Hesabat MMC

Directions Website

Hesabat MMC Müştərilərimizin məmnuniyyəti və güvəni bizim uğur mənbəyimizdir
(1)

📌 Sabit vergi ödəyiciləri üçün vacib məlumat!Fəaliyyətini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında...
21/10/2026

📌 Sabit vergi ödəyiciləri üçün vacib məlumat!
Fəaliyyətini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əsasında həyata keçirən fiziki şəxslər həmin fəaliyyət üzrə vergi orqanına bəyannamə təqdim etmirlər.
💼 Bir neçə fəaliyyət növü ilə məşğul olursunuz?
Qanunvericilikdə nəzərdə tutulan fəaliyyət növlərindən bir neçəsini həyata keçirən fiziki şəxslər hər bir fəaliyyət növü üçün ayrıca sabit vergi qəbzi almalıdırlar.
✅ Bəyannamə təqdim etmək öhdəliyinin olub-olmadığını dəqiqləşdirin.
✅ Hər fəaliyyət növü üzrə müvafiq qəbzi əldə edin.
✅ Vergi öhdəliklərinizi qanunvericiliyə uyğun yerinə yetirin.
📍 Unutmayın: Düzgün vergi uçotu gələcəkdə yarana biləcək risklərin qarşısını almağa kömək edir.
Mühasibatlıq

📢 Açıq məkanda reklam yerləşdirirsiniz? İcazə almağı unutmayın!Obyektinizin qarşısında reklam lövhəsi, banner və ya digə...
21/10/2026

📢 Açıq məkanda reklam yerləşdirirsiniz? İcazə almağı unutmayın!
Obyektinizin qarşısında reklam lövhəsi, banner və ya digər reklam vasitələri yerləşdirməyi planlaşdırırsınızsa, qanunvericiliyin tələblərinə əməl etməyiniz vacibdir.
📌 İcazə necə alınır?
✅ Dövlət Reklam Agentliyinə müvafiq müraciət təqdim edilir.
✅ Müraciətə baxıldıqdan sonra dövlət rüsumunun ödənilməsi barədə bildiriş və yayım haqqı üzrə hesab-faktura təqdim olunur.
✅ Dövlət rüsumu ödənildikdən sonra reklamın yerləşdirilməsinə dair icazə formalaşır.
🗓️ İcazə tələb olunan müddətə, lakin 3 ildən çox olmayaraq verilir.
⚠️ İcazəsiz və ya qanunvericiliyin tələblərinə uyğun olmayan reklamın yerləşdirilməsinə görə cərimələr:
▪️ Fiziki şəxslər: 300–500 AZN
▪️ Vəzifəli şəxslər: 1.500–2.500 AZN
▪️ Hüquqi şəxslər: 5.000–10.000 AZN
💡 Reklam yerləşdirməzdən əvvəl müvafiq icazə tələblərini dəqiqləşdirin və mümkün maliyyə risklərinin qarşısını alın.
VergiMəlumatları

📲 ASAN İMZA-nı ilk dəfə necə əldə etmək olar?ASAN İMZA xidmətindən istifadə etmək üçün aşağıdakı mərhələləri izləyin:✅ 1...
21/10/2026

📲 ASAN İMZA-nı ilk dəfə necə əldə etmək olar?
ASAN İMZA xidmətindən istifadə etmək üçün aşağıdakı mərhələləri izləyin:
✅ 1. SIM/eSIM kartını əldə edin
Şəxsiyyət vəsiqənizlə mobil operatorunuzun (Azercell, Bakcell və ya Nar) Müştəri Xidmətləri Mərkəzinə müraciət edərək ASAN İMZA SIM/eSIM kartını əldə edin və xidməti aktivləşdirin.
✅ 2. Sertifikatlarınızı aktivləşdirin
Növbəti mərhələdə ASAN Sertifikat Xidmətləri Mərkəzinə müraciət edərək ASAN İMZA sertifikatlarınızı aktivləşdirin.
🎯 ASAN İMZA ilə elektron xidmətlərdən rahat və təhlükəsiz istifadə edin!
Vergi

VERGİ ORQANI HANSI HALLARDA BÜDCƏYƏ ALINMA SƏRƏNCAMI GÖNDƏRİR?Vergi borcu yarandıqda vergi orqanı bank hesabına dondurul...
05/10/2026

VERGİ ORQANI HANSI HALLARDA BÜDCƏYƏ ALINMA SƏRƏNCAMI GÖNDƏRİR?

Vergi borcu yarandıqda vergi orqanı bank hesabına dondurulma və ya büdcəyə alınma sərəncamı göndərə bilər.

🔹 Dondurulma sərəncamı – vəsait hesabda bloklanır, büdcəyə köçürülmür.
🔹 Büdcəyə alınma sərəncamı – borc məbləği hesabdan birbaşa dövlət büdcəsinə tutulur.

📌 Büdcəyə alınma əsasən bu hallarda tətbiq edilir:

1. Vergi ödəyicisi müəyyən edilmiş müddətdə şikayət etmədikdə
Hesablanmış vergi, faiz və maliyyə sanksiyası ilə bağlı qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verilmədikdə, borcun tutulması proseduruna keçilə bilər.

2. Məhkəmənin və ya səlahiyyətli orqanın qərarı olduqda
Qərara əsasən vergi borcunun bank hesabındakı vəsait hesabına tutulması həyata keçirilə bilər.

3. Vergi ödəyicisinin yazılı razılığı olduqda
Vergi ödəyicisi dondurulmuş vəsaitin büdcəyə köçürülməsinə yazılı razılıq verərsə, dondurulma sərəncamı büdcəyə alınma sərəncamı ilə əvəz edilə bilər.

📖 Əsas: Vergi Məcəlləsinin 65.2.1.2, 65.2.1.3 və 65.2.1.4-cü maddələri.

📢 AVANS ÖDƏNİŞİ NƏDİR VƏ VERGİLƏR NECƏ HESABLANIR?Avans ödənişi hələ təqdim edilməmiş mal, iş və ya xidmətə görə əvvəlcə...
01/10/2026

📢 AVANS ÖDƏNİŞİ NƏDİR VƏ VERGİLƏR NECƏ HESABLANIR?

Avans ödənişi hələ təqdim edilməmiş mal, iş və ya xidmətə görə əvvəlcədən edilən ödənişdir.

❗ Vacib: Avans qaiməsi təqdim etmə qaiməsi deyil. 2026-cı ildən qüvvədə olan qaydaya əsasən, avans qaiməsi ödəniş qəbul edilməzdən əvvəl təqdim edilməlidir.

📌 Sadə dillə:
Əvvəl avans qaiməsi, sonra ödəniş.

1️⃣ SADƏLƏŞDİRİLMİŞ VERGİ

Avansın qəbul edilməsi özlüyündə sadələşdirilmiş vergi öhdəliyi yaratmır. Vergi mal, iş və ya xidmətin təqdim edildiyi dövrdə hesablanır.

Misal:
Mart ayında 3 000 AZN avans qəbul edilib, lakin malın təqdim edilməsi aprel ayında rəsmiləşdirilib.

Bu halda 3 000 AZN aprel ayının sadələşdirilmiş vergisi hesablanarkən nəzərə alınır.

📖 Vergi Məcəlləsi: 219.1-ci maddə

2️⃣ MƏNFƏƏT VƏ GƏLİR VERGİSİ

Avansın alınması avtomatik olaraq həmin məbləğin gəlir hesab edilməsi demək deyil. Gəlirin tanınması malın, işin və ya xidmətin təqdim edilməsi ilə bağlıdır.

Misal:
2025-ci ilin dekabrında 5 000 AZN avans qəbul edilib, mal isə 2026-cı ildə təqdim olunub.

Bu halda məbləğ 2026-cı ilin gəliri kimi nəzərə alınır.

📖 Vergi Məcəlləsi: 104.1 və 13.2.12-ci maddələr

3️⃣ ƏDV NECƏ HESABLANIR?

ƏDV üzrə qayda fərqlidir. Avans ödənişi qəbul edildiyi ayda ƏDV öhdəliyi yaranır.

Misal:
Mart ayında 3 000 AZN avans qəbul edilibsə, həmin məbləğ üzrə ƏDV mart ayının bəyannaməsində əks etdirilir.

📖 Vergi Məcəlləsi: 166.1-ci maddə

4️⃣ AVANS ÜZRƏ ƏDV ƏVƏZLƏŞDİRİLƏ BİLƏRMİ?

Avans ödənişi üzrə ƏDV-nin hesablanması onun əvəzləşdirilməsi demək deyil.

Yalnız avans qaiməsi olduqda, təqdim etmə qaiməsi olmadan həmin ƏDV əvəzləşdirilə bilməz. Əvəzləşdirmə üçün Vergi Məcəlləsinin tələblərinə uyğun sənədlər olmalıdır.

📖 Vergi Məcəlləsi: 175.1-ci maddə

💡 YADDA SAXLAYIN!

🔹 Sadələşdirilmiş vergi – təqdimetmə dövründə;
🔹 Mənfəət və gəlir vergisi – gəlirin tanındığı dövrdə;
🔹 ƏDV – avansın qəbul edildiyi dövrdə hesablanır.

2027-Cİ İLDƏN ƏMƏKHAQQILARINDAN NEÇƏ FAİZ GƏLİR VERGİSİ TUTULACAQ?2019-cu ildən özəl sektorda çalışan işçilərin gəlir ve...
01/10/2026

2027-Cİ İLDƏN ƏMƏKHAQQILARINDAN NEÇƏ FAİZ GƏLİR VERGİSİ TUTULACAQ?

2019-cu ildən özəl sektorda çalışan işçilərin gəlir vergisinə tətbiq edilən 7 illik güzəşt 2026-cı il yanvarın 1-də başa çatıb. Bundan sonra gəlir vergisinin mərhələli şəkildə tətbiqinə başlanılıb.

📌 2027-ci ildən gəlir vergisi dərəcələri necə olacaq?

2027-ci il yanvarın 1-dən etibarən qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışan işçilərin aylıq əməkhaqlarına aşağıdakı dərəcələrlə gəlir vergisi tətbiq ediləcək:

🔹 2 500 AZN-dək – 5%
🔹 2 500–8 000 AZN – 10%
🔹 8 000 AZN-dən yuxarı – 14%

📊 Gəlin, 3 000 AZN əməkhaqqı alan işçinin ödəyəcəyi gəlir vergisini hesablayaq.

2027-ci ildən qüvvədə olacaq dərəcələrə əsasən:

🔸 İlk 2 500 AZN üzrə 200 AZN güzəşt çıxıldıqdan sonra:
(2 500 − 200) × 5% = 115 AZN

🔸 2 500 AZN-dən artıq olan 500 AZN üzrə:
(3 000 − 2 500) × 10% = 50 AZN
🔸 Ümumi gəlir vergisi:
115 + 50 = 165 AZN

✅ Beləliklə, aylıq əməkhaqqı 3 000 AZN olan işçidən 2027-ci ildə 165 AZN gəlir vergisi tutulacaq.

❗ Vacib məqam: Aylıq gəliri 2 500 AZN-dək olan şəxslər üçün 200 AZN-lik gəlir vergisi güzəşti qüvvədə qalır.

📅 Gəlir vergisinin mərhələli artımı:

2026-cı il – 3%
2027-ci il – 5%
2028-ci ildən – 7%

📌 Qeyd: Göstərilən dərəcələr qeyri-neft-qaz sektorunun özəl bölməsində çalışan işçilərə aiddir.

İlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur?🤔Əgər hüquqi şəxs ilin 8-ci a...
08/09/2026

İlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur?🤔

Əgər hüquqi şəxs ilin 8-ci ayında qeydiyyatdan keçibsə və 3 işçi ilə fəaliyyətə başlayıbsa, 75 faizlik vergi güzəştindən yararlana bilərmi? İlin sonunda cəmi 5 aylıq fəaliyyət dövrü olduğu üçün bu zaman ortalama işçi sayı 12-yə bölünür, yoxsa 5-ə?
Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müəyyən şərtlərə cavab verən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirin 75%-nə vergi güzəşti tətbiq edilir.

✅ Əsas şərtlərdən biri – orta aylıq muzdlu işçi sayının ən azı 3 nəfər olmasıdır.

Bəs müəssisə il ərzində, məsələn, avqust ayında qeydiyyatdan keçibsə, işçi sayı necə hesablanır?

🔹 Belə halda orta aylıq işçi sayı bütün 12 aya bölünmür.

🔹 Müəssisənin faktiki fəaliyyət göstərdiyi dövr əsas götürülür.

Məsələn, müəssisə avqust ayında yaradılıb və avqust–dekabr aylarında fəaliyyət göstərib:

(Avqust + Sentyabr + Oktyabr + Noyabr + Dekabr üzrə işçi sayı) ÷ 5 ay
Əgər nəticə 3 və ya daha çox olarsa, digər şərtlər də mövcud olduğu halda 75%-lik güzəştdən yararlanmaq mümkündür.
Həmçinin müəssisənin məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamalıdır. Əmtəəsiz əməliyyatlardan əldə olunan gəlirlərə isə bu güzəşt tətbiq edilmir.
Yəni müəssisə il ərzində sonradan yaradılıbsa, orta aylıq işçi sayı faktiki fəaliyyət göstərdiyi aylar üzrə hesablanır.

Vergi uçotuna alınmadan restoran fəaliyyəti ilə məşğul olan fiziki şəxsə qanunvericiliyə əsasən hər hansı cərimə və ya m...
08/09/2026

Vergi uçotuna alınmadan restoran fəaliyyəti ilə məşğul olan fiziki şəxsə qanunvericiliyə əsasən hər hansı cərimə və ya maliyyə sanksiyası tətbiq edilirmi?🤔

Vergi Məcəlləsinin 33.4-cü maddəsinin müddəalarına əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əmək məzuniyyətimi hissə-hissə götürə bilərəmmi?🧐Bəli. Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən əmək məzuniyyəti işçini...
08/09/2026

Əmək məzuniyyətimi hissə-hissə götürə bilərəmmi?🧐

Bəli. Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər. Lakin bu zaman 2 təqvim həftəsindən az olmamalıdır. Əmək məzuniyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonundaək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.

Analıq məzuniyyətində olan işçi orta işçi sayına daxil edilir?Bəli, daxil edilir. 👩‍🍼Vergi Məcəlləsinin 102.1.30-cu madd...
14/08/2026

Analıq məzuniyyətində olan işçi orta işçi sayına daxil edilir?

Bəli, daxil edilir. 👩‍🍼
Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarın sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirin 75%-i gəlir vergisindən azaddır, əgər:
🔹 il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az deyilsə;
🔹 məcburi dövlət sosial sığorta haqları üzrə borcu yoxdursa.
Bəs 3 işçidən biri analıq məzuniyyətinə çıxarsa?
Bu halda həmin işçi orta aylıq muzdlu işçi sayı hesablanarkən nəzərə alınır.
Çünki işçi analıq məzuniyyətində olsa da, əmək münasibətləri davam edir və işçi ştatda qalır.

Hesablama necə aparılır?

İl ərzində hər ay üzrə muzdlu işçilərin sayı toplanır və 12-yə bölünür.
Məsələn:
Yanvar–İyun: 3 işçi
İyul–Dekabr: 2 işçi
Hesab:

(3 × 6 + 2 × 6) ÷ 12 = 2,5 işçi

Bu halda orta aylıq işçi sayı 3-dən az olduğu üçün 102.1.30-cu maddədə nəzərdə tutulan güzəşt şərti ödənilmir.

⚠️ Lakin işçilərdən biri analıq məzuniyyətində olduğu üçün avtomatik olaraq hesablamadan çıxarılmır. Analıq məzuniyyətində olan işçi orta aylıq muzdlu işçi sayı hesablanarkən nəzərə alınır.

📌 Hüquqi əsas: Vergi Məcəlləsinin 102.1.30-cu maddəsi

Qeyd: 75%-lik güzəştdən istifadə üçün digər qanuni şərtlər də nəzərə alınmalıdır

Address

Neftçilər Pr 24
Baku
1001

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Hesabat MMC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby businesses