30/01/2019
!!! Almaniyada yaşayan Azərbaycanlı tələbələrin və qeyri-tələbələrin nəzərinə !!!
A G H A Y E V
translation ∙ education ∙ consulting
şirkətinə alman və Azərbaycan dillərində sərbəst danışa bilən və uzun müddətli əməkdaşlıqda marağı olan tərcüməçilər lazımdır. Hal-hazırda Bavariyanın München, Deggendorf, Regensburg, Passau şəhərlərində yaşayan tərcüməçilərə ehtiyac vardır.
Əsas şərtlər:
- Almaniyada ən azı 1-2 il yaşamalı,
- alman dili səviyyəsi ən azı C1 olmalı (TestDaF 4x4, telc Hochschule C1, DSH-2, DSH-3 və s.),
- işinə məsuliyyətli yanaşmalı, etibarlı olmalıdır.
Tərcümələr Almaniyanın Miqrasiya və Qaçqınların işi üzrə idarəsində (BAMF) daha çox şifahi olacaq. Tərcüməçinin yaşadığı yerdən tərcümə olunacaq yerə qədər olan məsafənin məbləği də ödəniləcək.
Maraqlananlar mənə email ilə ([email protected]) bu məlumatları və sənədləri göndərə bilərlər:
- xarici pasportun fotoşəkil olan 1-ci səhifəsi,
- Almaniyada yaşamaq hüququ haqqında sənədin (Aufenthaltstitel) surəti,
- Almaniyada əmək fəaliyyətinə icazənin surəti,
- Almaniyadakı ünvanı, telefon və email ünvanı,
- tərcümeyi-halı
Hörmətlə
Mərdan Ağayev
Boxum şəhəri / Almaniya
E-Mail: [email protected]