Liva şirkəti sürətli istehsal və təslimat üçün müasir maşınlara, avadanlıqlara malikdir. Uzun illərin təcrübəsi nəticəsində məhsul seçimində ən kiçik məqamı belə diqqətdən kənar qoymadan müştərilərinə ən yaxşısını təqdim etməyə çalışır. Sərgilədiyi müxtəlif çeşidli məhsul zənginliyi ilə rahatca seçim imkanı yaradarkən, bu çeşidləri də tez-tez nəzərdən keçirərək fərqli və dövrün ehtiyaclarına, tələblərinə uyğun, eyni zamanda, hər bir şirkətin xidmət seqmentinə fərdi şəkildə yanaşaraq məhsul müxtəlifliyini yeniləyir. Yarandığı gündən etibarən müştəri məmnuniyyətini əsas hədəf olaraq təyin edən və bu yöndə marketinq siyasətlərini təşkil edən Liva Reklam- Promosyon və Çap profilli şirkət olaraq qısa zaman içərisində bu istiqamətdə atmış olduğu addımların qarşılığını alaraq sektorun öndə gedən firmalarından biri olmuşdur.
Üzərinə götürmüş olduğu missiyanı dərk edərək müştərilərin ehtiyaclarına yüksək keyfiyyət və uyğun qiymət siyasəti ilə yanaşı, satış öncəsi və sonrasında vermiş olduğu xidmətlərlə, çalışmış olduğu firmaların, müştərilərin reklam-promosyon və basqı mövzusunda həll ortağı olmağı davam etdirməkdədir. Bununla yanaşı, firmaların təqdimatı mövzusunda əhəmiyyətli bir mövqeyə sahib reklam məhsulları ilə daha doğru şirkət profili yaradılması və tanınması baxımından alternativ məhsulların təqdim edilməsi və doğru zamanlama ilə müştərilərin reklam məsləhətçisi olmuşdur. Bu gün xidmət və keyfiyyətə önəm verən qabaqcıl şirkətlər reklam ehtiyaclarını qarşılmaq üçün bizi seçirlər. Sektorda təcrübəmizin bizə təmin etdiyi imkanlar sayəsində dəftər, qələm, təqvim, saat və s. kimi yüzlərlə promosyon məhsulunu, eyni zamanda istehsal –çap və ən müasir avadanlıqlarda fərqli basqı növlərini rəqabətli qiymətlər və professional xidmət anlayışı ilə müştərilərimizə təqdim edirik. Reklam sahəsindəki məhsulların böyük bir qismi xaricdən - Asiya və Avropa ölkələrindən idxal edilən məhsullardan ibarətdir. Lakin məhsulların müəyyən hissəsi tərəfimizdən istehsal edilir. Davamlı müvəffəqiyyət üçün daimi və qalıcı dəyərlər formalaşdıran, ölkəmizdə və beynəlxalq arenada möhtərəmliyi ilə tanınan “sektorunda lider olmaq” anlayışı gələcəyə baxırıq. Böyük hədəflərlə çıxdığımız bu yolda təhsilli, gənc, dinamik, kreativ komandamızla sizləri şirkətimizdə qəbul etməkdən məmnunluq duyuruq. Bu səbəblə, “mükəmməllik” axtarışı səyimiz heç bitməyəcək. Öz üslubunuzu yaratmaqda bizə güvənin. Bu yolda əməkləri, fikirləri və varlıqları ilə bizimlə olan və bizi seçən hər kəsə təşəkkür edirik. Böyük layihələrə birgə imza atmaq diləyi ilə...
LIVA PROMOTION PRINTING & PACKAGING COMPANY Rizvan İsgəndərli.