11/11/2026
🇦🇿 İsrail Dövlətindəki Azərbaycan Respublikasının Səfirliyi tərəfindən 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə İsraildə yaşayan həmvətənlərimiz üçün təntənəli tədbir təşkil olunub.
Zəfər Günü xalqımızın qəhrəmanlığının, Azərbaycan Ordusunun şücaətinin və tarixi ədalətin bərpasının rəmzidir. Dövlət Bayrağımız isə müstəqilliyimizin, suverenliyimizin və milli birliyimizin ən uca ifadəsidir. Bu iki əziz günün İsraildə yaşayan azərbaycanlıların iştirakı ilə birlikdə qeyd olunması diaspor həmrəyliyinin və vətənə bağlılığın göstəricisidir.
Eyni zamanda, belə tədbirlər Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq əlaqələrinin davamlı inkişafının nümunəsidir. 🇮🇱🤝
🇬🇧 The Embassy of the Republic of Azerbaijan in the State of Israel organized a celebratory event for our compatriots living in Israel to mark 8 November – Victory Day and 9 November – National Flag Day.
Victory Day symbolizes the heroism of our people, the courage and bravery of the Azerbaijani Armed Forces, and the restoration of historical justice. Our National Flag, in turn, represents the highest expression of our independence, sovereignty, and national unity. Celebrating these two significant national holidays together with Azerbaijanis living in Israel is a testament to diaspora solidarity and our enduring connection to our homeland.
At the same time, such events reflect the continued development of friendship and cooperation between Azerbaijan and Israel. 🇮🇱🤝