26/10/2026
Gündəlik işlərin çoxluğu arasında əsas hədəflərə fokuslanmaq, tapşırıqları düzgün sıralamaq və vaxtə səmərəli idarə etmək effektiv işin vacib komponentlərindəndir.
"GDG Professionals" olaraq, "PASHA Technology" əməkdaşları üçün təşkil etdiyimiz “Vaxtın və tapşırıqların təşkili və idarə olunması” təlimində məhz bu yanaşmalar üzərində dayandıq.
Təlim zamanı aşağıdakı istiqamətlərə fokuslandıq:
Vaxtın səmərəli idarə olunması və planlaşdırılması;
- Tapşırıqların prioritetləşdirilməsi;
- İş yükünün düzgün bölüşdürülməsi və təşkil edilməsi;
- Məhsuldarlığın artırılması və diqqətin əsas hədəflərə yönəldilməsi;
- Gündəlik iş proseslərində daha sistemli yanaşmanın formalaşdırılması/
Effektiv idarəetmə daha çox iş görməkdən deyil, doğru işi doğru zamanda görməkdən başlayır.