02/10/2026
22 il: Minlərlə iş günü. Milyonlarla informasiya. Bir məqsəd — müştərilərimiz üçün dəyər yaratmaq.
1 oktyabr 2004-cü ildə başladığımız yolun bu gün 22 ili tamam oldu.
Bu müddət ərzində media dəyişdi, informasiya mənbələri çoxaldı, sosial media həyatımızın ayrılmaz hissəsinə çevrildi, texnologiyalar isə iş prinsiplərini kökündən yenilədi.
Media Consulting and Services də bu dəyişikliklərlə birlikdə inkişaf etdi.
Media monitorinqindən analitik təhlilə, ictimaiyyətlə əlaqələrdən marketinq və SMM-ə, biznes mühitinin monitorinqindən müasir texnologiyaların tətbiqinə qədər xidmətlərimizi daim inkişaf etdirdik. 22 il ərzində qazandığımız ən böyük dəyər isə təcrübə və etimaddır.
Bu illər ərzində bizimlə çalışan bütün müştərilərimizə, tərəfdaşlarımıza təşəkkür edirik.
22 yaşımız mübarək! 22 ildir informasiyadan dəyər yaradırıq. Hörmətlə: Media Consulting and Services komandası
https://mcs.az/
[email protected]
+994 10 1001095
+994 51 4203141