IKMA

IKMA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IKMA, Business service, AGA Center Xocalı pr. 55, Baku.

İKMA olaraq, “Abşeron yarımadası və xaricində Peşə təhsili” nəşrinin, Sənaye və İnnovasiyalar üzrə Bakı dövlət Peşə təhs...
30/06/2021

İKMA olaraq, “Abşeron yarımadası və xaricində Peşə təhsili” nəşrinin, Sənaye və İnnovasiyalar üzrə Bakı dövlət Peşə təhsil Mərkəzində, AHK- Azərbaycan- Almaniya Ticarət palatası, Almaniyanın və Cənubi Koreyanın Səfirlərinin iştirakı ilə, 29 İyun-da baş tutan təqdimat mərasimində iştirak etməkdən məmnunuq və bu təhsil mərkəzi ilə bir il öncə imzaladığımız Əməkdaşlıq Memorandumun hər iki tərəfə faydalı olacağına ümid edirik.

15/06/2021

Əvvəllər yaşayış binalarında tamamilə normal olan davranışlar – lift düyməsinə basmaq, dəhlizdəki qonşularla danışmaq, əl sıxmaq – pandemiyadan sonra artıq riskli hərəkətlər hesab olunmağa başlayıb. Yeni həyat şərtləri həyatımıza və davranışlarımıza çox təsir edir.
Bu videoda sağlamlığımızın qayğısına qalmağımız üçün bəzi tövsiyələr qeyd olunub.

20/03/2021

Eskalatordan istifadə zamanı sadə qaydalara əməl etmək təhlükəsiz şəkildə mənzil başına çatmanı təmin edəcəkdir

16/03/2021

Lifti çağırmaq üçün artıq liftin düymələrinə toxunmağınıza ehtiyac yoxdur. Smartfonunuzu istifadə edərək lifti çağıra və hansı mərtəbəyə qalxdığınızı və ya endiyinizi bildirə bilərsiniz.

Sağlamlıq və rifah həlləri daha etibarlı, daha təhlükəsiz istifadəçi təcrübəsinə və insan axınına yol açır.

11/03/2021

Musiqi insanların həyatında çox önəmli rol oynayır. O, əhvalımızı təyin edə və ətrafda baş verənlərə verdiyimiz reaksiyalarımızı müsbətə doğru dəyişə bilər.

Artıq musiqi KONE ilə səyahətlərin bir hissəsidir. Lift musiqisi geri dönüş edir. Soundtrack Your Brand sayəsində liftlər artıq əvvəlki kimi səssiz deyil. Artıq monoton gözləmə yoxdur. Artıq qulaqbatıran sakitlik yoxdur. İcazə verin musiqi danışsın.

Ən böyük və ən dinamik musiqi platformasına giriş əldə edin. Xüsusi ehtiyaclarınız üçün dizayn edilmiş milyonlarla lisenziyalı musiqi. Uyğun mühiti liftdəcə yaradın.

Müştərilərinizə alış-veriş ab-havasını hiss elətdirin. Liftlə səyahəti yaddaqalan və əyləncəli hala gətirin. Müştərilərinizin daha artığı üçün təkrar geri gəlmələrini təmin edin. Biznesiniz nə olursa olsun, musiqi onu yüksəldə bilər.

06/03/2021

Texnologiya binalardan daha sürətli inkişaf etdikcə, inkişafı və dəyişikliyi məmnuniyyətlə qarşılayan bir açıq platforma istifadə edirik.

Yeni ilftlərimiz yerli bağlantı və API ilə təchiz olunmuşdur. Bunlar maşınların və tətbiqetmələrin bir-biri ilə əlaqə qurmasını təmin edən interfeyslərdir. API liftə əmrlər verməyi təmin edir və lift hər hansı cihazlar uzaqdan əlaqə qura bilir. Məsələn, lift çağırma API-sinə sahib bir tətbiq vasitəsilə istifadəçilərin lift çağırmasına icazə verə bilərsiniz.

API-lər liftləri daha geniş bina ekosisteminə və API dəstəkləyən hər hansı məhsula inteqrasiya etməyi mümkün edir.

02/03/2021

KONE U-MonoSpace və U-MiniSpace liftlər orta klasslı binaların, yaşayış, ticarət, kommersiya, otel və istənilən tipli tikililərin ehtiyaclarını qarşılamaq, şəhərləri yaşamaq üçün daha əlverişli yerlərə çevirmək üçün dizayn edilmişdir.

İnnovativ və futuristik texnologiyalar sayəsində lift həlləri daha axıcı və daha güclü performans, daha isti interfeyslər, ağıllı əməliyyatlar, təhlükəsiz və rahat səyahət və daha estetik görüntü təklif edir.

Liftə daxil olan hər kəsə zəngin özəlliklərə sahib bir təcrübə təklif edən KONE U-MonoSpace və U-MiniSpace onlarda qalıcı bir təəssürat yaradır.

26/02/2021

Pandemiya dövründə xüsusilə lift kimi qapalı məkanlarda hava təmizliyinin önəmi daha da qabarıq özünü göstərdi.

KONE AirPurifier sistemi lift daxilində təmiz və fərahladıcı havanı təmin edir. Hava təmizləmə prosesi PCO (photocatalytic oxygen) texnologiyasına əsaslanır. PCO texnologiyası havadakı çirkliliyi aradan qaldırır.

Liftin kabinəsindən gələn hava fan vasitəsilə təmizləyiciyə ötürülür. İlk mərhələdə hava tozu və daha böyük parçacıqları özündə saxlayan poliester filtrdən keçir. Ardınca fan havanı katalizator vasitəsilə itələyir. Katalizatorun içərisində ultrabənövşəyi işıq ilə fotokatalizin reaksiyası nəticəsində oksidantlar yaranır. Bu isə öz növbəsində qoxuların, havadakı çirkləndiricilərin, dumanın, bakteriyaların, VOC-ların (kimyəvi qoxuların) azalmasını təmin edir.

Hava təmizləyici liftin dam konstruksiyasının içərisində yerləşdiyindən istifadəçilərin görməsi mümkün deyildir.

22/02/2021

Liftdən düzgün istifadə mənzil başına təhlükəsiz və rahat çatmanızı təmin edir. Zədələrin qarşısını almaq üçün bu sadə qaydalara əməl etməyə çalışın.

16/02/2021

Göz oxşayan rənglər, dinamik səs və ecazkar dizaynı özündə cəm edən KONE liftləri ilə yaşayış məkanınız və ya ofis binalarınız üçün ən incə detalları düşünərək heyrətamiz bir səyahət yaşamaq istəyərdinizmi? Ətraflı:

Birlikdə gələcəyi proqnozlaşdırmaqla yanaşı, ona hazırlaşa bilərik. KONE rəqəmsal platforması və API sayəsində liftlərim...
05/02/2021

Birlikdə gələcəyi proqnozlaşdırmaqla yanaşı, ona hazırlaşa bilərik. KONE rəqəmsal platforması və API sayəsində liftlərimizi demək olar ki, hər şeylə birləşdirə bilərik. Bu əlaqə onları təsəvvürümüzün sərhədsiz imkanlarına açıq edir.
Həmçinin bunun sayəsində KONE DX Class liftləri yeni texnologiyanın tempinə uyğunlaşa bilir.

29/01/2021

KONE DX Sınaqları haqqında daha çox məlumat əldə edin və liftə qoşulacaq avadanlıqlara dair öz fikirlərinizi təqdim edin https://lnkd.in/dC-DP5Y

Address

AGA Center Xocalı Pr. 55
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when IKMA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to IKMA:

Share