmi vergi ödənişlərində də nəzərə alınacaq. Bununla bağlı Vergi Məcəlləsinə 218-1.2-ci maddə əlavə edilib. Həmin maddəyə əasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.

Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

ƏDV ödəyiciləri üçün faydalı yeniliklərVergi Məcəlləsinin 166-cı maddəsində edilmiş dəyişiklikləri sərbəst auditor Altay...
16/01/2020

ƏDV ödəyiciləri üçün faydalı yeniliklər

Vergi Məcəlləsinin 166-cı maddəsində edilmiş dəyişiklikləri sərbəst auditor Altay Cəfərov şərh edib

Bu dəyişikliklərdə vergi ödəyiciləri üçün ən maraqlı məsələ keçid əməliyyatları, yəni əvvəlki illərdə olmuş, yarımçıq qalmış əməliyyatların 2020-ci ilə keçməsi və həmin əməliyyatlara görə ƏDV-nin tutulması, ƏDV-yə cəlb olunması vaxtının müəyyənləşdirilməsi ilə bağlıdır. İlkin olaraq 166-cı maddənin xüsusi tələblərinin nə olduğu barədə:

Sadə formada desək, ƏDV-yə cəlb olunan əməliyyatların vaxtı kassa metodu ilə, həmçinin avans daxilolmaları ilə nəzərə alınacaq;
5 gün müddəti ilə bağlı müddəa yoxdur;
30 gün ödəmə müddəti ilə bağlı aradan qaldırılıb;
malların, işlərin təqdim edilmə vaxtı kimi elektron qaimə-fakturanın təqdim edilməsi tarixi sayılır ;
barter əməliyyatlarına, borc münasibətləri əvəzində malların, işlərin və xidmətlərin təqdim edilməsinə xüsusi yanaşılmalıdır;
əvəzsiz təqdim edilmə üzrə əməliyyatların ƏDV-yə cəlb edilib-edilməməsi məsələsi üzrə əvvəldən qalmış mübahisəli məqamlar aradan qaldırılıb;
əsas məbləğin ödənilməməsi, amma ƏDV-nin ödənilməsi və ya əksinə, olan əməliyyatların ƏDV-yə cəlb olunması uyğunsuzluqları aradan qaldırılıb.
Misal 1: Tutaq ki, "AA" MMC ticarət fəaliyyəti ilə məşğuldur. 20 dekabr 2019-cu ildə 11.800 manatlıq mal satıb və bu tarixdə elektron qaimə-faktura, elektron vergi hesab-fakturası göndərib. Ödəmə 7 yanvar 2020-ci ildə həyata keçirilib.

Burada 11.800 manatlıq (ƏDV-siz 10.000 manat) vergiyə cəlb olunan əməliyyat 2020-ci ilin yanvar ayında nəzərə alınmalıdır. Belə ki, malların faktiki təhvil verilmə vaxtı 2019-cu ilin dekabrında olub və bu zaman 30 gün şərtini gözləməliyik. Həm 2019-cu ildə qüvvədə olan qaydalara (30 gün məsələsi), həm də 2020-ci ildəki qaydalara görə ödəmə aparılan vaxt vergiyə cəlb olunan tarix sayıldığından 7 yanvar 2020-ci il ödəmə tarixi 30 gündən az olduğundan 2020-ci ilin yanvarına aid ƏDV bəyannaməsində əks olunmalıdır.

Misal 2: Yenə də "AA" MMC 30 dekabr 2019-cu ildə 5.900 manat avans alıb və malları 4 yanvar 2020-ci ildə təqdim edib, elektron qaimə-fakturanı qarşı tərəfə yanvar 2020-ci ildə göndərib.

Bu halda 5.900 (ƏDV-siz 5.000 manat) vergiyə cəlb olunan əməliyyat kimi dekabr 2019-cu ildə əks olunmalıdır.

Misal 3: "AA" MMC 20 dekabr 2019-cu ildə 23.600 manatlıq malları satıb və bu tarixdə e-qaimə, e-VHF göndərib. Ödəmə 24 yanvar 2020-ci ildə həyata keçirilib.

Bu halda 23.600 manat (ƏDV-siz 20.000 manat) dövriyyə kimi 2019-cu ilin dekabr ayına aid bəyannamədə yazılmalıdır. Belə ki, əməliyyat dekabrda həyata keçirildiyindən e-qaimə, e-VHF verildiyindən 30 gün şərti aktuallaşır. Ödəmə də 30 gündən sonra daxil olduğundan vergi tutulan vaxt 20 dekabr 2019-cu il olacaq və 2019-cu ilin dekabr ayına aid ƏDV bəyannaməsində göstərilməlidir. Yeni dəyişikliyə görə ödəmə tarixi vergi tutulan tarix sayılmalıdır. Ödəmə vaxtı (kassa metodu) ilə bağlı bu tələb 2020-ci ildə təqdim edilən mallara görə tətbiq olunacaq. 2019-cu ildə təqdim edilən mallara görə isə əvvəlki qaydaları tətbiq etmək lazımdır.

Misal 4: "AA" MMC 20 dekabr 2019-cu ildə 17.700 manatlıq mal satıb və bu tarixdə malların təhvil-təslim aktı verilib. Ödəniş 24 yanvar 2020-ci ildə həyata keçirilib, elektron qaimə-faktira isə 30 yanvar 2020-ci ildə göndərib.

Belə hallarda 17.700 manat (ƏDV-siz 15.000 manat) dövriyyə kimi 2019-cu ilin dekabr bəyannaməsində yazılmalıdır. Belə ki, əməliyyat bu ilin dekabrında həyata keçirilib, e-qaimə, e-VHF verilib. Ancaq faktiki malların təqdim edilməsi sənədi və tarixi olduğundan 30 gün şərti aktuallaşır. Ödəmə də 30 gündən sonra daxil olduğundan vergi tutulan vaxt 20 dekabr 2019-cu il olacaq və bu, 2019-cu ilin bəyannaməsində göstərilməlidir. Yəni 5 gün müddətində e-VHF verilmirsə və 30 gün müddətində ödəmə aparılmırsa, vergitutulma vaxtı malların təhvil-təslim aktında olan tarix sayılır. Odur ki, bu, dekabr ayına aid bəyannamədə yazılmalıdır.

Vergi ödəyicilərində belə əməliyyatlara, hətta başqa keçid dövrünə aid olan qarışıq əməliyyatlara rast gəlindiyini üçün bu məsələlərdə diqqətli olmaq tövsiyə edilir.
mənbə:vergiler.az

Sosial-iqtisadi onlayn qəzet

Adresse

Nizami Küç
Baku

Téléphone

+994553415510

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Miit Consulting publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à Miit Consulting:

Raccourcis

Partager