Ideovate Consulting

  • Home
  • Ideovate Consulting
Directions Website Contact the business

Ideovate Consulting İDEOVATE CONSULTING MMC

06/01/2023

İdeovate Consulting şirkətinin hüquqşünası Mədinə Abbaszadə xarici hüquqi şəxslərin Azərbaycanda fəaliyyəti haqqında qısa məlumat verəcək. Xoş izləmələr sizə😊

İdeovate Consulting şirkətinin mühasibatlıq, hüquq, kadr xidmətləri və s. digər sahələr üzrə xidmətlərindən yararlanmaq istəyən sahibkarlar, fiziki şəxslər bizə müraiət edərək biznesinizin şəffaf və düzgün idarə olunmasına nail ola bilərsiniz!

08/12/2022

İdeovate Consulting MMC hər zaman əməkdaşlarının daha asan və müasir proqramlarla çalışmasını, problemlərin və proseslərin qısa müddətdə tamamlaması üçün mütəmadi olaraq təlimlər təşkil edir.
Elə bu məqsədlə də bu dəfə Power BI təlimi keçirildi. Bu təlimdə iştirak edən komandamızın üzvləri interaktiv və dinamik qrafiklərin qısa müddətdə hazırlanması, qrafiklərin asan şəkildə paylaşılması, datanın avtomatik yenilənməsi, hesabatlılığın vizuallar ilə təsviri haqqında biliklərini möhkəmləndirdilər.😊
Təlimdən olan qısa video çarxı sizə təqdim edirik.

01/12/2022

Hər hansı biznesin fəaliyyətə başlamasından əvvəl vergi ödəyicisinin obyekti qeydiyyata alınmalıdır. Bu barədə ətraflı məlumatı mühasib Nuridə Mərəzadə paylaşır🙂

Ideovate Consulting şirkətinin mühasibatlıq, kadr və s. digər sahələr üzrə xidmətlərindən yararlanmaq istəyən sahibkarlar, fiziki şəxslər bizə müraciət edərək bizneslərinin şəffaf və düzgün idarə olunmasına nail ola bilərlər💰👍🏻

Ən çox verilən sualları və cavabları ilə qarşınızdayıq .☺Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq...
30/11/2022

Ən çox verilən sualları və cavabları ilə qarşınızdayıq .☺
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Buna əsasən müəssisənin sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirləri ilə bağlı olan xarici ölkədə yanacaq, ödənişli yollardan istifadə haqqı kimi xərcləri həmin ölkənin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş müvafiq sənədlərlə təsdiq edildiyi halda belə xərclər müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir. Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 108-ci maddəsi ilə tənzimlənir.
Sizi maraqlandıran sualları şərhlərdə bizimlə paylaşın ki, onları cavablandıraraq birlikdə daha çox izləyicinin maariflənməsinə vasitəçi olaq 💙

Ən çox verilən sualları və cavabları ilə qarşınızdayıq:☺ Bildiririk ki, istehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiy...
16/11/2022

Ən çox verilən sualları və cavabları ilə qarşınızdayıq:☺

Bildiririk ki, istehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmadığı, onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, kassa qəbzi və ya mal ilə birlikdə verilmiş digər sənədləri saxlanıldığı təqdirdə dəyişdirilə bilər.
Həmçinin, Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və bu sadalananlarda qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə rəsmi qaydada Dövlət Vergi Xidmətinə, istehlakçı hüquqlarınızın pozulması ilə bağlı isə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

Sizi maraqlandıran sualları şərhlərdə bizimlə paylaşın ki, onları cavablandıraraq birlikdə daha çox izləyicinin maariflənməsinə vasitəçi olaq.💙

8 noyabr Zəfər Günümüz mübarək olsun. 🇦🇿🇦🇿🇦🇿
08/11/2022

8 noyabr Zəfər Günümüz mübarək olsun. 🇦🇿🇦🇿🇦🇿

03/11/2022

İdeovate Consulting şirkətinin mühasibi Leyla Novruzova xaricə köçürmələr haqqında qısa məlumat verəcək. Xoş izləmələr sizə😊

İdeovate Consulting şirkətinin mühasibatlıq xidmətləri, kadr xidmətləri və s. digər sahələr üzrə xidmətlərindən yararlanmaq istəyən sahibkarlar, fiziki şəxslər bizə müraiət edərək biznesinizin şəffaf və düzgün idarə olunmasına nail ola bilərsiniz!

26/10/2022

Əməkdaşlıq etdiyimiz şirkətlərdən biri də Absheron Group Production-dır. Absheron Group komandası 2020-ci ilin fevral ayında Balaxanı, Ramana, Əmircan kimi qədim qəsəbələrin inkişafını işıqlandırmaqla fəaliyyətə başlamışlar. Peşəkar komanda tədbirlər, verilişlər, məlumatlandırıcı bloqları lentə alaraq insanların rəğbətini qazanmış və özlərini doğrultmuşdur. Tərəfdaşımızla ortaq məqsədimiz, birlikdə qədim tarixə malik olan məkanları gənc nəsilə təqdim edərək sevdirmək, beləliklə də ölkəmizin inkişafına müsbət töhfə verməkdir🇦🇿❤️
Absheron Group

Address


Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Ideovate Consulting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ideovate Consulting:

Shortcuts

  • Want your business to be the top-listed business?

Share