Adver Naming

Call Directions Website Contact the business

Adver Naming Our mission is to create names and branding. Experience of successful work for more than 25 years.

Yeni-yeni paylaşımlar olacaq
20/05/2026

Yeni-yeni paylaşımlar olacaq

Uzun zamandı bu səhigəmdən kənarda qalmışdım!Qayıtdım!
20/05/2026

Uzun zamandı bu səhigəmdən kənarda qalmışdım!
Qayıtdım!

Sevimli səhifəmə dönüş yeni kitabın işıq üzü görməsinə təsadüf edir.
18/04/2026

Sevimli səhifəmə dönüş yeni kitabın işıq üzü görməsinə təsadüf edir.

PAYIZ - SÜKUT PAYIMIZ...Günlər də çiçək kimidir.Tez açılır. Tez də sola bilir.Ətirini və təravətini gün ərzində saxlaya ...
28/09/2024

PAYIZ - SÜKUT PAYIMIZ...
Günlər də çiçək kimidir.
Tez açılır.
Tez də sola bilir.
Ətirini və təravətini gün ərzində saxlaya bilir.
Və əksinə.
Amma günlərin gözəlliyi elə onların fərqliliyindədi.
Yaşanması önəmlidir.

PAYIZ - BİZİM SÜKUT PAYIMIZ...Özünüzün - özünüz, başqlarının - başqaları olmasına imkan verin.Axı zaman fasiləsiz axır. ...
26/09/2024

PAYIZ - BİZİM SÜKUT PAYIMIZ...
Özünüzün - özünüz, başqlarının - başqaları olmasına imkan verin.
Axı zaman fasiləsiz axır.
Çay kimi.
Onu çay kimi qollara ayırmaq olar.
Amma çay bu qolları ilə də çay olaraq qalacaq...

YAŞAMAQİYA - DƏYƏR VERƏNLƏRƏ DƏYƏR VERMƏKDİR...Ömrümün yeddinici onilliyinin zirvəsində mənə xoş arzularını yetirən və b...
03/07/2024

YAŞAMAQİYA - DƏYƏR VERƏNLƏRƏ DƏYƏR VERMƏKDİR...
Ömrümün yeddinici onilliyinin zirvəsində mənə xoş arzularını yetirən və belə imkanı olmayan, bu kiçik ildönümündən belə xəbəri olmyan, yolda - səfərdə olub unudan hər kəsə var olun deyirəm.
İnsanlar bir-biriylə enerji bağlantısı telləri ilə xoş anları və acıları paylaşırlar. Hər ikisi həyat təcəssümüdür. Ömrünüz boyu bir sadə insan olaraq bir dəfə məni xatırlasanız belə bəxtəvərliyimə yetərlidir.
Bu çətin zamanda insanların qayğılarının başdan aşdığını görüb insanlardan diqqət umanda bir az səbirli və anlaşıqlı olaq.

Ömür yolu-sabahlara açılan yoldu,
Əlimi üfüqə toxundurum kaş...
Yeni onilliyə mən süvar oldum,
Gedim xoş məramla mən yavaş-yavaş...

YAŞAMAQİYA – ŞÜKÜR BƏXTƏVƏRLİYİDİ...Dua edirəm hər gün,Əmin-amanlıq olsun.Bir qismət - çörək üçünQəlbim şükürlə dolsun.Ç...
01/07/2024

YAŞAMAQİYA – ŞÜKÜR BƏXTƏVƏRLİYİDİ...
Dua edirəm hər gün,
Əmin-amanlıq olsun.
Bir qismət - çörək üçün
Qəlbim şükürlə dolsun.

Çox gəzib dolanmışam,
Yora-yora günləri...
Gecədə mən nurlu şam,
Ulduzları dinlərəm...

Nəfəs verib-alıram,
Doğum günümüdü hər gün.
Nə olsun qocalıram,
Şükür - yaşanan üçün...

Görüləcək işim var-
Ümid səsləyir məni.
Əlim üfüqə çatar-
Kaş özümə güvənim.

YAŞAMAQİYA - GÖRÜŞLƏRİN VƏ  AYRILIQLARIN YARIŞMASIDIR...Axşam düşür.Sevənlər axşam sərinində Ağac dibində,Dəniz sahilind...
19/06/2024

YAŞAMAQİYA - GÖRÜŞLƏRİN VƏ AYRILIQLARIN YARIŞMASIDIR...
Axşam düşür.
Sevənlər axşam sərinində
Ağac dibində,
Dəniz sahilində,
Daha nə bilim harda görüşür…
Axşam düşür.
Bir qızcığaz saçında mey darayı,
Dodağında aləmi başına götürən sükut harayı,
Ayağı köpüklənən sularda,
Aysaçlı dəniz sahilində
Yamanca tələsir.
Bilir ki, gözləyirəm…
Çünki axşam düşür…
t.m.

YAŞAMAQİYA - Zamanın dönməzliyi, işığın əbədiyyətidi...Gün batır...Bu sözbirləşməsi, diqqət vermişəm, demək olar ki, büt...
15/06/2024

YAŞAMAQİYA - Zamanın dönməzliyi, işığın əbədiyyətidi...
Gün batır...Bu sözbirləşməsi, diqqət vermişəm, demək olar ki, bütün aparıcı dillərdə var...
Amma Gün batırmı...Əsla!!!!!
Yer özü fırlaaaaaaaaaaaaaaaaaaaaannnnnnnnnnnnır...!!!!

YAŞAMAQİYA - ZAMANIN SÜRƏTİNİ VƏ LƏNGLİYİNİ  EYNİ ANDA YAŞAMAQDI...Həyat - təqvimdə sıralanan illərin sadəcə toplusu dey...
07/06/2024

YAŞAMAQİYA - ZAMANIN SÜRƏTİNİ VƏ LƏNGLİYİNİ EYNİ ANDA YAŞAMAQDI...
Həyat - təqvimdə sıralanan illərin sadəcə toplusu deyilmiş.
Həyat - yaşanan anların, günlərin qırılmaz qızıl zənciridir...
Həyat - yaşadıqlarınla kifayətlənməyib yaşayacaqlarını düşünməyin nikbin niyyət axınıdı...
Bəzi deyimlərsə, uçurur zəkanı, ziyanı, duyanı...
Səmalarsa çox dərindi...
Sevilən axar
Sevilərək axar...

Address


Alerts

Be the first to know and let us send you an email when Adver Naming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Adver Naming:

Shortcuts

  • Want your business to be the top-listed business?

Share